Bakıda Misir kino həftəsinin açılışı keçirilib
- 15.12.2008
- 0 Şərh
- 337 Baxış
Bu gün Bakıda Misir kino həftəsinə start verilib. Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən açılış mərasimində çıxış edən Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərvişi iki ölkə arasında daha da güclənən mədəni əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib.
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən kino həftəsi dekabrın 19-dək davam edəcək.
Açılış mərasimindən sonra Kinematoqrafçılar İttifaqının zalında Misirdə istehsal olunmuş “Sahr al-Layali” filmi nümayiş etdirilib. Misir kino həftəsi çərçivəsində dekabrın 17-də “Taleh”, 18-də “Yer kürəsi”, 19-da isə “Ceyran qanı” filmləri göstəriləcək. Filmlərin nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqında baş tutacaq. // APA