"Ən yeni ədəbiyyat": 3 kitabın ortaq təqdimatı - FOTOLAR
- 16.02.2010
- 0 Şərh
- 246 Baxış
Xəbər verdiyimiz kimi, ÜEtüd” kitab evində “Ən yeni ədəbiyyat” seriyasından “Qanun” nəşriyyatının dərc etdiyi 3 kitabın təqdimatı oldu.
Tədbirin qonağı çox idi. Əksəriyyəti də çağırılmayan, amma həyatlarında hər hansı bir formada ədəbiyyata yer ayırmış insanlar. Bu da sevinmək üçün gözəl səbəb idi.
“Etüd” kitab evində keçirilən təqdimatda öncə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu başladıqları layihə haqqında ətraflı məlumat verdi. Artıq çap olunmuş və çap olunacaq kitablardan danışdı. Məlum oldu ki, Aqşin, Pərviz və Sevincin kitablarından sonra növbəti kitab 50 yaşını qeyd etməyə hazırlaşan Rasim Qaracanın olacaq. Nəşriyyat bu kitabı fevralın 18-də- müəllifin doğum günü hədiyyəsi olaraq ərsəyə gətirəcək.
Söz demək növbəsi kitabları təqdim olunan yazarlara verildi və Aqşin Yenisey “Cənnətdə terror aksiyası”, Pərviz Cəbrayıl “Yad dildə”, Sevinc Pərvanə “Şəhər” haqqında danışdılar. Aqşin Azərbaycan xalqının tapındığı dəyərləri, Sevinc qadın haqlarını, Pərviz isə kitabının tən yarısını yazmış oxucularının əməyini qabartdı öz çıxışında.
Tədbirdə yeni çap olunmuş Niyazi Mehdinin və Rəhman Bədəlovun kitabları və kultura.az portalının materiallarından ibarət almanax da xatırladıldı.
Daha sonra Rasim Qaraca, Seymur Baycan, Azad Yaşar və başqaları “Ən yeni ədəbiyyat” haqqında danışdılar və bu layihənin ədəbiyyatımız üçün önəmli hadisə olduğunu vurğuladılar.
P.S. Təqdimatdan sonra “Ən yeni ədəbiyyat” şərabının damcısı da yerə düşmədi. Arzu edirik, özü də belə olsun...
Kultaz.com