Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşa

Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşa


Dövlət Gənc Tamaşaçılar Teatrı ilin sonunadək daha bir tamaşa üzərində yaradıcılıq işini yekunlaşdıracaq.

İngilis dramaturqu U. Şekspirin anadan olmasının 450 illiyi münasibətilə teatrın kollektiv "III Riçard” tamaşasını təqdim edəcək.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan "III Riçard” tamaşasının quruluşçu rejissoru Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları Ağaxan Salmanlı,Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Dünyaca məşhur"III Riçard” tamaşasının premyerası dekabrın 20-də saat 19.00-da baş tutacaq.

Edebiyyat.biz