Elçin Quluzadə- Onun Gəlişi

Elçin Quluzadə- Onun Gəlişi

İstəlinən canlı varlıq həyatınıza gəlib, məhv etməyə qadirdir. Uşaq ikən iki bala pişiyin bir biriylə ət parçası üzərindəki davası məni cəlb etmiş, onlara baxmaqdan gözümü yayındıra bilməmişdim. Sonda isə yalnız birinin əti götürdüyü halda yarısını digərinə saxladığını gördükdə çox təsirlənmişdim. Amma mən azyaşlı qardaşımın məndən kömək istəməsini istədikdə belə etməmişdim. Axı bizim cəmiyyət belə qurulmuşdu mən ne edə bilərdim. İnsanlar bir-birinə yardım etmir, yalnız öz amalı uğrunda mübarizə apararırdı. Axı, mənim balaca qardaşım necə anlaya bilərdi ki, həyatımızın yalnız mübarizədən ibarət olmağından. Deyilənə görə, bu qayda qanuna əlavə olunmazdan əvvəl insanlar bir-birindən istifadə etmiş, zəli kimi qanıını sovurana qədər əl çəkməzmiş. İnsanların bir-birləri arasında mübahisə yaranmış. Sonda isə işlər bu qayda tərtib olunmuşdu. İnsanlar bu hadisədən sonra bir-birlərindən qaçır, digəri daha yaxşı olduğunu gördükdə daha da o insana nifrət edilir. Biri yeni vəzifəyə təyin olunduqda deyil, xəstələndikdə sevinirdilər. Yalnız həmin insan vəzifəsi azaldıqda və ya azad olunduqdan sonra hal-əhval tutulurdu. Çünki həmin insan artıq rəqib deyil. Uzun sürən bu oyunda uduzmuşdur. Quruluş belə davam edə bilməzdi. Heç kim qaydalara qarşı çıxmaq istəmir. Başına gələcəkləri cəmiyyətdən rədd edilib, məhv olacağını düşünərək qorxur, fikrindən imtina edirdi. Kaş biri olsa, biri gəlsə, bizlərə yardım etsə yaxşı olardı. Axı biz çox fərsiz və qorxaq varlıqlarıq bir-birimizdən çəkiniriq, qorxuruq və bir-birimizə əzab verməydən həzz alırıq. Bu düşüncəylə yuxuya gedərkən. Sabah olacaqların yuxu deyil, gerçək olacaqlarını ağlıma belə gəlməzdi. Bütün manşetlərdə o haqqında yazırdı. O gəlmişdi. Onun nələr edəcəyini heç kim bilməsə də hər kəs onun haqqqında yazır, cürbəcür fərziyyələr irəli sürürdü. Onu yaxından görən yalnız bir nəfər uşaq olmuşdu. Sürüşkəndən yıxılaraq ağlayan uşağa yaxınlaşaraq nəvaziş göstərmiş, ona yardım etmişdi. Bu ağlasığmaz hərəkəti necə edə bilərdi. İllərdir qanuna çevrilmiş bir qaydanı necə poza bilərdi. Çoxları onu axmaq, əbləh adlandırır onu təhqir edirdi. O, bunu bacarmışdı. Ətraf getdikcə məhv olur, özbaşınalıq artırdı. Hər kəs onun axtarışına düşür onu məhv etməyə çalışırdı.Həyatımızı dəyişəcək Oyla tanışım belə təsadüf nəticəsində baş vermişdi.Qorxu dolu baxışlarla ətrafa baxan amma məğrur duruşlu bu insanı gördükdə O olduğunu anlamışdım. Ona yaxınlaşaraq, onunla söhbət etməyə çalışdım. Məndən çəkinməsin deyə bu sözlərlə yavaş səslə, özümdən aslı olmayaraq titrəyərək onu dilə tutmağa çalışdım. - Çox qorxuram. - Sən kimsən?? - Adi sivil vətəndaşam. - İnsanların bu hala düşməyinə görə çox narahatam. Onlara yardım etmək istəyirəm, bu belə davam edə bilməz. - Sən tək bacara bilməzsən. - Sən mənə kömək edə bilərsən. - Mən qorxuram. - Sən narahat olma, Hər şey yoluna düşəcək. Gəl ardımca Artıq uzun müddət vaxt keçmişdi ki, mən O ilə birlikdə insanlara kömək edirdim. İlk öncələr bizi qəbul etməsələr də, indi bizdən razılıq bildirirdilər. Kimin nə kömək ehtiyacını bilir radiola, qəzetlər, əsasən də insanlar vasitəsilə kimə yardım edəciyimizi bilirdik. O gedə bilmədikdə başqa yerlərə getməyə ona yardım edirdim. Ona yardım etməklə keçirdiyim vaxtı ətrafdan gizlədir. Yorğunluğumu belə düşünmədən evdə axşam yeməyi yeyib, Ona kömək etməyə çıxırdım. Amma o hadisədən sonra kim bilə bilərdi ki, belə bir hadisənin baş verəcəyini. Biz insanlara güvənməyə başlamışdıq. Çox insanın bizdən xəbəri vardır. İndi isə ona söylədyimə görə peşimanlıq çəkirəm. Kaş O heç bu işi başlatmazdı. Hadisə belə baş verdi. O təngnəfəs halda iş otağıma daxil oldu. O çox az hallarda işə gəlirdi. Ürəyimə nəsə pis bir şey danmışdı. Kaş heç ora getməsəydik. Şəhərdən kənar bir yerdə evin yandığnı söylədi. Evdə insanların çox olduğunu söylərək, məndən kömək istədi. Saata baxdım. Günorta fasiləsinə çox az qalırdı. Işdən icazə alaraq çıxdım. Tezliklə yola düzəldik. İşlədiyim tikinti sahəsinin ora çox yaxın olduğu müsbət bir halıydı. Onun məni çağırmağının əsas səbəbi buydu. Yoxsa daha çox işi yalnız görməyi daha çox xoşlayırdı. Biz evə daxil olar- olmaz O yüksək sürətlə həyətə daxil olub var gücüylə əyləci basaraq maşını saxladı. Səs bütün məhəlləyə yayıldı. Nəysə ki, tez çatmışdıq. Yalnız mətbəx yanırdı. Ətrafda heç kimin olmamağı və səs-küyün çıxmaması bizi şüphələndirdi. Amma həm də sevinirdik ki, işi heç kim görmədən bitirə biləcəyik. Amma çox heyif ki, o hadisə baş verdi. O məni arxada qoyaraq birinci girəcəyini söylədi. Otağa daxil olduğu anda ətrafdan 3-4 nəfər ona hücum etdi. Mən təəccübləndim, yox bu ola bilməz, biz tələyə düşmüşdük. Ona kömək istədiyim anda sanki məni gözləyirmiş kimi 2-3 nəfər mənə hücum edərək saxladı. Ümid dolu baxışlarla O, bizlərə baxırdı. Ondan son xatirə mənə o ümid dolu baxışlar qaldı. O, onu məhv edən insanlardan belə kömək istəyirdi. Artıq bu hadisədən illər keçib, hər şey artıq köhnə vəziyyətinə qayıdıb. Görünüşə görə insanlar xoşbəxtdir. Çarəsiz insanların fısıldayaraq dua etməsində. Onun ruhu mənə kömək etsin sözləri eşidilir. Onu məhv etdikləri halda ondan yenə də kömək istəyirlər. Əclaflar. Hər şey necə də yaxşı olacaqdı. Onlar əslində Onu yox, özlərini məhv etmişdilər. Onun insanlara baxan ümiddolu baxışları hələ də gözümdən getmir. Və hələ də onu xatırlayaraq gecələr yata bilmədiyim olur. Bizdə bir çox cəmiyyəti dəyişdirmək istəyənlər kimi heç nəyi bacara bilməmişdik. Artıq bu hadisədən illər keçib, hər şey artıq köhnə vəziyyətinə qayıdıb. Görünüşə görə insanlar xoşbəxtdir.Ancaq dəyişilən tək bir şey var. İnsanların üzərinə daha da qorxu əlavə olunmuşdu. İnsanların fısıldayaraq dua etməsində. Onun ruhu mənə kömək etsin sözləri eşidilirOnu məhv etdikləri halda ondan yenə də kömək istəyirlər. Əclaflar. Hər şey necə də yaxşı olacaqdı. Onlar əslində Onu yox, özlərini məhv etmişdilər. Onun.Daha da cəmiyyət cılızlaşıb, acizləşmişdi. insanlara baxan ümiddolu baxışları hələ də gözümdən getmir. Və hələ də onu xatırlayaraq gecələr yata bilmədiyim olur. Küçədə gəzinərkən onlara nifrət dolu baxışlarnan baxmaqdan özümü dayandıra bilmirəm. Onların o çirkin üzlərini görməməyə çalışıram. Artıq neçə gündür işə getmirəm. Biri digərini məhv edərək daha yaxşı olmağa çalışmağı adət halı alıb.Hər şey artıq belə qurulub. İnsanlar vicdan əzabı çəksələr belə, ani xoşbəxtliyi nəyə desən dəyişməyə hazırdılar.Amma mən bu əzabla daha da çox yaşaya bilməyəcəm. İnsanlardan uzaqda və sakit arzuladığım ən rahat ölümdü. Bu hadisədən 2-3 ay sonra bir meşəlikdə əcaib hala düşmüşdü. Üzərində heç bir sənəd tapılmamışdı. Oğurlanmasına dair şüphələrə vardı. Üzərində dərin bıçaq yaraları vardı. Ölərkən belə onu rahat buraxmamışdılar. Manşetlərdə isə bu sözlər yazılmışdı. "Cəmiyyətdən kənar düşmüş insanın acı sonu ”