“Ələkbər əmi” vəfat etdi

“Ələkbər əmi” vəfat etdi

Aktyoy Pirşağı qəbiristanlığında torpağa tapşırılıb

Uzun sürən xəstəlikdən sonra bu gün saat 12:30 radələrində 46 yaşında dünyasını dəyişən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Ələkbər Hüseynovla vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, vida mərasimi aktyorun evində olub. Əməkdar artist Pirşağı qəbiristanlığında torpağa tapşırılıb. Aktyorun Cavidan adlı 17 yaşlı oğlu və Nərgiz adlı 9 yaşlı qızı var. Qeyd edək ki, Ə. Hüseynov 3 il qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib və müxtəlif ölkələrdə müalicə olunub. Lakin heç bir həkim onun yaşayacağına zəmanət verməyib. 20 gün əvvəl isə aktyor qaraciyər serrozu diaqnozu ilə ağır vəziyyətdə Qarayev adına İnfeksion Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib. 20 gün xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətində qaldıqdan sonra iyulun 31-də ağır vəziyyətdə evinə qaytarılıb.