Bolqarıstan və Yunanıstanın sabiq rəhbərləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olublar - FOTOLAR

Bolqarıstan və Yunanıstanın sabiq rəhbərləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olublar - FOTOLAR

Bolqarıstan paytaxtı Sofiyada ölkənin sabiq prezidentləri, tanınmış siyasətçilər – Jelyu Jelev (1990-1997) və  Georgi Pırvanov ilə (2002-2012) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təmsilçisi Rövşən Muradov arasında görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013 və 2014-cü illərdə keçirilmiş Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti, mərkəzlə Bolqarıstan arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Jelyu Jelev və  Georgi Pırvanov bu əməkdaşlığı genişləndirmək məqsədilə mərkəzə üzvlük dəvətini məmnuniyyətlə qəbul ediblər.

Yunanıstanın nüfuzlu dövlət və siyasi xadimi, 2009-2011-ci illərdə hökumətə rəhbərlik etmiş Georgios Papandreu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub. Bu barədə razılıq Rövşən Muradovun tanınmış siyasətçi ilə Afinada keçirdiyi görüşdə əldə olunub.