Fərid Absəlimov - Məzar daşı (hekayə)

Fərid Absəlimov - Məzar daşı (hekayə)

Adı, işi sənəti

soyuq daş üstünə qonub.

Boz qranit ustundə

gümüşlə həkk olunub.

Doğublub - öldüyü il

doğru - dürüst verilib,

Yeri - yurdu,ünvanı

qısaca ğöstərilib.

Çatıb əbədiyyətə ...

Gələn dostu qucmağa

qollar gərilə bilmir.

Bu mənzildə

yox, daha

Məktub qəbul edilmir.

                   Aksel Şultse 


         Gələcək günləri düşünərkən bir boşluq olduğunu hiss edirdim. Soyuq dekabrın son, bənzər sıxıcı günlərindən idi. Bir neçə gündür yağan qar hər tərəfi ağ örtüyə bürümüş, qərbdə görünən dağlar ağ mərmərdən hazırlanmış məzar daşlarını xatırladırdı.

         Bu günü də başa vurmaq ,insanın içini üşüdən soyuq günlərdən birini daha başa vurmaqdan ötrü mən də diğərləri tək çayxanaya yollandım. Qapıdan girərkən şən halda görünməyə çalışaraq "bir çay ver " deyə küncdə özümə bir stul seçib üzü televizora baxan yer seçdim. Televizora baxa - baxa  isti çayla içimi üşüdən bu soyuqdan qurtulmağa çalışırdım.

         Ani çalan telefon zənği məni daldığım dünyadam ayırdı. Eşitdiyim xəbər ayrıldığım ayrıldım  kiçik dünyamı darmadağın etdi.         

         Alo ...

         Alo ...    Sizin oğlunuz və yoldaşınız qəzaya uğrayıb.

         Eşitdiyim bu cümlə o an sanki bütün bədənim donmuşdu. Sonrakı danışığı eşidir, amma heç nə anlamırdım. Sanki o an məni dünyaya bağlayan tellər qırıldı, fani dünyada özümü yalnız hiss etdim.

         Soyuq diyar, doğmalardan uzaq bir dünya qurmuşdum. İndi bu dünyam daha soyuq, daha dözülməz idi. Xəstəxana koridorunda gəzərkən pəncərə arxasında  yataqda səsiz yatan  həyatımı bölüşdüyüm qadın, morqda yatan balaca Rövşənimi  düşündükcə ölmək istəyirdim.  Kişilər ağlamaz deyirlər , göylər ağlayır axan göz yaşları ürəyimə dolurdu.  Balaca Rövşənim  balaca bədəninə  soyuq idi bunu hiss edirdim. Çünkü üşüyürdüm sanki bütün bədənim donurdu.

         Vaxt artıq onu qara torpağa  qoymaq zamanı idi.  Əllərimlə böyütdüyüm çiçəyimi qara torpağa verirdim.  Necə edim?  İllərdir gülüşünə sevindiyim , ilk addım atacağı günü saydığım, ilk "Ata " deyəcəyi günü  səbirsizliklə gözlədiyim canımın bir parcasını  o soyuq torpağa, qaranlıq məzara necə verim? Axı qaranlıqdan qorxur....

         Son dəfə qucağıma aldığım son dəfə gördüm  balaca Rövşənimi. Bağışla məni sən ölərkən ölə bilmədim. Səni tək qoydum  bu qaranlıq məzara.  Sən öldün mən  yaşadım, ama nəfəs alan ölü tək. Sən  o məzarda yatarkən bu dünya mənə məzar oldu.

         Hər kəs dərdimi bölüşdü bildirdi, dualara amin dedi. Quru bir ağacın budağı tək küləydə sınmamağa çalışırdım. Hərə öz evinə dağlışdı, tək qaldıqda soyuq məzar daşına sarılaraq ağladım.

         Artıq bundan sonra gündüzlərim gecə, günəş uzaqlarda doğarkən mənim üçün bir daha səhər açmayacaqdı.

                                               Deyil, mənim deyil indi o əllər.

                                                                  o gülən üz.

                                               Görməyəcəm bir daha səni oğul.

                                                                  görməyəcəm əsla.

         Səninlə görüşəcəyim günü səbirsizliklə gözləyəcəm.

 

Fərid Absəlimov