Bakıda küləklər əsir

Bakıda küləklər əsir

Ceyhun Mirzəli 
 
XX əsr həm də Bakı uğrunda gedən mübarizənin tarixidir. Əsrin əvvllərindən başlayaraq bizim paytaxt həmişə xarici güclərin diqqət mərkəzində olmuşdur. Ən başlıca səbəb təbii ki neft olmuşdur. Heç təsadüfi deyil ki ilk milli bədii filmimiz "Neft və milyonlar səltənəti” (1915)  olmuşdur.

Neft Bakısının tarixi bədii əsərlərdə və filmlərdə işlənmişdir. Bu əsərlər biri də Azərbaycan kino tarixində özünə yer tapmış "Bakıda küləklər əsir” filmidir. Fimdə hadisələr 1942-ci ildə Hiter Almaniya və Stalin Rusiyası arasında gedən Staliqrad savaşında getdiyi zaman cərəyan edir. Filmin əvvəlində Hitlerin "Mən Bakınnı tutmalıyam,Bakı neft deməkdir.” deməsi filmin qaynar dramaturgiya üzərində qurulmasını əks etdirir.

Muxtar Dadaşovun çəkdiyi bu ekran əsəri günümüz baxımdan əhəmiyyətə malikdir. Təbii ki, dövrünün  sovet idelogiyasına uyğun şəkildə bu film çəkilsə də müasir baxımdan dəyərli məqamlar var.  Cəbhəyə yollanan Azad (Şahmar Ələkbərov ) əsir düşür və əsir düşərgəsində Şahmar bəylə( Rza Təhmasib) qarşılaşır. Şahmar bəyin adı Azərbaycan kinosu üçün tanışdır. "Yeddi oğul istərəm” filminin sonunda onun adı konkret məkanla yanaşı çəkilir. O Qazaxın  Göyəzənli kəndində Qarayazının  bəyidir.Sonra biz bu adı "Qatır Məmməd” filmində də eşidirik.Bakıda küləklər əsir filmində isə biz Şahmar bəyin öz fəaliyyətini görürük . Vaxtıyla bolşeviklər tərəfdən təzyiqə məruz qalmış bəy öz qisasını Almaniyanın köməkliyi ilə almaq istəyir.  Allahdan alman nasistlərinə kömək istəyən bəy Azadla bağlı alman komandanına "Gəncə mahalının yarısı onun babasının olub. O bizə xidmət edəcək,” deməsi Gəncənin tarixən Rusiyaya imperiyasına qarşı mübarizədə öncül olduğuna bir göndərmədir. 

Bolşeviklərin Bakı neftinə od vurmasından ehtiyatlanan alman mayoru Ştellinq ( Aleksand Afanasayev ) Şahmar bəyi Bakıya kəşfiyyat işi dalıyca yollayır. Lakin Bakıda ÇK orqanı çox həssaslıqla işləyir. ÇK əməkdaşı Tahir Cəliloviç (Həsən Məmmədov) ürəyi xəstə olmasına baxmayraq öz işinin başında diqqətli şəkildə dayanır. Bu da ekrandan tamaşaçıya sovet dövlətinin məğlubiyyətsiz obrazını yaradır. Həmçinin kəşfiyyat işinin necə həsas taleyyüklü olduğunu göstərir.Şahmar bəy bir anlıq İçərişəhərdə görünür .İçərişəhər epizodları Şahmar bəyin neftdən qazandığı köhnə müklərinin burada olduğunu göstərir.Neft və köhnə tikililər insanları bir anlıq XX əsrin əvvəlinə aparır.

Şahmar bəy İçərişəhərdəki qədim tikilərin fonunda köhnə dostu Həsənzadəni ( Mikayıl Mikayılov) tapır. O da Bakının neftxudalarından biri olsa da taleyiylə barışıb  ekskursiyaçı kimi işləyir. Şahmar bəy birinci dəfə onu görəndə  Həsənzadənin  "məhkumun başını çıxarıb mühakimə edirlərmiş” deməsi fonunda Şahmar bəyin görünməsi onun sonrakı məğlubiyyətini əks etdirir. Şahmar bəy köhnə dostunu yola gətirməyə almanlara əməkdaşlıq eləməyə çalışsa da sovet idelogiyasının köhnə bəyin də beyninə təsir etmişdir o bu təklifi şiddətlə rədd edir. Şahmar bəy ehtiyatsızlıqdan köhnə dostunu öldürür. Bundan sonra boynundakı Quranı itirməsi günah işləməyin maraqlı yozumunu tamaşaçıya təqdim edə bilir.Şahmar bəyin ümidi bu zaman əsasən Kərimə( Muxtar Maniyev) qalır.

Lakin Azad almanlarla deyil sovet kəşfiyyatı ilə əlaqə qurur. O bu işdə alman qızı Erikayla biryerdə olur. Erika isə müharibədən sora qurulucaq yeni Almaniya üçün çalışdığını qeyd edərək bu əməkdaşlıqda iştirak edir. Partizanlar alman qərərgahına hücum etdikləri vaxt onlar qaçırlar. Ancaq Erika ona dəyən güllədən həlak olur. Bununla bərabər o kəşfiyyat parolunu Azada deyə bilir. 

Rejissor Muxtar Dadaşov "Qanun naminə” filmində Qaloş obrazını məharətlə canlandırmış Rza Təhmasibə bu filmdə Şahmar bəy obrazını yaratmaq işini həvalə etmişdişdirş 80 yaşında gümrahlığını qoruyan R.Təhmasib bu obrazı özünəməxsus istedadıyla yarada bilmişdir. Bakıda Şahmar bəy əvvəlcə məscidə gəlir orada Stalinə dualar edildiyi üçün məyus olur. Ona məsciddə Hitlerə qarğış edilməsi qəribə görünür. Bu epizodda isə tarixi həqiqət də var. 1920-ci ildən fəaliyyəti dayandırılmış Qafqaz müsəlmanları idarəsi 1944-cü ildə müharibə səbəbindən təkrar açılmış, məscidlərin çoxu fəaliyyətini bərpa etmişdir. Daha sonra Kirovun heykəlinə  baxaraq "Gör azərbaycanlılar bu rusa nə boyda heykəl qoyublar” deyərək əslində bolşevik işğal siyasətini qınayır. Təsadüfi deyil ki S.Kirov Azərbayacana Qarabağ proplemini "miras”  kimi buraxan siyasətçilərdən biri olmuşdur. Bu epizod günümüz baxımdan da vacibdir. Lakin bu filmdə Şahmar bəy obrazı sovet idelogiyasının sərt sərhədləriylə göstərilmişdir. Rza Təhmasib nə qədər uğurla bu obrazı canlandırsa da ssenarinin tələbiylə o ancaq neft sərvəti üçün çalışan qoca acgöz kimi görsənir. Buna görə Kərimi də bıçaqlayır.

Almanlara xidmət edən şəxslərdən biri də Kaştanovdur. O alman qoşunlarının Bakıya daxil olmasına koordinat verənlərdən biridir. Şahmar bəy onunla dəniz kənarında görüşür. İstidir lap səhra kimi sözləri onların bir-birini anlaması üçün kod sözlər olur. Kaştanov bəyi cəld olmamaq da qınayır. Şəhər özünüzdür nə qədər istəyirsiz adam götürün deyəndə Şahmar bəyi onun "görüm xaraba qalsın” deməsi onun dövranın Bakıda bitdiyini əks etdirir. 

Kaştanovun zərərsizləşdirilməsi işi isə ÇK tərəfində Azada tapşırılır. Azad özünü  almanların adam kimi təqdim edərək  əvvlki kod sözləriylə onunla əlaqə qurur. Bakının köhnə zirzəmilərinin birində o Kaştanovu zərərsizləşdirib müvafiq orqanlara təhvil verir.

Filmindən çıxan nəticə Bakının tarixi-siyasi əhəmiyyətini göz önünə qoyur. SSR-nin bizim şəhəri öz maraqları naminə necə qoruduqları tamaşaçılara kino vasitəsiylə çatdırlır.