65-ci "Qızıl şir" Aronofskiyə qismət oldu
KİNO
- 09.09.2008
- 0 Şərh
- 491 Baxış
Kiçik Aleksey Germanın "Kağız əsgər"i isə Venetsiya festivalında "Gümüş şir"i "ram etdi"
Daha bir mötəbər kino bayramı - Venetsiya Kinofestivalı başa çatdı. 65-ci "Qızıl şir"ə amerikalı Darren Aronofskinin "Restler"i ("Mübariz"i) sahibləndi. Rejissorluğa və operator işinə görə "Gümüş şir"i isə Kiçik Aleksey Germanın "Kağız əsgər"i "ram etdi". Bəri başdan deyək ki, rusiyalı rejissorun bu qələbəsi, şübhəsiz ki, rus kinosunun beynəlxalq səviyyədə böyük uğuru kimi qəbul olunmalıdır.
Festivalın ikinci hissəsinin müsabiqənin səviyyəsini qaldırmasına baxmayaraq, sonunca günə kimi lideri müəyyənləşdirmək mümkün olmadı. Belə ki, liderliyə növbə ilə müxtəlif filmlər iddialıydılar - öncə yaponların, sonra amierikalıların, xüsusən də Ketrin Biqelounun texnologiyalardan və İraq müharibəsinin "narkotik oyunları"ndan bəhs edən "Gizli təhlükə" filminin üstünlüyü müşahidə olunurdu.
Lakin jüri uzun diskusiyalardan sonra başqa bir filmi- sərtliyinə görə adlarıçəkilən filmlərdən heç də geri qalmayan amerikan "kişi" filmini - Darren Aronofskinin "Restler"ini seçdi. Bu monodrama restlinqin çətin insan həyatı üçün həm sənət, həm ad-san, həm narkotik, həm də lənətə çevrilməsindən bəhs edir. Sözün əsl mənasında adamın ürəyini parçalayan səhnələrlə zəngin qanlı şoulara qatılan qəhrəmanı özünün monstruoz xarizması ilə seçilən 52 yaşlı Mikki Rurk oynayıb.
Jurnalistlərin bir nəfər kimi ən yaxşı kişi roluna görə prizə də Mikkini layiq görmələrinə baxmayaraq, müəllif kinosunun nəhəngləri Vim Venders və Yuri Arabovun da təmsil olunduğu münsiflər öz bildiklərini etdilər- "Volpi kuboku"nu (aktyor pirizi) italyan publikasının sevimlisi, tamaşaçı simpatiyası sarıdan favorit hesab edilən "Covannanın atası" filmində yaratdığı sadiq, bir az da yöndəmsiz ata obrazına görə Silvio Orlandoya verdilər. "Restler"ə isə ancaq "Qızıl Şir" çatdı. Qərar isə heç də birmənalı deyil: "Aronofski istedadlı rejissordu, amma yenə də film əsasən Mikki Rurkun "çiyinlərində durur", -əksər müşahidəçilər və kino tənqidçilər bu qənatə gəliblər.
Bununla belə, bu, gecənin qonaqlarına təqdim olunan sonuncu sürpriz deyildi. Məsələn, Enn Xetaueyin "Reyçel ərə gedir" filmindəki oyununa görə aşkar favorit sayılmasına rəğmən, fransız Dominik Blanın gözlənilmədən "Başqası" filmindəki roluna görə mükafatlandırılması təəccüblü idi.
Həbəş filmi, rejissor Hayl Qerimin ərsəyə gətirdyi "Rosa" isə birdəfəyə iki mükafat qazandı: bu filmin ssenarisi həm münsiflərin xüsusi prizinə, həm də "Ozella"ya (qədim Venetsiya sikkəsi belə adlanırdı) layiq görüldü.
Ən yaxşı rejissor işinə görə "Gümüş şir" almış "Kağız əsgər" də festivaldan iki mükafatla çıxdı: Əlişir Həmidxocayev və Maksim Drozdovun operator işi də "Ozella" ilə qiymətləndirildi. Görünür, jürini bu filmin festivala təqdim olunan filmlərin heç də hamısında olmayan kinematoqrafik keyfiyyətləri aludə etmişdi. Həmçinin, ehtimal etmək olar ki, bir aktual amil də öz işini görüb: "La Repubblica" hədər yerə yazmayıb ki, bu film ruslarla gürcüləri birləşdirəcək.
... Baykonur, 60-cı illər. Pasternakın tərcüməsində Barataşvilinin şeirləri səslənir... Əlbəttə, bütün bunlar nastolji doğurur. Elə Bulat Okucavanın filmin adını götürdüyü mahnısı da...
Bunlarla yanaşı, yaponların "Ponyo"su, əlcəzairlilərin "Astar"ı, amerikanların "Veqas"ı mükafatlara namizəd sayılsalar da, kənarda qaldılar. Ancaq münsiflərin müəllif kinematoqrafının mogikanlarından biri, sağalmaz xəstəliyə düçar olmuş, çox yəqin ki, sonuncu dəfə publika qarşısında görünən Verner Şreteri "Xüsusi şir"lə mükafatlandırmaları xoşməramlı jest kimi qəbul edilməlidir.
Gülər