
Əsəd Qarakaplan. Şeirlər.
Poeziya
- 16.09.2009
- 0 Şərh
- 430 Baxış
İşığın Arxasında Qələm
söz düşüb qələmimin ucuna
dəyməz günəş çıxınca günəş
düşür dağlara doğru gedən yalan
nə varsa mənim doğru yolum üstündə
altında qalır ayağımın biri yerdə
biri göydə quşlar uçur günəş görmüş
bulud qara gözlər kimi sıxır özün
yağmur yağır günəş itir qara-qara
buludlarda yağmur dolu dolu düşür
boşalır əllərim su içində üzür qonur
gözlərimdə göz yaşları axır-axır
axır gəlib çıxır günəş göy üzünə
düşür günəş əllərimə üzür işıq
qələmimin ucunda söz titrəyir
Manifesto
hər şey yaxşı olacaq. Olacaq olacaq
gün gələcək gün düşəcək üstümüzə
biz də boy atacayıq günəşi yandıranlara
hər şey yaxşı olacaq. Olacaq olacaq
evdən çörəkçün çıxanlar azalacaq çoxalacaq
evdən günəşçün çıxanlar qayıdacaq evlərinə
sarı-sarı qadınlara nəğmə deyən kişilər
qara-qara kişilərdən uşaq geyən qadınlar
hər şey yaxşı olacaq. Olacaq olacaq
sərhədlər açılınca. Açılınca açılacaq
hamının günəşi bir olacaq yer üzündə
günəş yerin olacaq yer günəçin olacaq
hər şey yaxşı olacaq. Olacaq olacaq
dünyanın gülüşündən uşaqların gözləri
iriləcək iriləcək. İriləcək iriləcək uşaqlar
Tanrı qonaq gələcək uşaqların qapısına
ürəyinə kilid vurmayacaq çörək
əl verəcək Tanrı baba uşaqlar sevinəcək
hər şey yaxşı olacaq. Olacaq olacaq
üzümüz də güləcək şeirimiz də geləcək
qaranlıq olmayacaq ağacların kölgələri
insanların içləri günəşi açılacaq
bahar pəncərələri yağmurda islanan pişik
şeirmizlə qurulanan göz yaşları axacaq
ama sevincdən insanın ölüm günü
əllərinə xina yaxan əkiz uşaq anası
hər şey yaxşı olacaq. Olacaq olacaq
əkiz uşaq anası əkiz uşaq anası
nə yaxşı ki Tanrı səni iki döşlü yaradıb
nə yaxşı ki iki gözün iki əlin-ayağın
hər şey yaxşı olacaq. Olacaq olacaq
24 Yaşıma
sən elə bir yerə gəldin dönüşü yox
iyirmi dörd il gözləmədin iyirmi dörd yaşında
ağlın başında başın günəşin altında
kirayə ev qapısı daha özgür olan uşaqlara
əlin ürəyin açıq qapı arxasında keçilməz
yol boyu düşündüyün özündən çox
başqaları səni sevməz olsun onsuz
sən elə bir yerə gəldin dönüşü yox
dünən yox bugün var bir də bugün olacaq
sabah əllərin üzülməz bugün tutduğundan
olsun sənə nifrət edənlər sevgindən
nə ala bilər bilməz fərq eləməz
sən elə bir yerə gəldin dönüşü yox
sən elə bir yerə gəldin dönüşü yox
iyirmi dörd il gözləmədin iyirmi dörd yaşında
bax bugün ayın biri yəni iyunun biri
cəmi altı gün qalıq qalıb qaldı
iyirmi dörd əvvəldən dünyaya gəlməyinə
sən elə bir yerə gəldin dönüşü yox...
Körpə Şeir
Nə qədər ki böyüməmisən ayaqların
yer almayıb pisliklərə açılmamış
ürəyinə yol açmayan oyunlardan
bezmiş qara fikirlərə boyun çatmır
Nə qədər ki boyun çatmır əllərinə
gülüş yağan gözlərini isladırsa
adicə söz düşüb qalmır nifrətinə
səbəb olmur ilan insan
Nə qədər ki aşağıdan yuxarıya
günəş görmüş gözlərini bərəldibən
gülüşlərin o tayına çatmır əlin
açıb baxmaq zor gəlirsə ürəkləri
Nə qədər ki ehtirasın böyütməyib bədənini
təslim etmək istəmirsən başqasına
çevrilməyi dəf edirsə(n) xəyalına
hakim olmuş sevilməyin əksnəfsi
Nə qədər ki hamı sənə cocuq deyib
sürükləmir arxasıyca pisliklərin
dadı hələ dəyməyibsə gülüş qonmuş
dodağına öpüşlərin yandırıcı aldadışı...
Nə qədər ki böyüməmisən nə qədər ki...
Ülviyyə
Nə deyə bağıra bilərəm
bu gecənin içinə bu qələmin ucuna
söz dəysə yandırar məni səssizliyim
daha betər hayqırtımdan için-için...
bax mən ət geymiş sümüyəm
hanı sevgim o məndədi
hanı sevgim o məndə yox
mən hardayam buradayam ki
mən hardayam mən yoxam ki...
Nə deyə şeirim böyüyər
bu gecənin ucuna bu qələmin içinə
göz dəysə yandırar məni sənsizliyim
daha betər varlığından neyçün neyçün...
bax mən ruh geymiş bədənəm
hanı sevgim o məndədi
mən hardayam burdayam ki...
Gözlərim Günəş Doğur Üfüq Qatını
qıvrılıb yatan saçlarım köksümə
toxunar ucu tük kimi ayrılıq
gəlib keçir günəşimdən gecə yarı
əllərimi çarpazlayıb saçlarıma
dalmış düşüncələrimi yolub atıb
sakit-sakit dalıb torpaq qoxusuna
hayqırtıya qapayıram ürəyimi
saçlarımdan oxuyur yanımdan ötən
baxa bilmir bu zaman saçlarımdan
ötə olan əllərimə qarışıb qıvrım-qıvrım
min il milyon il beləcə gecə-gecə
günəş doğur əllərimin arasından
birləşməyə ayrılır əllərim yenə
gözlərim günəş doğur üfüq qatını...
Yarılar Gecə Siqaretimin Közündən
başım dolu siqaret tüstüsüylə
havaya qalxan ruhum enmiş
içimə dolmuş ayrılıq da gözəl
keçir bu gecənin içindən
günəş çıxır o tayımdan düşür yerə
hava qaranlıq içim işıq
gözlərimdən alıb gedir ayrılığı
buraxıram yaxam rahat
nəfəs alır verir ruhum
bu gecəyə ayrılıq qatmadan gəlir
gedir siqaretimin külü düşür
yaddaşımdan işıqlanır günəş
qaranlığın o tayından gələcəyini
xəbər verir alır yenə nəfəsimi
çəkir işıq gələn üfüq qatından
günəş boy göstərir yenə qaranlığa
açılmış siqaret közü günəş boyda
qaranlıq var bu gecəyə rəng qatır
yenə günəş kül altında yatanları
oyadıram bu gecə yatmaq olmaz
olmaz oldu bir də gördün
yarılar gecə siqaretimin közündən
düşən işıq çağırar çağırar çıxıb gələr
evlərindən günəş görmüş gözlərini
qırpıb açar uşaqlar günəş dolu əllərini
və gecənin ortasında bir siqaret közüylə
hamını göstərər uşaqlar yalanıyla düzüylə
söz düşüb qələmimin ucuna
dəyməz günəş çıxınca günəş
düşür dağlara doğru gedən yalan
nə varsa mənim doğru yolum üstündə
altında qalır ayağımın biri yerdə
biri göydə quşlar uçur günəş görmüş
bulud qara gözlər kimi sıxır özün
yağmur yağır günəş itir qara-qara
buludlarda yağmur dolu dolu düşür
boşalır əllərim su içində üzür qonur
gözlərimdə göz yaşları axır-axır
axır gəlib çıxır günəş göy üzünə
düşür günəş əllərimə üzür işıq
qələmimin ucunda söz titrəyir
Manifesto
hər şey yaxşı olacaq. Olacaq olacaq
gün gələcək gün düşəcək üstümüzə
biz də boy atacayıq günəşi yandıranlara
hər şey yaxşı olacaq. Olacaq olacaq
evdən çörəkçün çıxanlar azalacaq çoxalacaq
evdən günəşçün çıxanlar qayıdacaq evlərinə
sarı-sarı qadınlara nəğmə deyən kişilər
qara-qara kişilərdən uşaq geyən qadınlar
hər şey yaxşı olacaq. Olacaq olacaq
sərhədlər açılınca. Açılınca açılacaq
hamının günəşi bir olacaq yer üzündə
günəş yerin olacaq yer günəçin olacaq
hər şey yaxşı olacaq. Olacaq olacaq
dünyanın gülüşündən uşaqların gözləri
iriləcək iriləcək. İriləcək iriləcək uşaqlar
Tanrı qonaq gələcək uşaqların qapısına
ürəyinə kilid vurmayacaq çörək
əl verəcək Tanrı baba uşaqlar sevinəcək
hər şey yaxşı olacaq. Olacaq olacaq
üzümüz də güləcək şeirimiz də geləcək
qaranlıq olmayacaq ağacların kölgələri
insanların içləri günəşi açılacaq
bahar pəncərələri yağmurda islanan pişik
şeirmizlə qurulanan göz yaşları axacaq
ama sevincdən insanın ölüm günü
əllərinə xina yaxan əkiz uşaq anası
hər şey yaxşı olacaq. Olacaq olacaq
əkiz uşaq anası əkiz uşaq anası
nə yaxşı ki Tanrı səni iki döşlü yaradıb
nə yaxşı ki iki gözün iki əlin-ayağın
hər şey yaxşı olacaq. Olacaq olacaq
24 Yaşıma
sən elə bir yerə gəldin dönüşü yox
iyirmi dörd il gözləmədin iyirmi dörd yaşında
ağlın başında başın günəşin altında
kirayə ev qapısı daha özgür olan uşaqlara
əlin ürəyin açıq qapı arxasında keçilməz
yol boyu düşündüyün özündən çox
başqaları səni sevməz olsun onsuz
sən elə bir yerə gəldin dönüşü yox
dünən yox bugün var bir də bugün olacaq
sabah əllərin üzülməz bugün tutduğundan
olsun sənə nifrət edənlər sevgindən
nə ala bilər bilməz fərq eləməz
sən elə bir yerə gəldin dönüşü yox
sən elə bir yerə gəldin dönüşü yox
iyirmi dörd il gözləmədin iyirmi dörd yaşında
bax bugün ayın biri yəni iyunun biri
cəmi altı gün qalıq qalıb qaldı
iyirmi dörd əvvəldən dünyaya gəlməyinə
sən elə bir yerə gəldin dönüşü yox...
Körpə Şeir
Nə qədər ki böyüməmisən ayaqların
yer almayıb pisliklərə açılmamış
ürəyinə yol açmayan oyunlardan
bezmiş qara fikirlərə boyun çatmır
Nə qədər ki boyun çatmır əllərinə
gülüş yağan gözlərini isladırsa
adicə söz düşüb qalmır nifrətinə
səbəb olmur ilan insan
Nə qədər ki aşağıdan yuxarıya
günəş görmüş gözlərini bərəldibən
gülüşlərin o tayına çatmır əlin
açıb baxmaq zor gəlirsə ürəkləri
Nə qədər ki ehtirasın böyütməyib bədənini
təslim etmək istəmirsən başqasına
çevrilməyi dəf edirsə(n) xəyalına
hakim olmuş sevilməyin əksnəfsi
Nə qədər ki hamı sənə cocuq deyib
sürükləmir arxasıyca pisliklərin
dadı hələ dəyməyibsə gülüş qonmuş
dodağına öpüşlərin yandırıcı aldadışı...
Nə qədər ki böyüməmisən nə qədər ki...
Ülviyyə
Nə deyə bağıra bilərəm
bu gecənin içinə bu qələmin ucuna
söz dəysə yandırar məni səssizliyim
daha betər hayqırtımdan için-için...
bax mən ət geymiş sümüyəm
hanı sevgim o məndədi
hanı sevgim o məndə yox
mən hardayam buradayam ki
mən hardayam mən yoxam ki...
Nə deyə şeirim böyüyər
bu gecənin ucuna bu qələmin içinə
göz dəysə yandırar məni sənsizliyim
daha betər varlığından neyçün neyçün...
bax mən ruh geymiş bədənəm
hanı sevgim o məndədi
mən hardayam burdayam ki...
Gözlərim Günəş Doğur Üfüq Qatını
qıvrılıb yatan saçlarım köksümə
toxunar ucu tük kimi ayrılıq
gəlib keçir günəşimdən gecə yarı
əllərimi çarpazlayıb saçlarıma
dalmış düşüncələrimi yolub atıb
sakit-sakit dalıb torpaq qoxusuna
hayqırtıya qapayıram ürəyimi
saçlarımdan oxuyur yanımdan ötən
baxa bilmir bu zaman saçlarımdan
ötə olan əllərimə qarışıb qıvrım-qıvrım
min il milyon il beləcə gecə-gecə
günəş doğur əllərimin arasından
birləşməyə ayrılır əllərim yenə
gözlərim günəş doğur üfüq qatını...
Yarılar Gecə Siqaretimin Közündən
başım dolu siqaret tüstüsüylə
havaya qalxan ruhum enmiş
içimə dolmuş ayrılıq da gözəl
keçir bu gecənin içindən
günəş çıxır o tayımdan düşür yerə
hava qaranlıq içim işıq
gözlərimdən alıb gedir ayrılığı
buraxıram yaxam rahat
nəfəs alır verir ruhum
bu gecəyə ayrılıq qatmadan gəlir
gedir siqaretimin külü düşür
yaddaşımdan işıqlanır günəş
qaranlığın o tayından gələcəyini
xəbər verir alır yenə nəfəsimi
çəkir işıq gələn üfüq qatından
günəş boy göstərir yenə qaranlığa
açılmış siqaret közü günəş boyda
qaranlıq var bu gecəyə rəng qatır
yenə günəş kül altında yatanları
oyadıram bu gecə yatmaq olmaz
olmaz oldu bir də gördün
yarılar gecə siqaretimin közündən
düşən işıq çağırar çağırar çıxıb gələr
evlərindən günəş görmüş gözlərini
qırpıb açar uşaqlar günəş dolu əllərini
və gecənin ortasında bir siqaret közüylə
hamını göstərər uşaqlar yalanıyla düzüylə