“Əlibaba və qırx quldur” tamaşası Şuşa teatrının səhnəsində

“Əlibaba və qırx quldur” tamaşası Şuşa teatrının səhnəsində

Sentyabrın 24-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün "Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.

Teatrdan Yarpaq.Az-a verilən məlumata görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşada rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları canlandıracaq.