“Ədəbiyyata, kitaba qarşı laqeyd münasibət var” – Nigar Köçərli

“Ədəbiyyata, kitaba qarşı laqeyd münasibət var” – Nigar Köçərli

"2015-ci ildə Milli Kitab Mükafatı keçirilə bilər”. 

Bu barədə AzNews.az-a açıqlamasında "Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli bildirib. 

O, Milli Kitab Mükafatının 2014-cü ildə keçirilməməsinin səbəbini ədəbiyyata olan ögey münasibətlə əlaqələndirib:
"2014-cü ildə işlərim çox oldu. Hələ də həmin işləri yekunlaşdıra bilməmişəm. Həm də ədəbiyyata, kitaba qarşı laqeyd münasibət var. Və o laqeydlik bu gün də davam etməkdədir. Belə bir vaxtda müsabiqənin keçirilməsi doğru olmazdı. 2015-ci ildə bu barədə düşünəcəyik. Olsun ki, müsabiqə keçirilsin”.

Ötən il nəsr nominasiyasında baş mükafat "Əfqanıstan uçurumu” əsərinə görə Zakir Sadatlıya (ölümündən sonra) verilib.

2-ci mükafat "Balerina” əsərinə görə Pərvin Nurəliyevaya və üçüncü mükafat "Kara dayı" əsərinə görə Malik Dursunova verilib. Şəhriyar del Gerani "Ən yaxşı gənc yazıçı" mükafatına layiq görülüb. Ən yaxşı şeir müəllifi olaraq Qəşəm Nəcəfzasdə mükafatlandırılıb. 1-ci yerə görə mükafat 3 min manat, 2-ci yerə görə mükafat 2 min, 3-cü yerə görə mükafat isə min manatdır.

Qeyd edək ki, Milli Kitab Mükafatı 2009-cü ildə "Əli və Nino” Nəşriyyat Evi tərəfindən təsis edib. 

Edebiyyat.biz