2023-cü ilin 10 ən yaxşı filmin siyahısı - “Time” jurnalı
KİNO
- 04.12.2023
- 0 Şərh
- 6931 Baxış
Kinotənqidçi Stefani Zaxarek "Time” jurnalı üçün 2023-cü ilin 10 ən yaxşı filminin siyahısını tərtib edib.
AZƏRTAC jurnalın saytına istinadla xəbər verir ki, S.Zaxarek siyahının birinci pilləsinə finlandiyalı rejissor Aki Kaurismyakinin "Tökülən yarpaqlar” filmini layiq görüb. Bu ekran əsəri 2023-cü ildə Kann kinofestivalının münsiflər heyətinin mükafatını qazanıb.
İkinci yerdə Bredli Kuperin "Maestro” filmidir. Siyahıda liderlər üçlüyünü britaniyalı rejissor Conatan Qleyzerin "Maraqlar zonası” kinolenti qapayır.
TOP-10-da, həmçinin Sofiya Koppolanın "Prissilla: Elvis və mən”, Alisa Vinokurun "Paris haqqında xatirələr”, Selin Sonun "Ötən talelər”, Martin Skorsezenin "Çiçəkli ayın qatilləri”, Kelli Frimonun "Tanrı, buradasanmı?”, Bill Poladın "Vəhşi yuxular” və Ayra Saksın "Passajlar” filmləri də yer alıb.