Amerikalı müğənni Azərbaycan şəhərlərində

Amerikalı müğənni Azərbaycan şəhərlərində

ABŞ-ın tanınmış müğənnisi Mary McBride  və onun musiqi qrupu Azərbaycanda konsert verəcək.
 
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə keçiriləcək konsertlərə giriş pulsuzdur.
 
Qrup martın 25-də Bakı Caz Mərkəzində, marın 26-da Şəki Dövlət Dram Teatrında, martın 27-də Zaqatala Mədəniyyət Evində, martın 28-də Bərdə Mədəniyyət Evində, martın 29-da isə Gəncə Dövlət Dram Teatrında çıxış edəcək