Bu tamaşa Musiqili Teatrda 105-ci dəfə nümayiş olunacaq

Bu tamaşa Musiqili Teatrda 105-ci dəfə nümayiş olunacaq

Rauf Hacıyev, Faiq Zöhrabov və Elxan Ocaqovun "Talelər qovuşanda” iki hissəli operettası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində 105-ci dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, 105-ci nümayiş fevralın 28-də olacaq. Vaxtı ilə bu tamaşada mərhum aktyorlar - xalq artisti Elxan Əhədzadə, əməkdar artistlər Elçin Həmidov, Xanım Qafarova və aktrisa Lütviyyə Səfərova oynayıblar və onların ifaları hələ də xoş bir xatirə kimi xatırlanır.

Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Uzun illərdir sevə-sevə izlənilən tamaşadakı rolları əməkdar artistlər Nərgiz Kərimova, Nahidə Orucova, aktyorlar Amil Məmmədov, Gültac Əlili, Əlif Cahangirov, Emil Heydərov, Məhərrəm Qurbanov, Elvin Əliyev, Ağaxan Şərifov və başqaları ifa edəcəklər.

Ədəbiyyat.biz