
Yazıçı Aqil Abbas ailəsi ilə Ağdama köçmək istəyir
- 14.07.2025
- 0 Şərh
- 23 Baxış
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib.
Yarpaq.az "Report"a istinadən xəbər verir ki, deputat bununla bağlı parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında danışıb.
O qeyd edib ki, bunun üçün aidiyyəti quruma müraciət edəcək.
"Deputat fəaliyyətimə oradan davam etmək mümkün olarsa, bunu edəcəyəm”, - o vurğulayıb.