Tolerantlıq dərslərinə giriş

Tolerantlıq dərslərinə giriş

Niyazi Mehdi

Gücümüz çatmadığımız hallar

Birdən düşündüm ki, sənət ki insanlar arasında harmoniya («qarmon» da bu sözdəndir), yəni uyarlıq yaratmaq iddiasındadır, insanlar arasında ən çox bölücülük salan nəsnələrdəndir. Yaşlı nəsil rəp «dır-dırına» dözə bilmir, gənc nəsil muğam «sızıltısına». Yaşlı nəsil Bakı göydələnlərindən deyinir, gənc nəsil bilmir, "bunnar” niyə deyinir?”

Eyni düşüncəni, yanılmıramsa, dinlə bağlı Kirkoqordan oxumuşdum. Dindar olan bu filosof mat qalırdı ki, dinlər insanları birləşməyə çağırır, ancaq işdə dürlü dinlər, təriqətlər törətməklə «kim düzdür, kim yaxşıdır» üstündə didişmə salır. Bu, nə sənətə, nə dinə yaraşan biabırçı durumun aradan getməsi üçün, artıq, adamları bezdirmiş tolerantlıq (dözümlülük) və «plyuralizm» (çoxculluq) sözləri, ideyaları var, ancaq di gəl ki:


Çox vaxt çoxlarının nə tolerantlığa, nə plyuralizmə gücü çatmır!


Çağımızda Azərbaycan üçün ciddi sorun (məsələ) budur: necə edək ki, insanın tolerantlığa, plyuralizmə gücü çatsın və ona görə də siyasətdə, dində, zövqdə pis və ya özünə düşmən saydığı adamlara ölüm, türmə, ağır xəstəliklər arzulamasın?

Tolerantlıq kökündən, dibindən ayrı-ayrı olan düşüncələrə, daha düzü, ideologiyalara dözümdür. Plyuralizm isə bu ideologiyaların toplumda qonşu-qonşuluqda yaşamasıdır. Bu anlamda şiənin sünniyə, xristianın müsəlmana, liberalın konservativə dözməsi tolerantlıqdır, qonaqlıqda ürəyindən plov keçənin ürəyindən dolma keçənə dözməsi isə, sadəcə, nəzakətdir.


Tolerantlıq nədə olmaz məsələsində dolaşıqlıq


Bəs «Avrovizion»dan sonra aktuallaşan qeylər məsələsi necə? Bu məsələdə də tolerantlıq lazımdırmı?

Bizim çoxumuzun təbiəti belə «tolerantlığa» qiyam qaldırır. Bizi hətta o da sakitləşdirmir ki, tariximizdə «qey» anlamında «beçə» deyilən Ayaz vardı ki, Mahmud Qəznəvinin sevgilisi idi. Hərçənd paradoks ondadır ki, işimiz keçən Avropa ölkəsinin bir naziri qey olsa belə, bizim nazir onun əlini sıxıb «tolerantlıq» göstərməyə məhkumdur.

Bu məsələ ilə bağlı hələlik mən bir nəsnəni deyə bilərəm. Toplumda bu konu qaranlıqda yox, gün işığında saxlanmalıdır. On illərdən sonra bəlkə adamlar bu konuda dartışa-dartışa mədəniyyəti gücləndirən tolerantlığın nə olması düşüncəsinə gələ bildi. Onacansa, - bunu hətta Amerika cəmiyyəti də göstərir, - o məsələdə «necə və nə anlamda tolerantlıq?» məsələsi durulmayıb və tolerantlığın nə olması yolunda axtarışlar getməkdədir. Yəni tolerantlıq cəbhəsində duranlar üçün bu sual suallığında qalır: qeylərə dözmək tolerantlıqdır, yoxsa bu məsələnin tolerantlığa dəxli yoxdur? Axı, biz alçaqla, yaramazla bağlı tolerantlıq ideyasını formalaşdırmırıq. Bu anlamda deyirəm ki, toplumda dartışmalar getməlidir ki, hansısa bir alışqanlığımıza tam qarşı duran məsələyə tolerantlıq fəlsəfəsini tətbiq edib-etməməyə aydınlıq gəlsin.


Demokratiyanın infrastrukturları


İndi isə baxaq görək toplumda tolerantlığın geniş yayılması üçün nələr altyapı, infrastruktur olmalıdır.

Birincisi, qanunlar işlək olmalıdır ki, arxayın olaq ki, solçu, radikal ideologiya Parlamentdə qalib gəlsə, o biri ideologiyaları boğmayacaq. «Qanunlar» dedim, əslində bunun üçün plyuralizmin infrastrukturları olmalıdır, özü də çox güclü olmalıdır. Bəs plyuralizmin infrastrukturları nədir? Müxtəlif ideologiyaları təmsil edən dərgilər, qəzetlər, araşdırma və strategiya mərkəzləri, partiyalar və onların hamısının arxasında duran maliyyət gücləri. Gürcüstanda plyuralizmin güclü ənənəyə çevrilməməsi, ona görə də, məsələn, PİK televiziyasının bağlanmasına o biri telekanalların biganə qalması göstərir ki, burada İvanaşvili komandasının hakimiyyəti Saakaşvili hakimiyyəti kimi o biri dəstəyə dinc ötürməsi sual altındadır. Bir gürcü fəalı mənə söylədi ki, bizdə azadlıq qalib gəldi. Mən isə qayıtdım ki, tələsməyin, bu azadlıq bir də qalib gəlsə, yəni hakimiyyətin dinc ötürülməsi bir də baş versə, o zaman gürcü azadlığı ilə bağlı narahatlıq bir az gedər.


Fərqli və kökündən fərqli düşüncələr


Çağımızda Azərbaycan üçün ciddi sorun (məsələ) budur: necə edək ki, insanın tolerantlığa, plyuralizmə və bunun kimi ona yad görünən başqa nəsnələrə dözmək, ölümünü arzulamamaq gücü çatsın?

Tolerantlıq kökündən, dibindən ayrı-ayrı olan düşüncələrə, daha düzü, ideologiyalara dözümdür. Plyuralizm isə bu ideologiyaların toplumda qonşu-qonşuluqda yaşamasıdır. Bu anlamda şiənin sünniyə, xristianın müsəlmana, liberalın konservativə dözməsi tolerantlıqdır, qonaqlıqda ürəyindən plov keçənin ürəyindən dolma keçənə dözməsi isə, sadəcə, nəzakətdir.


Tolerantlıq nədə olmaz məsələsində dolaşıqlıq

Bəs «Avrovizion»dan sonra aktuallaşan qeylər məsələsi necə? Bu məsələdə də tolerantlıq lazımdırmı?

Bizim çoxumuzun təbiəti belə «tolerantlığa» qiyam qaldırır. Bizi hətta o da sakitləşdirmir ki, tariximizdə «qey» anlamında «beçə» deyilən Ayaz vardı ki, Mahmud Qəznəvinin sevgilisi idi. Hərçənd paradoks ondadır ki, işimiz keçən Avropa ölkəsinin bir naziri qey olsa belə, bizim nazir onun əlini sıxıb «tolerantlıq» göstərməyə məhkumdur.

Bu məsələ ilə bağlı hələlik mən bir nəsnəni deyə bilərəm. Toplumda bu konu qaranlıqda yox, gün işığında saxlanmalıdır ki, görək hara bizi hara çıxaracaq.


Demokratiyanın infrastrukturları


İndi isə baxaq görək toplumda tolerantlığın geniş yayılması üçün nələr altyapı, infrastruktur olmalıdır.

Birincisi, qanunlar işlək olmalıdır ki, arxayın olaq ki, solçu, radikal ideologiya Parlamentdə qalib gəlsə, o biri ideologiyaları boğmayacaq. «Qanunlar» dedim, əslində bunun üçün plyuralizmin infrastrukturları olmalıdır, özü də çox güclü olmalıdır. Bəs plyuralizmin infrastrukturları nədir? Müxtəlif ideologiyaları təmsil edən dərgilər, qəzetlər, araşdırma və strategiya mərkəzləri, partiyalar və onların hamısının arxasında duran maliyyət gücləri. Misir kimi ölkələrdə məhz bu infrastrukturlar zəif olduğu üçün dini-radikal gücün səs çoxluğu qazanması qorxu törədir.


Pluyralizm və Devlərin savaşı


Düzdür, plyuralizmin infrastrukturları həm Media, həm də maliyyə yönündə güclü olanda soru çıxır: haradan qarantiya var ki, ölkə bu zaman Titanların, Nəhənglərin savaşına çevrilməyəcək? Azərbaycanı götürsək, biri var, maliyyəsi sısqa olan müxalifət partiyaları, biri də var onların güclü maliyyə qaynağının olması. Təsəvvür edərsinizmi, Azərbaycanda pullu 4-5 partiya olsa, nə mərəkə qopar?!

Bakıda oturub bu sualın cavabını tapmaq çətindir. Ancaq Türkiyə, Avropa örnəkləri göstərir ki, partiyalar pullu olanda mərəkə salmaya bilərlər. Nədən? Bunun adi cavabı belədir: dövlətçiliyin, qanunçuluğun, bütünlükdə Demokratiyanın altyapısı, yəni infrastrukturları güclü olanda.


Tolerantlığını çıxarısı


Deməli, tolerantlıqla bağlı əsas ideya budur: insanın tolerant tərbiyə alması, tolerant mədəniyyət daşıyıcısı olması sonrakı məsələdir. Birinci məsələ odur ki, ölkənin mühiti (Demokratiyanın altyapıları) hamımızı tolerantlığa zorunlamalıdır.

Sonradan mədəniyyət bu tolerantlığın çıxarısını görür. Məsələn, tolerantlıq bir xeyli özünü öldürmələrin, bədbəxtçiliyin səbəbini aradan götürür. Bizdə liberal əxlaqa dözüm olsaydı, nə qədər qızına-arvadına görə özünü öldürən öldürməzdi, nə qədər adam qızını, arvadını öldürməzdi.

Ancaq boynumuza almalıyıq ki, 2000-ci illərin azərbaycanlısı 1980-ci illər azərbaycanlısına baxanda daha tolerantdır, çünki İnternetin və mətbuatın sayəsində öncələr həzm edə bilmədiyi o qədər düşüncələr eşidib ki, artıq öyrəşib.