
Fəridə Ləman. Təəssüb (Poema)
Poeziya
- 03.12.2010
- 0 Şərh
- 822 Baxış
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunur
Əziziyəm, gül qoxar,
Çiçək qoxar, gül qoxar.
Bu balamın ətridi,
Hər yan mənə gül qoxar.
Əziziyəm,barım var,
Bağım,bağçam barım var.
Mübarizim bir dünya,
Övlad adlı varım var.
Əziziyəm, nur çilər,
Günəş göydən nur çilər.
Balam hamsı gözəldir,
Müabarizim nur çilər.
***
Belə əzizləndi,belə böyüdü,
Bax belə sevildi bizim Mübariz.
Ağakərim qardaş,Şamama bacı,
Hər zaman deyirdi-gözüm Mübariz.
Evdə son beşikdi hamı sevərdi,
Kimi can deyərdi,başa dönərdi.
Qardaşlar bir yana,o da bir yana,
Sevilə,sevilə şaha dönərdi.
Boy atdı böyüdü sarı bülbülüm,
Mənim qızılgülüm,xarı bülbülüm.
Altı yaşı oldu,məktəbə getdi,
Dedi-Atam,Anam,Vətəndi gülüm.
Əvvəl bir ev qədər,bir məktəb qədər,
Balaca köksündə boy atdı Vətən.
Sonra da qanına,canına hopdu,
Səsiylə qıy vurub,hay atdı-Vətən.
Baxdı dörd bir yana bura Vətəndi,
Bu Torpaq Vətəndi,bu yol Vətəndi.
Bu leysan Vətəndi,bu sel Vətəndi,
Yandı neçə ocaq ,bu kül Vətəndi!
Yamaca uzanıb qucdu Torpağı,
Dodağına sıxıb öpdü yarpağı.
Ormanda göy ota yüz sığal çəkdi,
Sevdi,əzizlədi bağçanı,bağı.
O,qışda gəlmişdi gözəl dünyaya,
Səksən səkkizinci il,7 fevralda.
Yazı çox sevərdi,güllər fəslini,
Ömür baharında o aldı yara.
Vətənin dərdləri sıxırdı onu,
Suallar içində fikir yorurdu.
Bu cahil erməni kimdir,axı kim?!
Gecələr yatmırdı hövlank dururdu.
Neçə şəhid verdi Əliabad kəndi,
Toyluq xonçalara qara bağlandı.
Analar,bacılar saçını yoldu,
Kədər sinəmizi deşdi,dağladı.
Sərhəd od içində alışıb,yanır,
Güllələr səngimir,atəş səngimir.
Atalar çiynində gedir oğullar,
Hüzür karvanları gəlir ləngimir.
Nişanlı qizların saçı ağarıb,
Qara bulud kimi üzü açılmır.
Dupduru sularım yaman bulanıb,
Acı göz yaşları yağir,içilmir.
Yerdən qan sıçrayır göyün üzünə,
Qorxudan bulud da gömgöy göyərib.
Bir körpə ağlayır məzar başında,
Şəhid balasıdı yaman kövrəlib.
***
Qarabağ!
Qara orman,qara bağ.
Əvvəli zümrüd taclı,
Sonu yaslı Qarabağ
Düşmən daşı Qarabağ,
Gözüm yaşı Qarabağ.
Taleyi başa bəla,
Ömür suçu Qarabağ!
***
Bu vətənin həsrət yaşı,
Gözümüzü yandırıbdı.
Nakam gedən igidləri,
Belimizi sındırıbdı.
Zaman üstə sac olmuşuq,
Düşmənляря öc olmuşuq.
Torpaq dərdi ozan edib,
Biz Yusif Sərrac olmuşuq.
Vətənimin Leylisiyəm,
Sevgim ona,eşqim ona.
Mənə nə don biçirlərsə,
Ölçüm ona,ülgüm ona.
***
Mən zamandan qopmuş daşam,
Mən zamanla cüt qardaşam.
Yerim,yurdum məkansızdı,
Yalnız tarixlə sirdaşam.
Fırlanıram oxum üstə,
Bir göyərmiş toxum üstə.
Top,tüfəngi qoy bir yana,
Tuşla məni oxum üstə.
***
Əziziyəm,Torpağa,
Yağı baxdı Torpağa.
Gözlərimin önündə,
Qanlar axdı Torpağa.
***
Əzizim,gözüm şahid,
Hər dərdə gözüm şahid.
Dərdin min qapısı var,
Çox gördüm dözüm şahid.
***
Əzizim at oynatdı,
Namərdlər at oynatdı.
Mərdim Mübariz idi,
Fələk qəlbim qanatdı.
***
Əziziyəm sarıdı,
Hicran,həsrət sarıdı.
Gözümdəki sarıdan,
Qəlbim xiffət sarıdı.
***
Əzizim,çıraqla gəz,
Aləmi çıraqla gəz.
Namərdləri yaraqla,
Mərdləri çıraqla gəz.
Əziziyəm, sınama,
Qəlbi dərdlə sınama.
Anaya övlad dağı,
Verib dərdlə sınama.
***
Əsgəri xidmətin vaxtı çatmışdı,
Durub,dincəlmirdi Mübariz bir an.
Ona bircə kəlmə yox desəydilər,
Bağrı çatlayardı hər saat,hər an.
Kişi libasını geydi əyninə,
Bütün varlığını qürur çulğadı.
Sanki bir intiqam aldı yağıdan,
Gözü qarşısında düşmən uladı.
Varlığı titrədi gördüklərindən,
Baxırdı üzünə neçə qanlı göz.
Son ümid yerini itirən evlər,
Qoca ata,ana neçə canlı göz.
Hər sözü,kəlməsi qisas deyirdi,
Düşməni sən doğra,sən kəs deyirdi.
Allahım nicat ver,nicat ver mənə-
İçində yalvaran bir səs-deyirdi.
Hərbin sirlərini щей öyrəndikcə,
Keçdi göz önündən qanlı səhnələr.
Şimşək tək çaxırdı düşmən başında,
Bu çətin yollarda nələr var,nələr?!
Daxili qoşunlar bir məktəb oldu,
Mübariz ehtiram, hörmət qazandı.
Bilik,bacarığı sevdirdi onu,
Amma tale elə özü yazandı.
Çıxmırdı fikrindən ön cəbhə bir an,
Fikri çözələnir, ağlı çaşırdı.
Özü bilə-bilə mərdi-mərdanə,
Düşməndən qisasa, üstə qaçırdı.
Əvvəl Goranboyda lap ön cəbhədə,
Sonra da Tərtərin Çaylı kəndində.
Üç ay xidmət etdi Mübariz burda,
Anamız Vətənə, bu elə,yurda.
Hələ getməmişdən ana yalvardı,
Qardaşlar yalvardı, ata yalvardı.
Dedi-əzizlərim, siz inanın ki,
Bax, bu cür yaşamaq çətindi mənə.
Öpdü anasının gül əllərindən,
O nəmli gözlərə baxa bilmədi.
Öpdü atasının ayaqlarından,
Odlu şimşək oldu çaxa bilmədi
Duanız üstüмdən əskik olmasın,
Zəfər sorağını gözləyin məndən.
Sizə söz verirəm ay elim, obam,
Siləcəm Vətəni bu qara çəndən.
Baxmadı geriyə getdi Mübariz,
Qorxdu ki,fikrini dəyişər ata.
Daha demədin ki,ay ürək param,
Atanı,ananı sən saldın oda.
Heç səni saxlamaq olardımı, heç?!
Ah necə sevinib ,şadlanırdın sən.
Elə bil döyüşə, davaya deyil,
Toylar məclisinə yollanırdın sən.
Mireylas nəvəsi, Allah qorusun,
Düşmən hiyləsindən, odlu güllədən.
Qılınan namazlar, müqəddəs Quran,
Qorusun canını qəfil həmlədən.
***
Sən mənim canımsan, canım, ay Vətən,
Şöhrətim, şanımsan, şanım ,ay Vətən.
Bir az rahatlığı bax indi tapdım,
Damarımda axan qanım,ay Vətən.
Nə qədər şirinsən adına qurban,
Sən də bir anasan dadına qurban.
Doğsun al Günəşin, nur üzlü ayın,
Yansın ocaqların oduna qurban.
Bircə qarışına göz dikənlərin,
Gözünü əbədi oymağa gəldim.
Türk oğlu türk kimdir bilsinlər bir də,
Düşmənə car çəkib yaymağa gəldim.
Minnətli çörəyi biz yeməmişik,
Nə də yarınmaqla heç aramız yox.
Erməni deyilik quyruq bulayaq,
Kimsəyə verməyə bir paramız yox.
***
İyunun 19-u, düşmən yaman çaxnaşır,
Narahatdı Mübariz yaraqlanıb döyüşə.
Xəyal aşır dağ, dərə, gah da ilişir daшa,
Bir əmr gözləyir ki, tez döyüşə girişə.
Qızğın döyüş başlanır,
Mübariz qırıb, tökür.
Бахмыр бяндя, бяряйя
Uçurub,yıxıb, sökür.
Düşmən dördgöz olubdu,
Gözləmirdi beləsin.
İrəliyə gedəмmir,
Geri çəkilməlidir.
Özgə necə eyləsin?!
Mübarizsə irəli,
Hey irəli yeriyir.
O gözüylə düşmənin,
Lap bağrını çeynəyir.
Gülləsi sona çatdı,
Avtomatı tez atdı.
Əlbəyaxa döyüşə,
Başladı o bıçaqla.
Yer leşiylə doluydu,
Ayağının altında.
Ona silah tuşlayan,
Bir dığanın qoluydu.
Birdən şimşəklər çaxdı,
Göylər yaman hönkürdü.
Namərd düşmən gülləsi,
Kürəyindən dəyərək.
Mübarizi çökdürdü,
Ганы ахан торпаьы ,
Сыхмалады овъуна.
Гойду эюзц цстцня,
Сонра ганлы кюксцня.
***
Yaralıyam,
Vətəndən yaralыyam.
Köçüm sizdən aralı,
Deməyin haralıyam?!
Qan sızır,
Yaram göz-göz qan sızır.
Ağlama gözəl anam,
Yoxsa yaram qan sızır.
Çatmışam,
Mən arzuma çatmışam.
Bu Torpağın qoynunda,
Halal haqla yatmışam.
***
Bu xəbəri kim çatdırıb,kim deyəcək?!
Aman Allah!
Qopacaqdı məhvərindən bir ev,eşik.
Qara-qara xəbərlərin yükü ağır,
Başın üstə bir saçın da tükü ağır.
Var Allahın yuxu adlı bir elçisi,
Əyan olub anasına mələr quzum.
Dərə düzə,düz dərəyə qarışıbmış,
Gözləyirmiş bəlkə yenə gələr quzum.
Qor dolubmuş varlığına Şamamanın,
Hava isti, ev bir ocaq, ürək təndir.
Quruyubdur heyrətindən, bu nə yuxu,
Qolu bağlı, boğazında düyünlənib qanlı kəndir.
Bu gecə gözüm də yuxu tutmayıb,
Bəs bu qorxunc yuxu haradan gəldi?
Mən hələ al geyib, toy tutacaqdım,
Bütün bəlaların qaradan gəldi.
Qara xəbər qanadlanıb uçurdu,
Çin olmuşdu Şamamanın yuxusu.
O gedəli çək-çevirdə qalmışdı,
Bax bu idi, bax bu idi qorxusu.
Əvvəl-əvvəl gözdə yaşı qurudu,
Bədən əsdi dil-dodağı qurudu.
Sonra ünü yeri-göyü bürüdü,
Ürəyində gül budağı qurudu.
Sındı qolu,dağlar uçdu başına,
Çaylar da qoşuldu gözü yaşına.
Töküldü üstünə qara dumanlar,
Yeyirdi içini şübhə, gümanlar.
***
Ağ atlı balam getdi,
Nərgizim, laləm getdi.
Sındı belim sütunu,
Ay üstə haləm getdi.
Balım pətəkdə getdi,
Nəğməm tütəkdə getdi.
Durna telli qızlarim,
Getdi,yedəkdə getdi.
Yazım,baharım getdi,
Gülüz səhərim getdi.
İtirdim sağ-solumu,
Canda təpərim getdi.
Haray ellər,ay ellər,
O kimdi əl yelləyər?
Mübariz tək oğulun,
Anası qan eyləyər.
***
Şamama ananın tağı saralıb,
Bu dünya gözündə sənsiz qaralıb.
Ruhun qəlbimizdə, gülüm, yer alıb,
Mənim igid balam, ər Mübarizim!
Kaman tək əyilib atanın belı,
İçindən keçibdi çayların seli.
Saçında qalmayıb bir qara teli,
Mənim igid balam, ər Mübarizim!
Dönübdü cüt sərvə Bəhruzla, Rəşad,
Deyirlər qardaşım indi rahat yat.
Səninlə gözəlmiş bu zalım həyat,
Mənim igid balam, ər Mübarizim!
Nə qədər sevirmiş səni el,oba,
Hər kəsin qəlbində sən adlı yuva.
Vardı millətimdə etibar, vəfa,
Mənim igid balam, ər Mübarizim!
Hər qapı üstündə şəklin asılıb,
Hər qapı adına geniş açılıb.
Hər açıq qapıya nurun saçılıb,
Mənim igid balam, ər Mübarizim!
***
Macar ellərindən Ramil zəng vurub,
Atana təsəlli, səbir diləyib:
-İgid atasısan deyib-ay ata,
Şəhidlər ki,sağdı onlar ölməyib.
Bu qədər izdiham heç görünməyib,
Vətən bayraq kimi qaldırdı səni.
Sənin şücaətin, qəhrəmanlığın,
Sildi yolumuzdan dumanı, çəni.
Göstərdin bir oğul nələr eyləyər,
Ürək dağa dönüb qürurdan inan.
Sən Vətən yolunda ölümü seçdin,
Fəridə söyləyir mən sənə qurban.
Evin ziyarətgah ellər daşınır,
Getmişəm görüşə atan, ananla.
Qara daş heykələ dönübdü anan,
Ağlayıb susmuşuq candan yananla.
Qınayır özünü, anan qınayır,
-Deyir əsgərlikdən gələndə balam.
Yeddi qurban deyib niyyət etmişdik,
Dördünü kəsmişdik, üçü qalmıçdı.
Bəlkə də üstümdə bu niyyətimin,
Günahı qalmışdı, suçu qalmışdı.
***
Gözləyirik səni, tez gəl evinə,
Gəl ki, güllər düzək durna telinə.
Bir ölməzlik gətir oba, elinə,
Gəl, mənim çiçəyim, gülüm, Mübariz!
Yollara baxmaqdan yorulduq axı,
Sacların üstündə qovrulduq axı.
Ağlayıb, sızlayıb kor olduq axı,
Gəl Vətən avazlı dilim, Mübariz!
Gəl ,boyuna qurban, bacınam mən də,
Bacılar içində tacınam mən də.
Odlu döyüşlərdə laçınam mən də,
Yolunu gözləyiр elim, Mübariz!
***
Vətən qiymətini verdi, verəcək,
Mübariz ruhunla zəfər gələcək.
Sən Milli qəhrəman, şərəfli oğul,
Adınla dünyaya çox ər gələcək.
Yurdumu yaşadır sən tək oğullar,
Ölə biliriksə bu Torpaq üçün.
O bizi hər zaman göyərdəcəkdi,
Düşmən önümüzdə baş əyəcəkdir!
QEYD: Yazı “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir.
Əziziyəm, gül qoxar,
Çiçək qoxar, gül qoxar.
Bu balamın ətridi,
Hər yan mənə gül qoxar.
Əziziyəm,barım var,
Bağım,bağçam barım var.
Mübarizim bir dünya,
Övlad adlı varım var.
Əziziyəm, nur çilər,
Günəş göydən nur çilər.
Balam hamsı gözəldir,
Müabarizim nur çilər.
***
Belə əzizləndi,belə böyüdü,
Bax belə sevildi bizim Mübariz.
Ağakərim qardaş,Şamama bacı,
Hər zaman deyirdi-gözüm Mübariz.
Evdə son beşikdi hamı sevərdi,
Kimi can deyərdi,başa dönərdi.
Qardaşlar bir yana,o da bir yana,
Sevilə,sevilə şaha dönərdi.
Boy atdı böyüdü sarı bülbülüm,
Mənim qızılgülüm,xarı bülbülüm.
Altı yaşı oldu,məktəbə getdi,
Dedi-Atam,Anam,Vətəndi gülüm.
Əvvəl bir ev qədər,bir məktəb qədər,
Balaca köksündə boy atdı Vətən.
Sonra da qanına,canına hopdu,
Səsiylə qıy vurub,hay atdı-Vətən.
Baxdı dörd bir yana bura Vətəndi,
Bu Torpaq Vətəndi,bu yol Vətəndi.
Bu leysan Vətəndi,bu sel Vətəndi,
Yandı neçə ocaq ,bu kül Vətəndi!
Yamaca uzanıb qucdu Torpağı,
Dodağına sıxıb öpdü yarpağı.
Ormanda göy ota yüz sığal çəkdi,
Sevdi,əzizlədi bağçanı,bağı.
O,qışda gəlmişdi gözəl dünyaya,
Səksən səkkizinci il,7 fevralda.
Yazı çox sevərdi,güllər fəslini,
Ömür baharında o aldı yara.
Vətənin dərdləri sıxırdı onu,
Suallar içində fikir yorurdu.
Bu cahil erməni kimdir,axı kim?!
Gecələr yatmırdı hövlank dururdu.
Neçə şəhid verdi Əliabad kəndi,
Toyluq xonçalara qara bağlandı.
Analar,bacılar saçını yoldu,
Kədər sinəmizi deşdi,dağladı.
Sərhəd od içində alışıb,yanır,
Güllələr səngimir,atəş səngimir.
Atalar çiynində gedir oğullar,
Hüzür karvanları gəlir ləngimir.
Nişanlı qizların saçı ağarıb,
Qara bulud kimi üzü açılmır.
Dupduru sularım yaman bulanıb,
Acı göz yaşları yağir,içilmir.
Yerdən qan sıçrayır göyün üzünə,
Qorxudan bulud da gömgöy göyərib.
Bir körpə ağlayır məzar başında,
Şəhid balasıdı yaman kövrəlib.
***
Qarabağ!
Qara orman,qara bağ.
Əvvəli zümrüd taclı,
Sonu yaslı Qarabağ
Düşmən daşı Qarabağ,
Gözüm yaşı Qarabağ.
Taleyi başa bəla,
Ömür suçu Qarabağ!
***
Bu vətənin həsrət yaşı,
Gözümüzü yandırıbdı.
Nakam gedən igidləri,
Belimizi sındırıbdı.
Zaman üstə sac olmuşuq,
Düşmənляря öc olmuşuq.
Torpaq dərdi ozan edib,
Biz Yusif Sərrac olmuşuq.
Vətənimin Leylisiyəm,
Sevgim ona,eşqim ona.
Mənə nə don biçirlərsə,
Ölçüm ona,ülgüm ona.
***
Mən zamandan qopmuş daşam,
Mən zamanla cüt qardaşam.
Yerim,yurdum məkansızdı,
Yalnız tarixlə sirdaşam.
Fırlanıram oxum üstə,
Bir göyərmiş toxum üstə.
Top,tüfəngi qoy bir yana,
Tuşla məni oxum üstə.
***
Əziziyəm,Torpağa,
Yağı baxdı Torpağa.
Gözlərimin önündə,
Qanlar axdı Torpağa.
***
Əzizim,gözüm şahid,
Hər dərdə gözüm şahid.
Dərdin min qapısı var,
Çox gördüm dözüm şahid.
***
Əzizim at oynatdı,
Namərdlər at oynatdı.
Mərdim Mübariz idi,
Fələk qəlbim qanatdı.
***
Əziziyəm sarıdı,
Hicran,həsrət sarıdı.
Gözümdəki sarıdan,
Qəlbim xiffət sarıdı.
***
Əzizim,çıraqla gəz,
Aləmi çıraqla gəz.
Namərdləri yaraqla,
Mərdləri çıraqla gəz.
Əziziyəm, sınama,
Qəlbi dərdlə sınama.
Anaya övlad dağı,
Verib dərdlə sınama.
***
Əsgəri xidmətin vaxtı çatmışdı,
Durub,dincəlmirdi Mübariz bir an.
Ona bircə kəlmə yox desəydilər,
Bağrı çatlayardı hər saat,hər an.
Kişi libasını geydi əyninə,
Bütün varlığını qürur çulğadı.
Sanki bir intiqam aldı yağıdan,
Gözü qarşısında düşmən uladı.
Varlığı titrədi gördüklərindən,
Baxırdı üzünə neçə qanlı göz.
Son ümid yerini itirən evlər,
Qoca ata,ana neçə canlı göz.
Hər sözü,kəlməsi qisas deyirdi,
Düşməni sən doğra,sən kəs deyirdi.
Allahım nicat ver,nicat ver mənə-
İçində yalvaran bir səs-deyirdi.
Hərbin sirlərini щей öyrəndikcə,
Keçdi göz önündən qanlı səhnələr.
Şimşək tək çaxırdı düşmən başında,
Bu çətin yollarda nələr var,nələr?!
Daxili qoşunlar bir məktəb oldu,
Mübariz ehtiram, hörmət qazandı.
Bilik,bacarığı sevdirdi onu,
Amma tale elə özü yazandı.
Çıxmırdı fikrindən ön cəbhə bir an,
Fikri çözələnir, ağlı çaşırdı.
Özü bilə-bilə mərdi-mərdanə,
Düşməndən qisasa, üstə qaçırdı.
Əvvəl Goranboyda lap ön cəbhədə,
Sonra da Tərtərin Çaylı kəndində.
Üç ay xidmət etdi Mübariz burda,
Anamız Vətənə, bu elə,yurda.
Hələ getməmişdən ana yalvardı,
Qardaşlar yalvardı, ata yalvardı.
Dedi-əzizlərim, siz inanın ki,
Bax, bu cür yaşamaq çətindi mənə.
Öpdü anasının gül əllərindən,
O nəmli gözlərə baxa bilmədi.
Öpdü atasının ayaqlarından,
Odlu şimşək oldu çaxa bilmədi
Duanız üstüмdən əskik olmasın,
Zəfər sorağını gözləyin məndən.
Sizə söz verirəm ay elim, obam,
Siləcəm Vətəni bu qara çəndən.
Baxmadı geriyə getdi Mübariz,
Qorxdu ki,fikrini dəyişər ata.
Daha demədin ki,ay ürək param,
Atanı,ananı sən saldın oda.
Heç səni saxlamaq olardımı, heç?!
Ah necə sevinib ,şadlanırdın sən.
Elə bil döyüşə, davaya deyil,
Toylar məclisinə yollanırdın sən.
Mireylas nəvəsi, Allah qorusun,
Düşmən hiyləsindən, odlu güllədən.
Qılınan namazlar, müqəddəs Quran,
Qorusun canını qəfil həmlədən.
***
Sən mənim canımsan, canım, ay Vətən,
Şöhrətim, şanımsan, şanım ,ay Vətən.
Bir az rahatlığı bax indi tapdım,
Damarımda axan qanım,ay Vətən.
Nə qədər şirinsən adına qurban,
Sən də bir anasan dadına qurban.
Doğsun al Günəşin, nur üzlü ayın,
Yansın ocaqların oduna qurban.
Bircə qarışına göz dikənlərin,
Gözünü əbədi oymağa gəldim.
Türk oğlu türk kimdir bilsinlər bir də,
Düşmənə car çəkib yaymağa gəldim.
Minnətli çörəyi biz yeməmişik,
Nə də yarınmaqla heç aramız yox.
Erməni deyilik quyruq bulayaq,
Kimsəyə verməyə bir paramız yox.
***
İyunun 19-u, düşmən yaman çaxnaşır,
Narahatdı Mübariz yaraqlanıb döyüşə.
Xəyal aşır dağ, dərə, gah da ilişir daшa,
Bir əmr gözləyir ki, tez döyüşə girişə.
Qızğın döyüş başlanır,
Mübariz qırıb, tökür.
Бахмыр бяндя, бяряйя
Uçurub,yıxıb, sökür.
Düşmən dördgöz olubdu,
Gözləmirdi beləsin.
İrəliyə gedəмmir,
Geri çəkilməlidir.
Özgə necə eyləsin?!
Mübarizsə irəli,
Hey irəli yeriyir.
O gözüylə düşmənin,
Lap bağrını çeynəyir.
Gülləsi sona çatdı,
Avtomatı tez atdı.
Əlbəyaxa döyüşə,
Başladı o bıçaqla.
Yer leşiylə doluydu,
Ayağının altında.
Ona silah tuşlayan,
Bir dığanın qoluydu.
Birdən şimşəklər çaxdı,
Göylər yaman hönkürdü.
Namərd düşmən gülləsi,
Kürəyindən dəyərək.
Mübarizi çökdürdü,
Ганы ахан торпаьы ,
Сыхмалады овъуна.
Гойду эюзц цстцня,
Сонра ганлы кюксцня.
***
Yaralıyam,
Vətəndən yaralыyam.
Köçüm sizdən aralı,
Deməyin haralıyam?!
Qan sızır,
Yaram göz-göz qan sızır.
Ağlama gözəl anam,
Yoxsa yaram qan sızır.
Çatmışam,
Mən arzuma çatmışam.
Bu Torpağın qoynunda,
Halal haqla yatmışam.
***
Bu xəbəri kim çatdırıb,kim deyəcək?!
Aman Allah!
Qopacaqdı məhvərindən bir ev,eşik.
Qara-qara xəbərlərin yükü ağır,
Başın üstə bir saçın da tükü ağır.
Var Allahın yuxu adlı bir elçisi,
Əyan olub anasına mələr quzum.
Dərə düzə,düz dərəyə qarışıbmış,
Gözləyirmiş bəlkə yenə gələr quzum.
Qor dolubmuş varlığına Şamamanın,
Hava isti, ev bir ocaq, ürək təndir.
Quruyubdur heyrətindən, bu nə yuxu,
Qolu bağlı, boğazında düyünlənib qanlı kəndir.
Bu gecə gözüm də yuxu tutmayıb,
Bəs bu qorxunc yuxu haradan gəldi?
Mən hələ al geyib, toy tutacaqdım,
Bütün bəlaların qaradan gəldi.
Qara xəbər qanadlanıb uçurdu,
Çin olmuşdu Şamamanın yuxusu.
O gedəli çək-çevirdə qalmışdı,
Bax bu idi, bax bu idi qorxusu.
Əvvəl-əvvəl gözdə yaşı qurudu,
Bədən əsdi dil-dodağı qurudu.
Sonra ünü yeri-göyü bürüdü,
Ürəyində gül budağı qurudu.
Sındı qolu,dağlar uçdu başına,
Çaylar da qoşuldu gözü yaşına.
Töküldü üstünə qara dumanlar,
Yeyirdi içini şübhə, gümanlar.
***
Ağ atlı balam getdi,
Nərgizim, laləm getdi.
Sındı belim sütunu,
Ay üstə haləm getdi.
Balım pətəkdə getdi,
Nəğməm tütəkdə getdi.
Durna telli qızlarim,
Getdi,yedəkdə getdi.
Yazım,baharım getdi,
Gülüz səhərim getdi.
İtirdim sağ-solumu,
Canda təpərim getdi.
Haray ellər,ay ellər,
O kimdi əl yelləyər?
Mübariz tək oğulun,
Anası qan eyləyər.
***
Şamama ananın tağı saralıb,
Bu dünya gözündə sənsiz qaralıb.
Ruhun qəlbimizdə, gülüm, yer alıb,
Mənim igid balam, ər Mübarizim!
Kaman tək əyilib atanın belı,
İçindən keçibdi çayların seli.
Saçında qalmayıb bir qara teli,
Mənim igid balam, ər Mübarizim!
Dönübdü cüt sərvə Bəhruzla, Rəşad,
Deyirlər qardaşım indi rahat yat.
Səninlə gözəlmiş bu zalım həyat,
Mənim igid balam, ər Mübarizim!
Nə qədər sevirmiş səni el,oba,
Hər kəsin qəlbində sən adlı yuva.
Vardı millətimdə etibar, vəfa,
Mənim igid balam, ər Mübarizim!
Hər qapı üstündə şəklin asılıb,
Hər qapı adına geniş açılıb.
Hər açıq qapıya nurun saçılıb,
Mənim igid balam, ər Mübarizim!
***
Macar ellərindən Ramil zəng vurub,
Atana təsəlli, səbir diləyib:
-İgid atasısan deyib-ay ata,
Şəhidlər ki,sağdı onlar ölməyib.
Bu qədər izdiham heç görünməyib,
Vətən bayraq kimi qaldırdı səni.
Sənin şücaətin, qəhrəmanlığın,
Sildi yolumuzdan dumanı, çəni.
Göstərdin bir oğul nələr eyləyər,
Ürək dağa dönüb qürurdan inan.
Sən Vətən yolunda ölümü seçdin,
Fəridə söyləyir mən sənə qurban.
Evin ziyarətgah ellər daşınır,
Getmişəm görüşə atan, ananla.
Qara daş heykələ dönübdü anan,
Ağlayıb susmuşuq candan yananla.
Qınayır özünü, anan qınayır,
-Deyir əsgərlikdən gələndə balam.
Yeddi qurban deyib niyyət etmişdik,
Dördünü kəsmişdik, üçü qalmıçdı.
Bəlkə də üstümdə bu niyyətimin,
Günahı qalmışdı, suçu qalmışdı.
***
Gözləyirik səni, tez gəl evinə,
Gəl ki, güllər düzək durna telinə.
Bir ölməzlik gətir oba, elinə,
Gəl, mənim çiçəyim, gülüm, Mübariz!
Yollara baxmaqdan yorulduq axı,
Sacların üstündə qovrulduq axı.
Ağlayıb, sızlayıb kor olduq axı,
Gəl Vətən avazlı dilim, Mübariz!
Gəl ,boyuna qurban, bacınam mən də,
Bacılar içində tacınam mən də.
Odlu döyüşlərdə laçınam mən də,
Yolunu gözləyiр elim, Mübariz!
***
Vətən qiymətini verdi, verəcək,
Mübariz ruhunla zəfər gələcək.
Sən Milli qəhrəman, şərəfli oğul,
Adınla dünyaya çox ər gələcək.
Yurdumu yaşadır sən tək oğullar,
Ölə biliriksə bu Torpaq üçün.
O bizi hər zaman göyərdəcəkdi,
Düşmən önümüzdə baş əyəcəkdir!
QEYD: Yazı “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir.