Danimarka teatrı və dramaturgiyasının tarixi
TEATR
- 23.05.2008
- 0 Şərh
- 825 Baxış
XVIII yüzilliyin ilk rübündə yaranan Danimarka Milli Teatrı, dünya əhəmiyyətini Lüdviq Holberqin yaradıcı fəaliyyəti sayəsində qazanır.
XVI-XVII əsrlərdə meydana çıxmış ayrı-ayrı dramaturji əsərlər hələ ədəbi-səhnə ənənələrini tamlıqla ifadə etmirdi. Buna rəğmən bu əsərlər Danimarka milli teatrının növbəti təsdiqinə kömək etdi. Elə həmin dövrlərdə (16-17-ci əsrlər) Danimarkada qastrolçu qismində ilk professional aktyorlar - ingilislər peyda olur. Onlar hakimiyyətin təqibi nəticəsində müvəqqəti vətənlərini tərk etmək məcburiyyətində qalmışdılar. İngilis komediyantlarının uğurlu çıxışlarının əks-sədası Almaniya və Hollandiyadan gəlirdi. Danimarkada isə onlar, 1579-cu illərdə oynayıblar və truppaya məşhur komediya aktyoru, Şekspirin müasiri Vilyam Kemp rəhbərlik edirdi. Mühacir aktyorların repertuarına faciələrlə yanaşı intermediya və təlxək səhnələri daxil idi. XVI əsrin sonu XVII əsrin əvvəllərində Danimarkada «Kleopatra» (Steqqen), «Çar Solomonun məhkəməsi» (İorqen Tiboen), «Absalon» (Anders Kyelsen) və s. bu kimi bir sıra «ciddi» dram və komediyalar yaranır. Bununla da orta əsrlər teatrının canrları - misteriya və moralite ölür. Beləcə, 1634-cü ildə Kopenhagendə «Yaxşılıq və eyiblər haqda faciə» tamaşası qoyulur. Tamaşada cəhənnəm, ağzından od püskürən iri yırtıcının timsalında təsvir edilirdi.
Səhnənin quruluşu, xarakterlərin təsviri və ifa - hamısı əsrin ortalarında bənzər nümayişlər üçün işlənmiş normaya uyğun idi. Lakin bu cür tamaşalar nadir hallarda - hadisədən hadisəyə, özü də qeyri-peşəkar aktyorlar tərəfindən və daha çox seçilmiş auditoriya üçün qurulurdu. Tamaşaçı kuklaçıların nümayişlərilə kifayətlənməli olurdu.
Bütün Avropa saraylarında dəbə uyğun opera fəaliyyət göstərirdi. Danimarka kralları da bu dəbin tələblərindən geri qalmaq istəmirdilər. XVII əsrin ikinci yarısında Kopenhagendə, xüsusi tikilmiş binada saray publikası üçün opera və balet nümayişləri verilir - «Dəfnə» (Q.Şütsın), «Kadm» (K.Frester) (1663), «Allahların barışdırcı müharibəsi» (P.Şindler) (1689) və s.
Artıq 17-ci yüzillikdə Danimarkada məskunlaşmış müxtəlif millətlərdən olan əcnəbi truppalara fəaliyyətləri üçün lazımi şərait yaradılırdı. Məsələn, fransız komediyantları 1668-ci ildən etibarən saraydan 2 min riqsdaler məbləğində illik subsidiya alırdılar. Daha əvvəl isə, 1662-ci ildə, alman aktyorlarına Kopenhagendə tamaşalar qoymağa icazə verilmişdi.
Antreprenyor Andreas İoaxim Vulf müqavilənin şərtlərinə görə, hər layiqli aktyorlarla və qulağa zövq verməyə qadir bütün musiqi alətlərilə faciələr, komediyalar və digər pyeslərin nümayişini öhdəsinə götürürdü. Kopenhagendə bir-birini əvəzləyən çoxsaylı alman truppaları arasında antreprenyor Fon Votenin truppası 18-ci əsrin əvvəllərində daha böyük uğurlarla yadda qalmışdı. Onun repertuarında əsas yeri «vacib və dövlət» işləri» tuturdu. Burada patetika, faciə və fars səhnələri birləşmişdi. Bütün Avropada geniş yayılmış bu pyeslər Danimarka seyrçilərinin nəzərində uğur qazanır. Bu tamaşalar tarixi hadisələrin, knyazların və sərkərdələrin şəxsi həyatlarının təsviri üzərində qurulan tematikalarla Danimarkalıları cəlb edirdi. Lakin bunlar meşşan, burqer auditoriyasının tələb və zövqlərinə uyğunlaşdırılmış saray tamaşalarının ən alçaq variantı idi.
Tamaşaçı sayar intriqalarının şahidi olurdu, mübarizəni, şəhər mühasirələrini, yanğınları görürdü.
1721-ci ildə Hamburqdan məşhur bəstəkar Reynqard Keyzerin rəhbərlik etdiyi truppa dəvət olunur. Fransız dramatik teatrı isə dağıntıya elə həmin il məruz qalır. Yalnız uzun illik iş fəaliyyəti və ailə telləri ilə bura bağlanan aktyorlar Danimarkada qaldılar. Onlar arasında Etyen Kappion və Rene Monteqyü vardı.
Kappion keçmişdə restorator, marionet tamaşaların təşkilatçısı, alman və fransız truppasının direktoru idi. Danimarka dilində monopol tamaşaların təşkili və əvvəllər əcnəbi antrepenyorlara verilən imtiyazın ləğvi üçün krala müraciət məhz Kappiona məxsus idi.
23 sentyabr 1722-ci ildə Kopenhagendə, Molyerin «Xəsis» dramı ilə milli teatrın açılışı oldu. Tamaşalar Qroner küçəsində yerləşən və nümayiş üçün tələm-tələsik yenidən təchiz olunmuş məkanda göstərilirdi. Teatrın rəhbərliyində Monteqyü və Kappion dayanırdı. Truppaya əvvəllər fransız səhnəsində çıxış etmiş professional aktyorlar və universitetdən gəlmiş əcnəbi həvəskar aktyorlar daxil idilər. Teatrın repertuarının böyük qismi tərcümə olunmuş fransız pyeslərindən ibarət idi. Burada «Xəsis»dən başqa Molyerin daha 12 pyesi- «Məhəbbət peşmanlığı», «Dəlisov», «Amfitrion», «Don cuan», «Tartüf», «Xəyali xəstə, «Corc Danden», « Skapenin kələkləri», «Meşan dvoryanlıqda», «Zorən kəbin», «Ərlər məktəbi», «Zövcələr məktəbi» qoyulub.
Renyarın komediyalarından Kopenhagen teatrında «Oyunçu», «Yeganə varis», «Məhəbbət dəlilikləri» və «Gözlənilməyən qayıdış» oynanılırdı.
Pyer Kornel «Yalançı» əsərilə təqdim olunmuşdu. Həmçinin Tom Konelin, Demarenin, Detuşun və digərlərinin komediyaları da oynanılırdı. Ümumiyyətlə, komediya repertuarda üstünlük təşkil edirdi. Klassik faciə əhəmiyyətsiz yer tutmaqla az deyilmiş kimi, çox pis nümunələrdə təqdim olunurdu. Məsələn, Pradonun «Fedra və İppolit»i Rasinin «Fedra»sından keyfiyyət baxımından üstün tutulurdu.
Beləliklə, bir zamanlar «Danimarka səhnəsi» adı ilə fəaliyyət göstərən şəxsi antrepriz, indi Kopenhagenin ən iri mədəniyyət ocağı - «Kral Teatrı»dır.
Təəssüf ki, əcnəbi müəlliflərin tərcümə əsərləri milli teatrın əsəs repertuarı ola bilmədi. Çünki Danimarka əbədiyyatı, teatrın müraciət edə biləcəyi pyesi hələ yaratmamışdı. Ona görə də ilkin məqsəd - yeni dramaturq axtarışı idi. Milli səhnə isə belə dramaturqa Holberqin simasında nail oldu.
Lüdviq Xolberq əslən novreçlidir. Vətəni XVI əsrdə öz siyasi müstəqilliyini itirmişdi. Yəni, 1397-ci il Kalmar İttifaqından istifadə edən Danimarka reyxstaqı 1537-ci ildə Norveçi özünün əyalətinə çevirdi. Danimarka canişini ölkəni kralın adından idarə edirdi. Ancaq bütün siyasi duruma rəğmən azad Norveç kəndlilərini qul halına sala bilmədilər. Fridrix Engels təsadüfi olaraq qeyd etmirdi ki, «Norveç kəndlisi heç vaxt təhkimçi olmayıb». Bu şərait şübhəsiz ki, inkişafa da öz təsirini göstərib. Holberq, Danimarka mütləqiyyətinin şərtlərilə yaşayan azad norveç kəndli nəslindəndir. Azadlıqsevər norveçli ruhu Danimarka maarifçisi Holberqdə heç vaxt ölməmişdi.
Lüdviq baron fon Holberq Danimarka şəhəri Berqendə, zabit ailəsində doğulub.
Danimarka onun ikinci vətəni sayılırdı, Norveçə isə ancaq yolüstü baş çəkirdi. Holberqin əsas peşəsi, sənəti elmlə bağlı idi. 1704-cü ildə, Kopenhagen universitetini bitirən kimi bu gənc Avropaya səyahətə çıxır. Bir müddət İngiltərədə, Almaniyada yaşayır, Oksford və Leyspiq Universitetlərinin mühazirələrini dinləyir. On ildən sonra, yəni, 30 yaşını yenicə tamamladıqda Holberq bitirdiyi universtetdə professor pilləsinə yüksəlir. Fəlsəfə professoru vəzifəsilə işə başlayan Holberq daha sonra latın dili və ritorika üzrə professor, həyatının sonuna yaxın isə tarixçi olur. Bunlarla bahəm ədəbiyyat da müxtəlif təzahürlərdə -poeziya, roman, satira, dramaturgiya onu hədsiz dərəcədə maraqlandırırdı. Molyer və italyan maska komediyaları ənənələrinin davamçısı olan Holberq 30-dan çox komediya yazıb və quruluş verib və Avropanın paytaxtlarının teatr səhnələrində böyük uğurla qarşılanıb. Təəssüf ki, yaratdığı «Danimarka səhnəsi»nin (eləcə də repertuarın - S.B.) fəaliyyəti primitiv, ibtidai tartuflərin hiddəti səbəbindən bağlanılır. Qadağa yalnız 1748-ci ildə götürülür, Holberqin ölümünə 6 il qalmış.
Təəcüblü deyil ki, Avropada məşhur olan bu komedioqraf öz əsərlərini ləqəblə çap etdirməyə üstünük verirdi. Ən yaxşı halda latınca və ən etibarlısı- əcnəbi ölkədə. 57 yaşında o, Leyspiqdə yeni «komediyasını» - «Nils Klimin yeraltı dünyaya səyahəti» adlı acı satirasını nəşr etdirir. Əsər Yerin yeni nəzəriyyəsini, həmçinin indiyədək məlum olmayan beşinci monarxiyanın tarixini özündə ehtiva edir.
Holberq, yaşadığı cəmiyyətin xasiyyətini yaxşı bildiyindən, kitabın ilk nəşrinin xaricdə və anonim imza ilə olması hər baxımdan ağıllı addım idi. Ancaq bu məxfiliyi uzun müddət qorumaq mümkün olmadı. Danimarka dindarları əvvəlcə küfr saydıqları bu əsəri qadağan etməyi düşünüblər. Amma sonradan bu fikirdən daşınıblar, çünki güman ediblər ki, kral onsuz da latınca oxumayıb. Digər tərəfdən Avropa səviyyəli məşhur dramaturqun əsərinə müdaxilə etməyin doğura biləcəyi beynəlxalq rezonansdan qorxublar.
Fundamental biblioqrafiyada Holberqin ötən əsrin 30-cu illərindəki fəaliyyətinə 11 dildə 59 roman nəşri qeydə alınıb. Bu romanlardan 34-ü 19-cu yüzilliyə qədər dərc olunub. Doğma dilə ilk tərcümə əsəri, yalnız iki alman, bir fransız və bir latıncada olan triumfal nəşrdən sonra işıq üzü gördü. Rusiyada Holberqin yaradıcılığı xüsusilə populyar idi (onun təmsillərini Denis İvanoviç Fonvizin tərcümə edirdi, pyesləri isə arabir layiqli teatrlarda uğurla oynanılırdı - S.B.). Burada kitabı ilk dəfə 1762-ci ildə çıxdı. 400 səhifədən çox «Lüdviq Holberqin romanı» adlı sərlövhə o dövrün təmtərağından xəbər verirdi.
1717-ci ildə Kopenhagenə qayıtdıqda o, yerli universitetdə metafizika kafedrasına qəbul olunur və «Peder Pors» adlı ilk bədii əsərini yazır. Universitet professorları onun poemasını «Qəzəbli ağlın həyasız məhsulu» elan edirlər. Lakin buna rəğmən müəllifin adı çox populyarlaşır.
Holberq metafizikanı «yalançı elm» adlandırırdı. Onun sözlərinə görə, «metafizikanın şərəfinə» olan ilk giriş mühazirəsi «mədhiyyədən, tərifnamədən» çox «dəfn mərasmi»ni xatırladırdı. Diqqətcil və həssas müşahidəçi olan Holberq xalqın ağır və əsarətli vəziyyətini, Danimarkanın iqtisadi və mənəvi geriliyini, onun yadelli mədəniyyətdən qul asılılığını dərin ağrı ilə seyr edirdi. Şeytan və cadugərlərə inam o qədər geniş yayılmışdı ki, onların varlığına inamsızlıq az qala bağışlanmaz günah sayılırdı. «cadugərlər prosesi» Danimarkada 18-ci əsrdə də baş verirdi. Onların təzahurunu biz, Holberqin «cadugərlik və ya saxta təşviş» komediyasında da görə bilərik. Bir sözlə, elm və ədəbiyyat acınacaqlı vəziyyətdə idi.
«Nils Klimin yeraltı dünyaya səyahəti» romanında hadisələr berqenli tələbə Nils Klimin təsadüfən dərin mağaraya düşməsilə başlanır. Mağara o qədər dərin idi ki, qəhrəman uzun müddət yuvarlanır. Lap Lüis Kerrolun «Möcüzələr adasına düşən Alisa»sı kimi. Bir sözlə, Nils, Yerin mərkəzinə yuvarlanana qədər düşür.
Həmin yerdə isə miniatür ölçüdə bütöv günəş sistemi var. Qəhrəmanız ilk anlarda peyk kimi mərkəzi göy cisimlərinin ətrafında fırlanır (cibindən tökülən biskvit qırıntıları da fırlanır, amma Klimin ətrafında). Üç gündən sonra nəhəng quşun köməyilə göy cisimlərinin səthinə düşmək mümkün olur, hansı ki, yaxından baxsaq, Göy cisim yox, Nazar planeti olduğu aydınlaşır.
Nils Klim səyahət zamanı müşahidələrini şərh edir, başına gəlmiş macəralardan sonra uğurla Yer dünyasına qalxır. Ekskursiya və mühazirə - istənilən utopik romanın iki sadiq yol yoldaşı, müəllifə, hətta yeraltı dünyada belə şərəflə xidmət edir, harada ki, sanki hər şey bilərəkdən başayaq qoyulub, satiranın inkişafına imkan verilməsi üçün. Məsələn, götürək elə bu qəribə dünyanın sakinlərini. cəfəng, boş insanbənzər kötüklərlə qarşılaşma, hansı ki, Holberqin müasirləri şübhəsiz ki, özlərini görüblər, qəhrəman Quliveri liliputlarla, Brobdinqneq pəhləvanları ilə və ya quiqnqnmamlarıla yada salmaqla: normal və absurd olan hər şey oxucu təsəvvüründə kəlləmayallaq aşır…
Müəllif qəhrəmanı məcbur edir ki, «mini-utopiya» paradını qəbul etsin (hər bir ölkənin yeraltı dünyasının öz utopiyası var, biri digərindən mənasız - S.B.) və bununla da işıq və kölgəni məharətlə hissələrə bölür. Bir tərəfdən Holberq utopik ənənələrlə böyüyüb, maarifçiliyin ən böyük xadimlərindən biridir - buna görə də ideal ictimai quruluşdan söhbət gedəndə o, ciddiləşir. Digər tərəfdən o şüuraltı olaraq hər bir utopiyanın ilkin daxili zərrəsini hiss edir: mükəmməl dövlətdə yaşamaq dözülməz dərəcədə darıxdırıcı, bəzən də qorxuludur. Məsələn deyək ki, Klim, Na-kirə - Ağıllılar ölkəsinə düşür. 18-ci əsrin ibrətli utopistinin nəzər nöqtəsinə görə, mükəmməlliyin sonu: bütün insanlar eyni səviyyədə ağıllı, fərasətli, ciddi və yüksək mənəviyyat sahibidirlər. Buna baxmayaraq Klimin ilkin entuziazmı tamamilə yox olur, «bu dünyada ölümcül darıxdırıcılıq, üzüntü hökm sürür» nəticəsinə gələn kimi: Nakiri bürüyən «xəstəlik»in səbəbləri barədə düşünən Nils gözlənilməz fərziyyəyə gəlir: «Mən güman edirdim ki, axmaqlıq - çatışmazlıq, təbiətin səhvidir, amma indi dövlət quruluşundan axmaqlığı bütünlüklə istisna etməyi ağıllı fikir saymıram. Utopiyanın uğurlu fəaliyyəti üçün - əgər bu ümumiyyətlə varsa, onu yarayıdək axmaqlarla məskunlaşdırmaq lazımdır» deyə Holberq daha bir nəticəyə gəlir...
Bəlkə elə bu utopiya və satiranın çətin və qeyri-adi birgəliyi kitabın uğuruna səbəb olub? Oxucu hekayəçinin istedadını layiqincə qiymətləndirib. Berqenli tələbə nələrə məruz qalrmır ki?! Onu quşlar mühakimə edir, vəhşi meymunlar izləyir, sürgün olunduğu çoxavrlı gəmidə qəzaya uğrayır, müharibələri udur, hətta tələbə Nils - imperator Böyük Nils olur, hansı ki, inqilabdan qurtulmağı bacarır və bütün peripietiyalardan sonra 12 il əvvəl düşdüyü uğursuz mağaradan yenidən Yer səthinə çıxır.
Satirikin istedadı və sosial utopistin vətəndaş pafosu zamanın sınağından çıxa bilir.Lakin müəllifin əksər qələm həmkarları onun fantaziyalarına ciddi yanaşmırdılar.
Holberqin kitabı əvvəlki kimi XVIII əsrin digər Avropa ədəbiyyat zirvələrilə bir sırada dayanır. 1722-ci ildə «Danimarka səhnəsi» Molyerin «Xəsis» pyesi və Xolberqin «Qalayçı- siyasətbaz», «Hərdəmxəyal», «Can de Frans» və «Dağdan olan Yeppe» komediyaları ilə açır.
Teatrsız Holberqin dramaturci planları reallaşmazdı, ancaq Xolberin əsərləri olmadan da teatrın mövcudluğu mümkün olmazdı. O, öz pyeslərini təəccüblü dərəcədə tez yazırdı. İlk teatr mövsümündə 4 komediya, növbəti mövsümdə 4 pyes, sonralar 9 pyes, daha 3, 2 təqdim etmişdi.
1727-ci ildə teatr iflasa uğradı. Nə maddiyyat, nə universitet professorlarının, nə də ruhanilərin dəstəyi yox idi. Teatr işinin yaranmasında isə məhz həmin dairələrin rəyi önəmli idi. Kappion, borclar üzündən 1725-ci ildə həbsxanaya düşdü. Teatr acınacaqlı həyatını yaşamağa davam edirdi. Teatr sənətini qətiyyən sevməyən və Holberqi fitnəkar bilən Kral 6-cı Xristianın taxt-taca qalxmasından sonra, 1728-ci ildə tamaşalar birdəfəlik qadağan edildi. Teatr «insanların xoş mənəviyyatlarını məhv edən allahsız əyləncə» elan olundu. Aktyorların bütün əşyaları hərracda satıldı. Holberqin pyesləri olduqca yeni idi, onlarda həddən ziyadə satira vardı. Bu səbəbdən də böyük olmayan bir şəhərdə çoxları özünü əsər qəhrəmanlarında tanıyırdı. Ancaq Holberin çox sürətli, parlaq, amma uzun sürməyən teatr karyerası bitsə belə, yazmağa davam edirdi. 1746-cı ildə 6-cı Xristanın ölümü ilə Danimarka teatrı gecikmiş azadlığına qovuşdu. 1747-ci ildə Danimarka truppası yenidən yarandı - 1748-ci ildə Kral meydanında yerləşən yeni binada «Danimarka kral səhnəsi» adı ilə çalışmağa başladı. Lakin Holberq artıq əvvəlki aktiv dramaturci fəaliyyətinə qayıda bilmədi. Təkcə ara-sıra yeni farslar yazırdı. Əsas etibarilə tarixlə məşğul olan Holberq bır sıra tarixi əməklər verib, aralarında hansı ki, öz dövrünə görə daha böyük əhəmiyyət daşıyan «Danimarka dövlətinin tarixi» idi.
Holberq, Danimarka milli teatrının bir çox aktyor nəslini yetişdirən Danimarka komediyası yaratdı. Komediyalarının ilk ifaçıları onun yetirmələri - Kopenhagen Universitetinin tələbələri Yens Qram və Maqnus Şu pedant rollarını mükəmməl oynayırdılar. Holberqin sevimli aktyoru, öz rollarını xüsusi zərifliklə oynayan Veqner və komik qoca qarıların gözəl ifaçısı aktrisa Lerke idi. Aktyorların səhnə ustalığı çox hallarda fransız teatr məktəbinin təsiri altında yaranırdı. Truppanın bir çox aktyorları uzun illər fransız teatrında çalışıblar. Holberq aktyorlarla işləməyi sevirdi, aktyor oyununda səmimiliyi, yumoru, sadəliyi və parlaqlığı dəyərləndirirdi. Kopenhagendə, Kral Teatrının binası yanında Holberqin heykəlli ucaldılıb.
XVIII yüzilliyin II 2-ci yarısında Danimarka teatrında almancaya maraq, həvəs hökmranlıq edirdi. Kopenhagen teatrına alman şairi və dramaturqu Ellips Şleqel rəhbərlik edirdi. Teatrın repertuarında əsas yeri alman və fransız müəlliflərinin əsərləri tutur. Səhnədə «ağladan dramlar» üstünlük təşkil edirdi. Saray publikası isə əvvəlik kimi D.Sartinin rəhbərliyilə inkişaf qazanan italyan opera və baletilə maraqlanır.
Xarici obrazları təqlid edən Danimarka pyesləri də yaranır - Şarlota Doroteya Bil alicənab qəhrəmanlarının qeyri-adi həssaslığını nümayiş etdirir. Onun əsərləri tamaşalarda göz yaşı axıdan seyrçilər tərəfindən rəğbətlə qarşılanırdı. Lakin bir müddət sonra tənqid tərəfindən darıxdırıcı və «yuxuladıcı» əsərlər kimi qəbul edildi.
Vətənpərvər şerlər (bu şerlərdən biri sonradan norveç himni olaraq qəbul edildi - S.B.) müəllifi İoxannes Nordal Brun mill material əsasında faciə yazmağa başlayır, dahi şair İoxannes Evald «Qoca subay»ı yazır - bununla da onun dramaturci fəaliyyəti başlanır.
18-ci əsrin sonunda üç müstəqil truppa yaranır: dramatik, balet və opera. Opera və balet Kral teatrının səhnəsində özünün triumfuna 19-cu əsrin ilk yarısında çatır. Bu zamanda A.Burnonvil milli xoreoqrafiyanın əsasında klassik balet tamaşaları yaradır, parlaq rəqqaslar yetişdirir. Teatr, Danimarka milli dramaturgiyasını, aktyor məktəbini və recissurasını formalaşdırmaqda davam edirdi. 20-ci əsrin əvvəllərində səhnəyə yenidən Xolberqin komediyaları qayıdır. Alman işğalı illərində necə deyərlər, milli mövsümlər keçiriliməyə başlanır, hansı ki, bu müddətdə Danimarka klassiklərinin vətənpərvər əsərləri qoyulur. XX əsrin 60-cı illərində kral teatrının fəaliyyətində klassik teatr ənənələrinə sadiq qalan akademizm xarakterizə olunur. Eyni zamanda da yeni səhnə formalarının axtarışı dövrü də təqdirəlayiqdir. Teatrın repertuarında Andersenin, Şekspirin, Molyerin, L.Tolstoyun, Çexovun, Şounun, Strindberqin, Munkun, Fişerin, Brextin, Millerin, O Nilin, Anuyun, Cirodunun və bir çox digər dünya şöhrətli dramaturqların pyesləri oynanılır. 1933-cü ildən etibarən «Kral teatrı» iki səhnə meydançasına malik olur, birində dramatik tamaşalar, digərində isə opera və balet oynanılır. Teatrın nəzdində xoreoqrafik məktəb (1857-ci ilədək), dramatik məktəb (1886-cı ildən), opera məktəbləri (1909-cu ildən) fəaliyyət göstərir.
Hazırladı: Sevda Babayeva, "Kultaz"