Cavid Fərzəli. Qadınlar tanrısız kişilərdə... (ŞEİR)

Cavid Fərzəli. Qadınlar tanrısız kişilərdə... (ŞEİR)

Təkcə sevdiyindən deyil,
əllərin qopan hər yer 
sevgiylə dolar.

...Bütün sevgilər ayağın kəsər səndən;
Səhv yollarda addımlarını tanıyarsan,
yolun qalmaz ölməyə.

...özgələşər göz yaşların
pərdə buludlar arxasında,
sevdadan qalan külün gözündə.

Gözün olmayan xoşbəxtlik
güllələyər ürəyini,
əlində ölərsən dənizin,
kimsə su atmaz üstünə.

...Qadınlar tanrısız kişilərdə həsrətini yaşayar
hər gecənin qapısında,
hər ürəyin səhərində.

Heyif bilməmişəm;
Sevmək kədərini dəyişə bilməməkmiş
eyni ocaq başında,
eyni yağışlar arxasında.