Elbrus Ərud. Yaza bilmədiklərimdən
- 16.10.2009
- 0 Şərh
- 425 Baxış
...baxdım ki, yaza bilmədiklərim, yazdıqlarımı ötüb keçib. Dünyanın ən yaxşı xəbərləri redaksiyalarda ölür. İndi insanları heyrətləndirmək mümkün deyil axı... Heyrət hissini itirib adamlar. Yazdıqlarımız əslində bildiklərimizin ən maraqsızı, qeyri-səmimisi, bəlkə də heç kimə lazım olmayanlarıdır. Bəzən sənin lap elə bir addımlığında ən gözəl xəbər doğulur. Amma sən bu faktı qələmə ala bilmirsən... Həqiqət adamları aldadır. Ona görə də, insanlar çox bilmişdir, heç kim düz danışmır. Jurnalistikada rast gəldiyim maraqlı hadisələr, lətifə şəkilində doğulan xəbərlər (həqiqətlər) mənim üçün indiyə kimi yazdıqlarımın ən maraqlısı olub bəlkə də. Və buna görə də, özümün, yaxın həmkarlarımın tez-tez rastlaşdığımız, yaza bilməyib kadr arxasında saxladığımız hadisələri qələmə alıb oxucuların diqqətinə çatdırmaqdan özümü saxlaya bilmədim...
Deputat Vasif Əliyev: "Bu qanun bizə çoxlu xiyar verəcək”
Milli Məclisdə "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirə olunur. İclasın sonu olduğundan deputatlar yerbəyerdən çıxışların dayandırılmasını və layihənin səsə qoyulmasını tələb eləyirlər. Elə bu zaman heç vaxt səsi çıxmayan deputat Vasif Əliyev əlini qaldırıb təkidlə ona söz verilməsini tələb eləyir. Tələb dərhal yerinə yetirilir. Millət vəkili qanun layihəsini tərifləməyə başlayır və çıxışının sonunda belə bir cümlə işlədir: -"Bu qanun bizə çoxlu xiyar verəcək...”
Yəqin millət vəkili burada "ruzi-bərəkət” demək istəyirmiş...
Restoran nəfsdən yanıb
Şirvan şəhərində tikintisinə bir qədər çox pul xərclənmiş və həmin ərazidə populyarlıq qazanmış restorana od düşür. APA-nın Şirvan bürosunun əməkdaşı yanğın baş verən əraziyə gedir. Bir qədər informasiya toplayandan sonra kənarda yanan obyektinə baxıb siqaretinin kötüyünü çeynəyən restoran sahibinə yaxınlaşıb sual verir:
- Qardaşı restoran nədən yanır?
- Nəfsdən...
Foto-abort
Neft Akademiyasında məlum terror hadisəsi baş verəndən sonra redaksiyaların biri faciəni törədən şəxsin foto-robotunu əldə etdiyi haqda xəbər yayır. Xəbəri oxuyan Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrayım Təhməzov həmin redaksiyaya zəng edərək "deyirlər sizdə foto-abort var, onu bizə də göndərin baxaq”-deyib.
İmanverdi İsmayılov: "Biz onu ərə vermirik ki, televiziyaya seçirik də...”
Milli Məclisdə İctimai Televiziyanın Yayım Şurasına üzv seçilir. İqbal Ağazadə şuraya namizəd kimi təqdim edilən Zərifə Salahovanın 77 yaşının olduğunu deyir və bu yaşda adamı televiziyanın fəaliyyətinə nəzarət edən quruma seçilməsinin yolverilməzliyini iddia edir.
İmanverdi İsmayılov həmkarına etiraz edir:
- Biz onu ərə vermirik ki, televiziyaya seçirik də...
İqbal Ağazadə də cavabında
- Televiziyaya seçmək, elə ərə vermək kimi bir şeydir...
Şahdan Asverdiyev, yoxsa Astan Şahverdiyev?
Milli Məclisin spiker Oqtay Əsədov deputat Astan Şahverdiyevə söz verərkən maraqlı və təbəssüm doğuran yanlışlığa yol verir.
- Buyursun, Şahdan Asverdiyev
"Respublika”nın əməkdaşı: "Bura bir cümlə yaza bilərik ki, Respublikamız uğurla inkişaf eləyir?”
Gənclər Təşkilatları Milli Şurası bir qrup jurnalisti Qubaya aparmışdı. Orada bizə jurnalist peşəkarlığı ilə bağlı təlim keçirdilər. Təlim zamanı maraqlı və əyləncəli çalışmalar təşkil olunurdu. Belə çalışmaların biri də jurnalistlərin müxtəlif qruplara bölünüb qısa vaxt ərzində qəzetin ön səhifəsini hazırlamaqla bağlı idi. Bizim qrupa "Respublika” qəzetinin yaşlı bir əməkdaşı da düşmüşdü. Başıma toplaşan jurnalistlərin hərəsi bir tərəfdən manşetə çıxarmaq üçün müxtəlif təkliflər verirdilər. Birdən rəsmi media orqanında çalışan bu həmkarımız qayıtdı ki, "Ora bir cümlə yazmaq olar ki, Respublikamız uğurla inkişaf eləyir..?”
Valeh Ələsgərov: "Hansı deputat deyə bilər ki, o "lampuşka”nı açıb soxmuşam bu adamın gözünə?”
Milli Məclisdə "Energetika haqqında” qanuna əlavə və dəyişiklik müzakirə olunur. Qanun layihəsini təqdim edən vitse-spiker Valeh Ələsgərov bütün cəmiyyətin enerji israfçılığına qarşı birgə mübarizə aparmasının zəruriliyindən danışır. Və enerji israfçılığına hətta deputatların belə biganə qalmasından gileylənir: "Hansı deputat deyə bilər ki, küçə ilə gedəndə hədər yerə yandırılan işığı görüb, maşından düşərək o "lampuşka”nı açıb soxmuşam həmin adamın gözünə?”
Ziyafət Əsgərov: Təhsil Nazirliyində "isti xətt” yaradıblar”
Milli Məclisdə çıxış eləyən deputatlar təhsil sahəsindəki rüşvətxorluqdan gileylənirlər. Deputatların sərt ittihamları Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov cavab verməli olur. Və belə deyir:
- Təhsil Nazirliyində "isti xətt” yaradıblar, kimin şikayəti varsa gedib ora eləsin...
Ərdoğan prezidentliyə hazırlaşır..?
Milli Məclisə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gəlib. Spiker Oqtay Əsədov baş nazirə çıxış üçün söz verəndə maraqlı bir yanlışlıq baş verir.
- İndi isə söz verilir Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana...
Bu sözləri eşidən türk jurnalist həmən adekvat cavab verir:
- Vay-aman... Sayın Əsədov, nərədən bildi ki, Ərdoğan prezident olmağa hazırlaşır..?
Oqtay Əsədov: "Dövlətlər gəldi gedərdi”
Elə həmin gün Milli Məclisdə spiker Oqtay Əsədov çıxış edir. Və sözü Türkiyə-Azərbaycan qardaşlığına gətirir. Spiker beynəlxalq aləmdə işlənən məşhur bir "Hökumətlər gəldi gedərdi, bizə qalan dövlət olacaq”-deyimini bu şəkildə işlədir:
- Dövlətlər gəldi gedərdi, bizə qalan millət olacaq...
"7 gün” qəzetinin badımcanları
Bir dəfə məşhur "7 gün” qəzetinin kollektivi iclas keçirir. Baş redaktor Emin Eminbəyli ağır keçən iclasdan sonra jurnalistlərin könlünü almaq üçün onlara qayğıkeşlik göstərib deyir ki, "Bu redaksiya sizin sayənizdə duruş gətirir. Mənim nəyim varsa sizindir. Elə redaksiyanın yaxınlığındakı bağımda da nə istəsəniz var, badımcan, xiyar...Kimə lazımdırsa, gedib yığsın”.
Hamının tanıdığı məşhur xanım jurnalist, yeri gəlmişkən bu günlərdə toyu olacaq İlhamə Qasımlı da qayıdır ki, "Emin müəllim, sizin badımcanınız bizim nəyimizə lazımdır ki..?”
Başsağlığını qəzetdən çıxarın
Jurnalist Seymur Verdizadə gündəlik çıxan qəzetdə çalışır. Yaxın tanışlarından biri Seymura zəng eləyib qardaşının dünyasını dəyişdiyini, bununla bağlı qəzetdə başsağlığı verməsini xahiş eləyir. Seymur da təsirli bir başsağlığı yazıb qəzetdə verir. Bu hadisənin üstündən 40 gün keçəndən sonra həmin adam Seymur Verdizadəyə təkrar zəng edir:
- Qardaş dərdimizə şərik olduğunuza görə sağ olun, dünən qardaşımın qırxı çıxdı. Mümkününsə, o başsağlığını qəzetdən çıxarın...