Sevgi haqqında ballada...
Köşə
- 14.02.2012
- 0 Şərh
- 1089 Baxış
Elnaz Eyvazlı
Deyirlər, Adəm Həvvanı sevirmiş, özü də felinə uyub cənnətdən qovulacaq qədər. Allah-təala da qəzəblənib onların hərəsini dünyanın bir tərəfinə atır. Adəm Həvvadan ötrü o qədər ağlayır ki, göz yaşlarından çay əmələ gəlir. Adəm Həvvadan arxayın idi, bilirdi ki, heç vaxt ona naxələflik etməz. Adamın sümüyünə söyərlər, sümük də ki, kişinin qabırğasından. Həvva da Adəmə inanırdı, çünki kürreyi-aləmdə ondan başqa qadın yox idi, kimə qısqanacaqdı bədbəxti.
Həə, indi mən Həvvanın yerində olsaydım, nə olardı? Aşağısı bir həftə yeməyib-içməyib darıxmaqdan dəli olardım. Əvvəlki vaxtım olsaydı, ağılıma pis-pis fikirlər gələrdi, nə gizlədim. (Həm də bu fikir məsələsi Adəmdən də asılıdır axı). Amma indi...indi Adəmdən narahat olardım, deyərdim, görəsən, nə yedi-nə içdi. Bu soyuqda necə oldu, gecmi yatdı, tezmi oyandı və sair və ilaxır. Hə, vallah. Elə bilirsən zarafat edirəm? Hər süfrəyə oturanda tikəm boğazımda qalardı, görəsən, Adəm nə yedi deyə. Nə isə...
Deməli, 14 fevral Sevgililər günüdür, eləmi? Ay sevgililər, bəs qalan günlər? Ha düşündüm, ha daşındım ki, sevgi haqqında bir yazı yazım. Hər kəs kimi, mənim də mövzu ilə bağlı özüməməxsus düşüncələrim var. Elə mən qərara gəlincə fevral gəldi...
Dahilər deyir ki:
- Sevmək bir-birinə deyil, eyni nöqtəyə baxmaqdır. (Ekzüperi)
- Dünyanın heç bir neməti insanı sevgi qədər doydura bilməz. (Aristotel)
- Sevgi – iki olarkən bir olmaq deməkdir. (Hüqo)
- Sevgi gözlə deyil, ruhla görünür. (Şekspir)
Və digər bu kimi yüzlərlə fikir paylaşmaq olar. Yazmaq və yazdığımı paylaşmaq hüququmdan istifadə edib, izninizlə mən də Sevgi haqqında düşündüklərimi sizlərlə bölüşmək istəyirəm.
Beləliklə, mənim üçün:
Sevgi, xoşlanmaq deyil. Bir insandan xoşlanıb ilk olaraq onu vücudundan başladınsa sevməyə, zaman-zaman onu tanıdıqca yanıldığını dərk edə bilərsən. Düzdür, yanılmaya da bilərsən, amma bu, sənin fövqəladə qabiliyyətinin nəticəsi deyil. Bəxtin gətirər sadəcə. Amma bir adamı sevməyə ruhundan başladınsa, zaman-zaman daha çox sevəcək, getdikcə ruhlarınızın qarışdığını, bir-birini idarə etdiyini dərk edəcəksən. Nə onun dolanışığı, nə təhsili, nə siyasi mövqeyi...sənin üçün önəmli deyil. O var, bir O! Kor sevgidən söhbət getmir. Kor sevgi qara qaşına, qara gözünə aşiq olub, öldü var, döndü yoxdu deyib, dərinə getdikcə boşluğa düşdüyünün fərqində olmaqdır. Adamın içi olmalı, içi. İç-çalatı yox ha, İÇİ! Bir baxışdan anlamalı qəbindəki təlatümü. Səsin belə aldada bilməməli. Sən də əzablarını səsinə qısa bilməlisən, incidiyini gizləyə bilməlisən incitməyəsən deyə. (Arada ərköyünlük, şıltaqlıq olar...)
Kökündə SEV(mək) dayanan bütün sözlər gözəldir! Sevgi, sevda, sevinc, sevimli, sevgili, sevişmək və s. Bilrisən nədən zəhləm gedir, yeridir, yeri deyil bilmirəm, yeri gəldi-gəlmədi sevişmək sözünü işlətməkdən. Kökündə SEVmək olan bu sözü başqa mətləblərlə qarışdırmaq olarmı? SEVişmək olan yerdə sevgi yoxsa, illərlə əlində olan əl hər dəfəsində ürəyini titrətmirsə, nəfəsi varlığını sənə unutdurmursa, baxışları iliyinə işləmirsə...ürəyinin titrəyişini qatar tıqqıltısı ilə səhv salmırsansa, bunun nəyi SEVişmək oldu? Qucaqdan qucağa atılmaq, əldən-ələ düşüb, hisslərin səndən iyrənənə qədər əylənməyə SEVişmək deməyək, lütfən. Kökündə SEV olan sözü murdarlamayaq...
Sevgi...sevdiyinin əzablarını ata malı kimi yarı bölməkdir. Sevincinə qoşulub, hətta onu şaşıracaq qədər sevinmək, lap elə sevindiyindən ağlamaqdır. Sevgi, sənin halına qalan adamları Ondan asılı etməkdir. O rahatsa, sən də yaxşısan və səni sevənlər də... O əzab içindədirsə, sən də əzab çəkirsən, səni sevənlər də.
Sən də qəlbində olan-qalan nə varsa, hamısının dibinə daş atıb onu sevəcəksən. Sabaha heç nə saxlamayacaqsan, istəməyəcəksən saxlamaq. Onda anlayacaqsan ki, heç vaxt heç kimi sevməmisən. Belə sevməmisən yox ha, heç sevməmisən. İnanacaqsan yaxşı adamların varlığına, sənə bu hissi yaşadanı görüncə. Doğum tarixini belə onu tanıdığın günə dəyişəcəksən özlüyündə. Sevəcəksən onu – bütün olanı-olmazı ilə, nəfəsin kəsiləcək sevgidən. Heç bir təmənnasız, heç nə ummadan. Ən gözəli...o sənə doğma olacaq, anan qədər, balan qədər...Əlbəttə, bu adam, ruhu ruhundan olan bir olacaqsa, bir nöqtəyə baxa biləcəksinizsə, İÇİ olacaqsa...
İnanacaqsan Ona, heç kimə inanmadığın qədər. Öz yeri olacaq gözündə də, qəlbində olduğu kimi. Səndən başqasında gözü olmadığına əminliyin səni dünyanın ən rahat və xoşbəxt adamı edəcək! Dost olacaqsan, sirdaş olacaqsan, gizli-saxlı heç nəyin olmayacaq ondan...
Bir kəlmə xoş sözündən qanad açacaqsan, yaşamaq, yaşamaq, yaşamaq istəyəcəksən! Əl-ələ verib bütün keçilməzlikləri keçmək gücündə olacağınıza inanacaqsınız...və keçəcəksiniz, mütləq!
Bax onda, təkcə 14 fevral olmayacaq sənin üçün sevgi günü, çünki hər gün, hər saat, hər an yaşadığın bu sevginin günlərini ayıra bilməyəcəksən bir-birindən. Sənin üçün hər gün sevgi günü, sevgililər günüdür. Çünki bu sevgi, ikinizin hisslərinin, duyğularının, yaşadıqlarının, əlində-ovcunda olanların cəmidir, nə təkcə sənin, nə təkcə onun. O qədər ki, onun sevdiklərini də sevəcəksən, özünü sevdirmək üçün deyil, o sevir deyə, onundurlar deyə. Yanında olanda sevgilin kimi, səndən uzaqda olanda balan kimi sevəcəksən...Dünyanın o başında olsa belə, lap elə Adəmlə Həvva kimi...hər gecə "gecən xeyrə qalsın, əzizim!” - deyib öpəcəksən xəyalını və o bunu hiss edəcək, mütləq hiss edəcək!
Budur mənim aləmimdəki SEVGİ! Qəlblərin, ruhların sevgisi, vücudların yox!
18 yaşımda da bu idi, indi də budur, sabah da budur!