Gənc rəssamın sərgisi keçirildi - FOTOLAR

Gənc rəssamın sərgisi keçirildi - FOTOLAR

Art Villada  "Birliyə Doğru” İctimai Birliyi  1 İyun Beynəlxaq Uşaqların müdafiəsi günü ilə əlaqədar olaraq  Ə.Əzimzadə adına akademiyanın tələbəsi Orxan Əhmədovun fərdi sərgisini keçirildi. Sərgidə yalnız Orxanın son ildə hazırladığı işlər nümayiş olundu. Sərgidə "Sağlam ailə” Tibb mərkəzinin nümayəndəsi Nigar Rüstəmli, "Gənclər Klubu” Ictimai Birliyinin rəhbəri Zaur Əkbər, CETA Təhsil mərkəzindən Tofiq Sadıqov, SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının nümayəndəsi Xanım Tahirova və eləcə də Etatist saytının əməkdaşı Şəhriyar Mehdizadə, inter.az və Kanal 13-ün nümayəndələri iştirak etdilər.
Layihənin rəhbəri Aynur Salmanova çıxışında  bildirdi ki, Orxan Əhmədov 2011-cü ildə "Birliyə Doğru” İctimai Birliyinin kimsəsiz uşaqlar üçün həyata keçirdiyi rəsm kurslarına cəlb olunmuşdu.  O zaman Orxan E. Mirzəyev adına nitq qüsurlu uşaqlar üçün internat məktəbinin şagirdi idi.  Rəsm kurslarını bitirdikdən sonra Əzimzadə adına Rəssamlıq Akademiyasına daxil oldu.  Birliyə Doğru vasitəsilə "Romantic” geyim şirkəti  artıq 2 ildir ki,  Orxanın təhsil haqqını ödəyir. Birliyə Doğru maddi və mənəvi cəhətdən Orxana dəstək olur, onun dünyagörüşünün artırılmasına, rəssam kimi formalaşmasını da öz üzərinə götürür.

Sərginin 1 iyul Uşaqların Müdafiəsi gününə həsr olunması da təsadüfü deyil. Sərginin məqsədi cəmiyyətin internat məktəbini bitirən uşaqlar haqqında stereotiplerin aradan qaldırılması,istedadlı gəncimizi cəmiyyətə tanıtdırmaq və bununla hər kəsin uğurlu yolu ola biləcəyini vurğulamaqdır.

Layihənin tərəfdaşları  Art Council, City Art Centre (rəsm dərnəyi), Od media& Production dır.