Bəkir Nəbiyev danışdı: "Tənqid də var, məşğul olduğu ədəbiyyat da..."
Tənqid
- 25.10.2010
- 0 Şərh
- 1682 Baxış
80 yaşlı adlamış tanınmış tənqidçi, Əməkdar Elm Xadimi, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Şöhrət və İstiqlal ordenli, akademik Bəkir Nəbiyevlə cavan həmkarı filoloji elmlər namizədi Elnarə Akimovanın söhbəti.
E.Akimova. Ustad tənqidçi Yaşar Qarayev Məmmədcəfər Cəfərova həsr etdiyi əsərində yazır ki, yaradan şəxsiyyətin, düşünən zəkanın ömür dünyası həmişə bir fəsildə yaşanır: əbədi gənclikdə! Azərbaycanın ictimai həyatında, xüsusilə onun humanitar düşüncə sisteminin qurulmasında xüsusi rolu, çəkisi olan Bəkir Nəbiyev ömrünün 80-ci axarında özünü necə hiss edir: “yol üstündə duran qoca dərviş kimi”, yoxsa “əlimdədir hələ qələm” nidasının daşıyıcısı kimi?
B.Nəbiyev. Mənə, əlbəttə “qoca dərviş” sözləri daha uyarlı görünür. Amma bu cümlədəki “yolun üstündə duran” mürəkkəb təyininə bir düzəliş verərdim, onu “yolla gedən” sözləri ilə əvəz edərdim. Çünki “yol üstündə durmaq” anlayışının bir “yol kəsmək”, “mane olmaq” çaları da var. Bu çalar mənim indiki durumumu, missiyamı ehtiva etmir. “Əlimdədir hələ qələm” sözləri isə bu baxımdan mənə daha məqbul görünür. Doğrudur, bu qələm indi, məsələn, on il bundan əvvəlki səmərə ilə işləmir. Lakin Tanrıya şükürlər olsun ki, o hələ mənim əlimdədir.
E.Akimova. Deyirlər yaşa dolduqca insanı daha çox ömrün bakirəlik çağı, uşaqlıq dünyası özünə çəkir. Bəlkə elə “geriyə baxma, qoca” imperativi burdan qaynaqlanır?! Həyatınızın bu ahıl vaxtında uşaqlıq illərinin hansı xatırəsi öz mələk qanadları ilə Bəkir müəllimin yaddaşını titrədir ?
B.Nəbiyev. Sualı elə gözəl sözlərlə bəzəmisiniz ki, onun bəkarətinə xələl gətirmək istəməzdim. Təəssüf ki, uşaqlıq çağlarımdan ən çox yadımda qalan qırmızı epoletli, qızılı düyməli paltarlar geymiş qaragüruhçuların 1937-ci ildə gecə yarısı bütün ailəmizi hələşan edib atamı apardıqları dəhşət anıdır. Gördüyünüz kimi, burada uşaqlıq xatirələrimin o romantik mələk qanadları yonulmuş, onları repressiya canavarının qanlı pəncəsi əvəz etmişdir.
E.Akimova. Bəkir Nəbiyevin həyatı müştərək zaman və “mən”in qütbündə qərar tutub: iki əsrin müasirinə çevrilib, iki ziddiyyətli epoxanın iştirakçısı olub və ən əsası, zamanın bu iki fərqli mərhələsi sizin yaradıcılığınızda bir-biri ilə təzada girməyib, həyat ritminizi pozmayıb. Bununla belə, B.Nəbiyev özünü hansı əsrin adamı kimi hiss edir?
B.Nəbiyev. Bu baxımdan mən nə birinci, nə axırıncı, nə də yeganə ziyalıyam. Sadəcə, onların arasında mən elə bir zümrənin təmsilçiləri sırasındayam ki, 1930-cu illərdən üzü bəri cəmiyyətdə baş verən, çox vaxt biri digərinə kökündən zidd olan hadisələr bizim taleyimizdə də çox düyümlənib, daşlaşıb. Uşaqlıq, ilk gənclik, tələbəlik çağlarım, ilk və yeganə məhəbbətim, elm sahəsində ilk addımlarım, Yazıçılar Birliyi və onun mətbuat orqanları ilə əlaqələrim, nəşr olunan ilk kitabım, bir çox qadağalara baxmayaraq, bəzi kapitalist ölkələrinə ilk səfərlərim keçən əsrdə, daha dəqiq deyilsə: sosializm çağlarında boy göstərib və əlbəttə, bunların heç biri unudulan deyil. Lakin mən indiki halda müstəqil Azərbaycan məmləkətində yaşayıram və bu mənada əlbəttə, XXI əsrin adamıyam; bununla da fəxr edirəm.
E.Akimova. Milli müstəqilliyimizi qazandığımız 1990-cı illərdə ədəbiyyatşünaslıq elmimizdə çox təbəddülatlar baş verdi: bədii-estetik düşüncə də, onun elmi-tənqidi dərkinin meyarları da əsaslı dəyişikliklərə məruz qaldı. Azərbaycan ədəbiyyatı tarixinə yeni konseptual baxış formalaşmağa, klassiklərimiz, ədəbi irsimiz milli dəyərlər işığında , “türk təfəkkürü məcrasında” tədqiq olunmağa başladı, mühacirət ədəbiyyatına, sovet dövründə yaranan bədii dəyərlərə yanaşma meyarları dəyişdi. Mənə görə, mürəkkəbliyi ilə seçilən 90-cı illərdə B.Nəbiyevi alim-ziyalı kimi səciyyələndirən başlıca amil sizin mühacirət ədəbiyyatının tədqiqinin yeni istiqamət kimi əsasını qoymağınız oldu. A.İldırım, M.Ə.Rəsulzadə, Ə.Cavad və bir sıra başqa “mühacirət dostları” haqqında sistemli araşdırma aparmağınız sizin üçün mənəvi təskinlik idi, yoxsa “itirilmiş intellekt və emosiya potensialımızı” geri qaytararaq obyektiv ədəbi-elmi düşüncənin bərpasına, reabilitəsinə nail olmaq məramı daşıyırdı?
B.Nəbiyev. Bu sualınızın cavabını siz onun yerli-yataqlı şərhində əsasən əhatə etdiniz. Əlavə olaraq onu demək istərdim ki, mən bu tarixi təbəddülat məqamında mühacirət ədəbiyyatı və repressiyaya məruz qalmış sənətkarlarımızın yaradıcılığı kimi mövzuların acı idim. M.Ə.Rəsulzadə, Ə.Cavad, A.İldırım, M.Müşfiq ətrafında kitab və məqalələrim bu mənəvi aclığımı rəf etmək üçün ilk təşəbbüslər sırasında dəyərləndirilməlidir. Indi mən, yaxud aspirantlarım bu mövzuda daha yaxşı, ətraflı araşdırmalar əsasında yazmaq əzmindəyik və bu yaradıcılıq təlaşlarının bəzi nəticələri artıq özünü göstərir. Məsələn, aspirantım Afina xanımın təzəcə çapdan çıxmış “Əhməd Cavad və Türkiyə” kitabı buna yaxşı nümunə ola bilər. Ancaq mən sizin sualınızdakı mühacirlər siyahısından Ə.Cavadı çıxardardım. O, inqilabdan əvvəl bir müddət Türkiyədə olmuş, jurnalist kimi Azərbaycan mətbuatında yazılarını dərc etmiş, müharibə zərərdidələrinə yardım təşkili ilə məşğul olmuşdur. Lakin sovet hakimiyyəti illərində xüsusi nəzarət altında olduğu üçün bircə gün də xaricdə olmamış və mühacirət ədəbiyyatı yaratmaqla məşğul olmamışdır.
E.Akimova. Çoxşaxəli yaradıcılığınızın əsas bir hissəsini ədəbi tənqid təşkil edir. Sizin ədəbi fakta, ədəbi prosesə yanaşmanız obyektivliyi, ədəbi əxlaq və təmkin müvaziliyi, predmetin dərindən və hərtərəfli şərhi məziyyətləri ilə şeçılıb. Bir yazımda xüsusi vurğuladığım kimi: Yaşar Qarayev, Aydın Məmmədov, Nadir Cabbarlı və eləcə də Bəkir Nəbiyev, Akif Hüseynli kimi müqtədir qələm sahiblərimizin irsi ədəbi tənqidimizin səviyyəsidir, onun varlıq, yaşarılıq göstəricisidir. Söhbət ondan getmir ki, bu şəxslərin bir qismi artıq həyatda yoxdur, bir qismi isə cağdaş dövrün tənqidilə artıq məşğul olmurlar. Söhbət sizin qoyduğunuz təcrübədən, elmi-nəzəri səriştədən gedir ki, zənnimcə, son illər tənqidimizin müncər olduğu problemlərin bir qismi bu dəyərlərin itirilməsindən nəşət tapır. Bəs bu haqda Bəkir Nəbiyev necə düşünür?
B.Nəbiyev. Sizin bu sualınız düşündürücü bir sualdır. Mən bir qədər müfəssəl verdiyiniz bu suala cavab vermək üçün başqa bir sual çıxardardım. Bu gün ədəbi tənqid varmı? Ona görə belə deyirəm ki, bu gün bizim cəmiyyətimizdə, istər yazıçılar cəmiyyəti olsun, istərsə də elmi cəmiyyətimizdə elə müəlliflər tapılır ki, deyirlər : bizdə ədəbi tənqid yoxdur. Mən buna kökündən etiraz eləyirəm. Belə məsuliyyətsiz ifadəyə qol-qanad versək, elə həmin “müvəffəqiyyətlə” deməliyik ki, bizdə ədəbiyyat yoxdur. Bu isə çox böyük qəbahətdir. Bizdə maraqlı əsərlər yaranır. Ola bilər ki, hər hansı bir əsər, hər hansı bir yazıçı, onun manerası oxucunu, yaxud oxucular qrupunu yetərincə təmin eləmir. Bu hələ belə bir məsuliyyətsiz hökm verməyə əsas vermir. Siz sualınızda bir qrup tənqidçilərimizin siyahısını verirsiniz. Mən bu siyahını bir qədər də genişləndirərdim. Xüsusilə hal-hazırda çox fəal surətdə tənqidlə məşğul olan T.Əlişanoğlu və Ə.Cahangiri də ora əlavə edərdim. Bu siyahını bir qədər də genişləndirmək olar. Tənqid də var, özü də yerli-yataqlı, bir sıra hallarda öz mətbuat orqanı olan, yəni istədiyi sözü demək üçün tribunası olan tənqid də var, onun məşğul olduğu ədəbiyyat da... Və xoşbəxtlikdən onlar bir sıra qiymətli nümunələrlə oxucunu razı da salırlar. Təbii ki, həmişə olduğu kimi, indi də zəif əsərlər yazılır. Mən bunu əlavə edərdim ki, bəli, tənqiddə bir qədər fəallıq çatmır. Elə bil ki, tənqid daha çox nəzəriyyəyə meyl eləyir. Bu və ya digər cərəyanla əlaqədar, yaxud müasir Avropada mövcud ədəbi proseslə əlaqədar bəzən şəxsən mənə bir qədər mücərrəd təsir bağışlayan mülahizələr yürütməklə məşğul olur, Azərbaycan ədəbi prosesinin bu və ya digər konkret hadisəsinin təhlilinə az fikir verir. Məsələn, mən axır vaxtlar elə bir jurnal, yaxud qəzet məqaləsi görmürəm ki, orada bu və ya digər az -çox görkəmli yazarın, şairdirsə poemasının, nasirdirsə romanınım konkret ədəbi, filoloji təhlili verilsin. Bu əsərlərdəki qüsurlar açılsın, onları doğuran səbəblər göstərilsin, mahiyyətinə varılsın. Sizi inandırıram ki, belə olanda oxucu həmin tənqidçi ilə daha çox həsbi-hal eləyir. Tənqidçinin dediyi bu və ya digər qüsur elə bil oxucunun ürəyindən tikan çıxarır. O fikirləşir ki, bu duyğu məndə əmələ gəlmişdi, amma tənqidçi sağ olsun, bunun necə gözəl şərhini, ifadəsini verdi, məni inandırdı. O, elə bil ki, həmin məqalənin altına öz imzasını da qoymağa hazırdır. Amma bütün bunlara rəğmən , demək ki: bizdə ədəbi tənqid yoxdur – bu fikir, mənim qənaətimə görə, adamı məsuliyyətsizliyə aparır.
T.Əlişanoğlu. Bəkir müəllim, siz cavan yaşlarınızdan başlayaraq ədəbi prosesi fəal izləmis, aktiv iştirakçısı olmusuz. Bəs indi ədəbi prosesı necə, harada izləyirsiz? Jurnaldanmı, qəzetdənmi, ya internet də bura daxildirmi?
B.Nəbiyev. Mən əlimi ürəyimin üstünə qoyub, tam həqiqəti deyirəm.
Əvvəlki vaxtlarda olduğu kimi, müasir ədəbi prosesi ürəyim istəyən dərəcədə izləyə bilmirəm. Bunun bir çox səbəbləri var. Əsas səbəb budur ki, indi hərənin alnına bir cür yazılıb, belə bir ifadə işlətmək mümkündürsə, mən gözümü açandan həmişə vəzifə sahibi olmuşam. Düzdür, mən nə nazirəm, nə o vaxtlar Mərkəzi Komitə katibi olmuşam. Amma mən “Kommunist” qəzeti kimi çox ağır, məsuliyyətli, o ideoloji basqılar zamanı çox adam incidən bir qəzetdə şöbə müdiri olmuşam. Səhərdən axşama kimi redaksiyada oturmaq bir, vaxtaşırı ezamiyyətlərə getmək iki, belə ki, bizi yerlərə oşerk, felyeton yazmağa, yaxud hər hansı bir faktı araşdırmağa göndərirdilər çox çətin və məsuliyyətli idi. Həmin vaxtlar həm də mənim aspirantlıq illərim idi. Mən aspirant ola-ola vəzifədə çalışırdım, gecənin yarısına qədər oturmalı, dissertasiyamı yazmalı idim. Ondan sonra 1961-ci ildə gəldim Nizami adına Ədəbiyyat İnstitutuna, orada cəmi üç ay kiçik elmi işçi işlədim. Yəni yavaş-yavaş əl-qolumu açırdım ki, işləyim, görüm-götürüm, məni institutun elmi katibi qoydular. O zaman rəhmətlik akademik Şirəliyev deyərdi ki, Bəkir, biz direktoruq, K.Talıbzadə müavindi, sən qərargah rəisisən. Bütün hesabatlar, planlar elmi katibin əli ilə zühur eləyir, meydana gəlir. Bu da mənə o zamanlar ədəbi prosesi yetərinsə izləməyə mane olurdu.
T.Əlişanoğlu. Amma o vaxtlar çox fəal olmusunuz, Bəkir müəllim.
B.Nəbiyev. Indi vəziyyət daha da gərgindir. Özünüz də bilirsiniz ki, mən İnstituta hamıdan əvvəl işə gəlib, hamıdan sonra işdən gedirəm. Ona görə yox ki, mən bir yerdə oturmağı çox xoşlayıram. Ona görə ki, işimin məsuliyyəti bunu məndən tələb eləyir. Digər tərəfdən, mən ictimai vəzifələrə də qailəm. O da artıq mənim vətənimin, dövlətimin, cəmiyyətimin mənə etimad və etibar elədiyi vəzifələrdir. Yadınıza salıram ki, mən dörd il Azərbaycan Mədəniyyət Fondunun sədri olmuşam, dörd il Azərbaycan Ədəbiyyat Cəmiyyətinin sədri olmuşam. Mən indi iyirmi ilə yaxındır ki, bizim İnstitutun nəzdində, amma bütün respublikada yeganə elmlər doktoru adı verən Elmi Şuranın sədriyəm. Bütün bunların əsasında siz yəqin inandınız ki, mən əvvəlki kimi ədəbi prosesi izləyə bilmirəm. Bununla yanaşı, əlimi yanıma salıb oturmuram. “Azərbaycan” jurnalında çıxan əsərləri izləyir, oxuyuram. Boynuma alıram ki, ilk öncə tənqidi məqalələri oxuyuram, bu da yəqin peşə yönümümüzlə əlaqədardır. Yəqin siz də belə eləyirsiniz. Sonra bədii əsərləri oxuyuram. Kitablara gəlincə, mənim özümün kitab almağıma heç bir ehtiyac qalmır. Iş elə gətirib ki, indi respublikada çıxan bütün ədəbiyyatyönlü əsərlər, həm tədqiqat əsərləri, həm də bədii əsərlər özləri öz ayaqları ilə mənim stolumun üstünə gəlirlər. Mən onlardan nəyi bacarıramsa, oxuyuram, çox cüzi qismini evə, öz kitabxanama apariram, böyük əksəriyyətini isə institutun kitabxanasına bağışlayıram. Bu prosesdə nəyə imkanım varsa, onu oxuyuram və qeydlərimi aparıram. Ildə bir dəfə keçirdiyimiz ədəbi yekunlarda məruzəçilər təyin olunur. Bu mənada bəzi məsləhətlərim olur, yaxud onları dinləyəndən sonra həmin məruzələrə elmi yekun vurmaq məcburiyyəti qarşısında qalıram. Bunlar məni vadar eləyir ki, nə qədər bacarıramsa ədəbi prosesi izləyim. Yenə əvvəlki fikrimə qayıdıram. Bu mənim ürəyimcə deyil, on beş, iyirmi il əvvəllərlə müqayisədə yetərincə deyil.
E.Akimova. Bir qədər konkret olarmı, Bəkir müəllim. İzlədiyiniz qədər, məsələn, bilmək istərdim, hal-hazırda hansı imzalar diqqətinizı cəlb edir?
B.Nəbiyev. Bir çox imzalar. Məsələn,Səlim Babullaoğlunun yaradıcılığı mənə çox yaxşı təsir bağışlayır. İlqar Fəhminin, Rəşad Məcidin yaradıcılığı da o cümlədən. Əlbəttə, mən ədəbiyyatımızın ağsaqqalları Anarın, Elçinin, Əkrəmin çox sanballı nəsr əsərlərini demirəm. Demirəm, bu mənada ki, onlar yenə də cərgədə öndə gedirlər və fəallıq nümunəsi göstərirlər. Amma yeni nəslin içərisində adını çəkdiyim müəlliflər məni daha çox cəlb edir. Lap bu günlərdə Qismət adlı şairin balaca bir şeir kitabını oxudum. Etiraf eləyirəm ki, onu bu vaxtadək yetərincə tanımırdım. R.Məcidin “525-ci qəzet”inin redaksiyası cavan müəlliflərdən bir qisminin əsərlərini çox zərif kitabçalar şəklində nəşr eləyir. Mən onu çox bəyəndim. Nədir bu oğlanın şeirlərində məni cəlb eləyən? Birinci növbədə odur ki, adət elədiyimiz təsvir və ifadə vasitələrinə burada əvvəldən-axıra qədər iman gətirilmir. Yeni təsvir və ifadə vasitələri, yeni təşbeh və istiarələr, heç gözlənilməyən nümunələr var. Bu gənci çox bəyəndim və gələcəyinə ümidim böyükdür. Bir də Mahir Qaranın, bilməzdim ki, gözəl poetik istedadı var. Axır vaxtlar onun iki kitabını oxudum, gördüm ki, sözün yaxşı mənasında orijinallıq təşnəsidir, özündən əvvəlkilər kimi yazmaq istəmir. Siz də mənlə şərik olarsınız ki, ədəbi yaradıcılıqda ən vacib keyfiyyətlərdən biri budur ki: maneraca, üslubca, ifadə tərziycə fərqlənə biləsən. Bax, Mahirdə bu əlamətlər var.
T.Əlişanoğlu. Bəkir müəllim, belə bir seriya buraxılır: “Ən yeni ədəbiyyat”. “Qanun” nəşriyyatının təsis etdiyi bu sıradan 8-9 kitab çıxıb. Mənimçün maraqlıdır, çəkdiyiniz adlar müqabilində, bu seriyadan da olan kitablar sizin stolunuzun üstünə gəlib çıxıbmı?
B.Nəbiyev - Təəssüflər olsun ki, yox.
E.Akimova. “Özümüzdən başlayaq” adlı məqalənizdə belə bir fikir söyləyirsiniz ki, özünə, sözünə, istedadına inanan əsl yazıçı tənqidi sözdən qorxmaz. Sizcə çağdaş ədəbi prosesimizdə tənqidə qarşı aqressivliyin, dözülməzliyin əsasında hansı səbəb durur: özünü ifadə edə bilməmək sindromu, yoxsa yazılan əsərin tənqidçi nəzərindən kənarda qalması, onun dəyərləndirilməməsi?
B.Nəbiyev. Məsələ çox yaxşı qoyulub. Mən buna çox müxtəsər bir cavab verərdim. İkisi də. Birini digərinə tərce eləməzdim. Hər ikisinin rolu var və hər ikisi sizin dediyiniz o reaksiyanı əmələ gətirir.
E.Akimova. Bəkir müəllim, siz tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan bir dövrün ədəbiyyatını tədqiq etmisiniz. “Kamalın təntənəsi” adı ilə səciyyələndirdiyiniz həmin prosesdə yazıçı psixolojisinə, xarakterinə, mövqeyinə daha yaxından bələd olmusunuz. Bu sıradan mənim üçün cavabınız çox önəmli olardı: Niyə 1990-cı illərdə müharibənin dərinliyiniverən savaş ədəbiyyatı yaranmadı? Bir ədəbiyyatşünas kimi, təcrübədən çıxış edərək, siz durumun pozitivə doğru nəticələnməsi üçün konkret nə təkliflər edə bilərsiniz?
B.Nəbiyev. Təklif iclas terminidir, mənim xoşuma gəlmir. Təkliflə, ancaq protokolda yazılan şeylərlə bədii ədəbiyyatı irəli aparmaq olmaz. Mən yaradıcı insana necə təklif verə bilərəm? Bayaqdan verdiyim cavablar da, elə sizin suallarınızdakı ayrı-ayrı motivlər də göstərir ki, bədii yaradıcılıq işi həqiqətən də əsrarəngiz bir aləmdir. Çox güvəndiyimiz bir şair həftələrlə, bəzən aylarla ürəyi istədiyi şeiri oturub yaza bilməz. Yaxud əksinə, günün birində qatarla yol getdiyi yerdə hövlnak yuxudan qalxar, kağız –qələmini dizinin üstünə qoyub elə bir şeir yazar ki, bu ədəbiyyatın hadisəsinə çevrilə bilər. Bu mənada mən heç bir təklif verməzdim.
E.Akimova. Bəkir müəllim, sualın birinci hissəsi ilə bağlı fikirləriniz?
B.Nəbiyev. Nə üçünsə bu məsələdən söhbət düşəndə, təkcə bizim ədəbiyyatda yox, bir çox xalqların da az-çox bizə məlum olan ədəbi prosesində L.Tolstoyun məşhur “Hərb və sülh” romanının cildlərini misal gətirirlər. Deyirlər ki, Napaleonun hücumu ilə əlaqədar, 1812-ci il müharibəsindən filan qədər keçəndən sonra Tolstoy bunu qələmə almış, böyük epopeya yaratmışdır. Həqiqətən də, orada təkcə vuruş mənzərələri yox, insanların daxili aləmlərində , beynində, təfəkküründə baş verən təbəddülatların mənzərələri elə ustadanə təsvir olunub ki, heyran qalmamaq olmur. Buna baxmayaraq mən bu fakta əsaslanmağı bəhanə hesab eləyirəm. Yəni bizim ədəbiyyat vaxtında, məsələn, Böyük Vətən müharibəsi illərindəki aktivliklə, fəallıqla müharıbə mövzusuna, yəni Qarabağın azad edilməsi uğrunda, erməni hücumlarına qarşı apardığımız mübarızədə baş verən hadisələri qələmə alsaydı, bundan ədəbiyyatımız uduzmazdı. Elə bil ki, ədəbiyyat bir müddət gözləmə mövqeyində dayandı. Şeir az-çox yazıldı, publisistik məqalələr yazıldı, amma ədəbiyyatın ağır artilleriyası heç atəş açmadı. Yəni ilk illərdə ciddi roman, povest yazılmadı. Bu hadisələrin üstündən illər keçəndən sonra bu qəbildən əsərlər yaranmağa başladı. Onların içərisində Elçin Mehrəliyevin, Hüseynbala Mirələmovun povestlərini qeyd edə bilərəm. Aqil Abbasın “Dolu” romanı bütün ciddiyyəti ilə bu mövzuda yazılan bütün əsərlərdən seçilir. Ilk növbədə sərtliyi ilə, vətəndaş mövqeyinin qüvvətliliyi ilə... Əlabbasın “Qaraqovaq çölləri” əsərinin bir çox epizodları yaddaşıma ilişib qalıb. Burda müharibə həqiqətlərinə inandıran realist məqamlar çoxdur.
E.Akimova. Dünyaya axın prosesinə, mənəvi inteqrasiya və ədəbi dövriyyəyə çağdaş ədəbiyyatımız hansı istiqamətdə pozitiv müdaxilə, yenilik təqdim edə bilər və ümumiyyətlə, bu gün yaranan ədəbiyyat ki var, milli varlığımızı görükdürməyə, onu təmsil etmə potensialına qadirdirmi?
B.Nəbiyev. Əlbəttə, Anar, Elçin, Əkrəm Əylisli, Kamal Abdulla elə potensiala, yaradıcılıq imkanlarına malikdirlər ki, ən yaxşı əsərlərini hələ bundan sonra yazacaqlar. Mən bu fikirdəyəm. “Ağ qoç, qara qoç” göstərdi ki, Anarın deməyə hələ nə qədər sözü varmış. Son illərdə o istər bədii, istərsə də elmi, ədəbi-tənqidi yaradıcılığında çox maraqlı fikirlər səsləndirib. Yazıçılarımızın yaradıcılıq potensialının tükənmədiyinə şübhəm yoxdur.
E.Akimova. 80 illik yubileyinizdə çox çıxışlar oldu, maraqlı fikirlər səsləndi. Onların arasında akademik İsmayıl İbrahimovun bir arzusu mənə əlamətdar göründü: “80 yaş yaxşı yaşdı, amma 95 deyil. Arzu edirəm Bəkir Nəbiyev mənim kimi 95 yaşa çatsın və gəlib burada alimlərimizin 80 illiyini təbrik etsin”. Bəkir müəllim, sizcə insanın uzun ömür yaşaması Allahın qismətidir, yoxsa insanın ruhsal dəyərlərindən, mənəvi-iradi keyfiyyətlərindən də rişələnir?
B.Nəbiyev. Uzun ömür, əlbəttə, birinci növbədə Allahın əta etdiyi və heç nə ilə müqayisəyə gəlməyən nemətdir. Və heç bir şübhə yoxdur ki, uzun yaşamaqda həm də az-çox siz deyən kimi, ruhsal dəyərlərdən, mənəvi-iradi keyfiyyətlərdən bəhrələnmək və əlavə edərdim ki, yazı-pozu ilə məşğul olmaq da ehtiva olunur. 95-ə iddia eləməsəm də, hələ 85-ə də çatacağımı daxilən hiss edirəm.
“Ədəbi həftə” (“Həftə içi” qəzetinin şənbə əlavəsi)