Xoşbəxtlik: “Fahrenheit-451″

Xoşbəxtlik: “Fahrenheit-451″

Eyyub Məmmədov

Xoşbəxtlik: "Fahrenheit-451″ 


Mütaliəmin ən zəngin dövrlərindən biri olan hal hazırki vaxtda oxuduğum növbəti əsər Ray Bradburyinin "Fahrenheit-451″romanı oldu.Ümumiyyətlə az çox oxuduğum qədəri ilə Amerika ədəbiyyatını dil,üslub baxımından qəliz ədəbiyyat hesab edirəm.Bəzən müəyyən stiuatsiyalarda geri çəkilməyi,yarıda dayanmağı üstün tuturam.Hiss edirəm ki,hələki hazır deyiləm.Bu baxımdan Ray Bradburyini də oxumamışdan öncə biraz ehtiyyat edirdim.Kitab haqqda olan fikirlər də zənnimdə yanılmayacağımı göstərirdi.Açığı əsərin ilk on beş səhifəsini oxuyanda heç də səhv düşünmədiyim qənaətinə gəldim.Əsərin dili(Tərçüməci amili də rol oynaya bilər)çox ağır gəlmiş,hətta əsəri yarımçıq saxlamaq fikrinə düşmüşdüm.Lakin əsərlə qiyabi tanışlığım,mövzunun aktuallığı əsəri yarımçıq saxlamağa imkan vermədi.
Əsərdə hadisələr sürətlə inkişaf edir.Mənə görə əsər iki hissəli;ilk hissəsi baş qəhrəmanının kitabla tanışlığına qədərki dövr,ikinci hissəsi isə bu tanışlığın onun həyatında dönüş nöqtəsi kimi xarakterizə olunur.Baş qəhrəman əvvəllər yanğın söndürən işləmiş "KİTABYANDIRANDIR”.Onun ölkəsində kitab oxumaq qadağan edilib.Toplumun buna reaksiyası isə demək olar ki artıq müsbətdir,səssizdir.Hakimiyyətin proqramıma uyğunlaşmış cəmiyyətdə kitab oxumaq gülünc,dəlilik sayılır,qanuni sürətdə kitablar yandırılır ,məhv edilirdi.Ən pisi isə toplumun buna asanlıqla uyğunlaşmasıdır.Buna səbəb ölkədə hakimiyyətin apardığı uğurlu antikitab kompaniyasıdır.Onlara görə kitab insanı real həyatdan uzaqlaşdırır, onu utopiyalar ölkəsini,olmayacaq şeyləri arzulamağa vadar edir. Əsərin qəhrəmanı bir gün evə bir kitab gətirir və həyatında kitaba,həqiqətə qarşı münasibəti dəyişdiyi,dönüş nöqtəsi başlanır.O başa düşür ki, indiyə qədər yandırdıqları sadəcə sıradan vərəq yığınları,kitablar deyil həmdə onu həqiqətə aparan,robotlaşmaqdan xilas edən bilik mənbəyidir.Bundan sonra o həyatını başqa istiqamətdə davam etdirir.Əsərin qırılma anı burdan başlanır. 

Fikrimcə kifayət qədər aktual mövzudur.Ölkədə kitaba qarşı marağın zəif olduğu bir vaxtda bu əsəri oxumaq yaşadığım cəmiyyətin kitab sahəsini az çox təhlil etməyə imkan yaratdı.Az çox oxşarlıqları və fərqləri göstərdi.Başlanğıcda əsas köklü fərq ondadır ki, əsərdə təsvir olunan mühit kitaba qarşı heç də birmənalı münasibət göstərmir.Bizim cəmiyyətlə müqayisədə orada kitabları ilə birlikdə yanmağı üstün tutan adamlar var.Əsas fərq də burdadır.Orda kitablar oxunur deyə yandırılır.Bizim cəmiyyətdə isə demək olar ki,yandırılmağa adam yoxdur.Əsərdə müəllif hakimiyyətin kitaba qarşı apardığu uğurlu kompaniyanının tərkib hissəsi kimi televiziyanı xüsusi uğurla vurğulayır.”Televizya sual verməyi xoşlamır,o diktə etdirməyi sevir.Kitab isə niyə sualı üz-üzə qoyur.Deməli kitab toplum üçün təhlükəli bir silahdır.Demək olar ki,  bu günümüzün təsviridir.Şou biznesin intellekt biznesini əzdiyi bir dövrdə üsyankar cəmiyyət arzulamaq müşkül məsələdir.Əsərdə uğurla vurğulanan məqamlardan biri də kitabfobların "kitab xoşbəxtlik gətirmir”şüarından uğurla bəhrələnməkləridir.Tez-tez qarşılaşdığım suallardan biridir.Əvvəla onu deyim ki, kitab xoşbəxtlik gətirir ya gətirmir müzakirəsi özü kitabfobların məğlubiyyətinin sübutudur.Əgər kitab onları bu müzakirəyə məcbur etməyi bacarıbsa demək olar ki,ən azından sual verməyi öyrəniblər.Bəs nədir xoşbəxtlik?Xoşbəxtlik universitetə qəbul olmaqdırmı,ya hüquqşünas olmaqdırmı?Budursa xoşbəxtlik kitab bunları bizə vəd edirmi?Oxuyub öyrəndiklərim qədəri ilə bilirəm ki,xoşbəxtlik deyilən bir şey məvhumi anlayışdır.Nisbidir.Mütləq deyil.Ona gedən yol həqiqətdən keçir. Həqiqət isə çox ağır,ağrılı ola bilər.Biz bu ağırlıqda əzildikcə bədbəxt olduğumuzu zənn edə,ağır depressiyaya düşə bilərik.Lakin unutmaq lazım deyil ki, xoşbəxtlik Vilhelm Reyxin dili ilə desək heç vaxt imkan verməz ki, ondan sui istifadə edəsən.Onun yolunda əziyyat çəkmək, zəhmət çəkmədən ona çatmaq mümkün deyil.Ümumiyyətlə kamil adamlar xoşbəxtlik haqda düşünmür.

Kitab xoşbəxtlik vəd etmir.Ancaq xoşbəxtlik fobiyasından qurtulmağa həqiqətə çatmağa kömək edir.Təbii ki,müəllifini bilmədiyim bir aforizmdə deyildiyi kimi başqalarından uzağı gormək üçün dahilərin çiyinləri üzərində dayanmaq vacibdir.Bu yaxında bir dostum isə bu dahiləri çox gözəl şəkildə müqayisə etmişdi.Deyir:”bəzi insanlar varki sənə qaranlıqda işıq yaradaraq həqiqət olan yeri göstərir,onu götürüb götürməməyi sənin öhdənə buraxır.Bəzi dahilərsə var ki, Kafka kimi,Dostoyevski kimi onlar səni qaranlıqdan götürür,bir təkadamlıq otağa salır,işığı yandırır və otağı tərk edir.Və sən artıq həqiqətlə üzbəüz qalmısan.