Fatimə Təkin. İlk dərimdən qaytar məni özümə (Şeir)
Poeziya
- 07.09.2020
- 0 Şərh
- 9700 Baxış
Düyünlənməmiş naxələf göbəyə
Keyfimin sindromu
Beynim siqnal çəkir ölümcül
Yayılıram metafizikaya
Qabıqlanmış asfaltların üzərində
Qaramtıl cızıram boşluqlarımı
Ruhum, yolçular mineralı
Boğazım, doluxsunmuş göy bulud
Gövdəm, çılğın qasırğa
Daramaq fəslindəyik
Gözlərini qırp sevdicəyim
Arxanca tökülüm saralmış yarpaqlar kimi
Xuliyalarımın geri dönmüş qaranasması
"Şüşələrin divarlı düşlərimin minarəsindən şifa aldınmı? İri əllərinlə"
Sığına bildinmi!! Ovcumun sıcağına
Tamsına bildinmi!!
Uçuşu, varlığın balonla
Qaldıra bildinmi!!
Dodaqlarımın qamusundan duyğularının yanqısını
Nihilizm nehzəti qoruldu ilgimizdə
Andıran ötürülmüş gorlar
Öldün içimdə
Narıncı balıqlarım baltalandılar
Canlı-canlı
Qan vulkanı ölmüş gözlərində
Önümüzdə uduzdular özlərini sözcüklər
İlk-ilk
Dərimdən məni qaytar özümə
Güney Azərbaycan