2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

2023-cü ilin Buker mükafatı üçün qısa siyahı elan edilib

2023-cü ilin Buker mükafatına iddialı olan kitablarının qısa siyahısı elan edilib. Siyahı mükafatın rəsmi saytında dərc olunub.

Yarpaq.Az xəbər verir ki, nominantlar arasında Sara Bernşteynin "İtaətkarlığın öyrənilməsi” ("Study for Obedience”), Conatan Eskofferinin "Mən səndən çox yaşasam” ("If I Survive You”), Pol Hardinqin "Bu başqa cənnət” ("This Other Eden”), Pol Linçin "Peyğəmbərin nəğməsi” ("Prophet Song”), Çetna Marunun "Qərb döngəsi” ("Western Lane”) və Pol Murreyin "Arı sancması” ("The Bee Sting”) kitabları da var.

Qalib 2023-cü il noyabrın 26-da Londonda keçiriləcək tədbirdə açıqlanacaq.

Buker mükafatı dünyada ən prestijli ədəbiyyat mükafatlarından biridir. Mükafat ilk dəfə 1968-ci ildə təsis edilib və 1969-cu ildən etibarən hər il təqdim olunur.

Beynəlxalq Buker mükafatı isə yalnız 2004-cü ildən kitabları ingilis dilinə tərcümə olunan və Böyük Britaniyada və İrlandiyada dərc edilən müxtəlif ölkələrdən olan müəlliflərə və həmin kitabların tərcüməçilərinə təqdim edilir. Mükafat fondu 50 000 funt təşkil edir və kitabın müəllifi və onun ingilis dilinə tərcüməçisi arasında bərabər məbləğdə bölünür.