
Həmid Herisçi. İKİ SƏMANIN QARTALI
Poeziya
- 23.08.2010
- 0 Şərh
- 513 Baxış
TƏBRİZ BƏLƏDİYYƏ BİNASINI BƏZƏYƏN
NASİST QARTALINA
Üzüklər barmaqlardan qorxubsa
burda...
Mersedeslərinizin təkərlərini bəzəyən
əlvan qapaqlar,
küçələrdəki cəsədlərnizə
güzgü tutmayırsa,
dünyanı qorxutmayırsa
orda-burda...
əynizdəki bu paltarlar,
bədəninizin fəqət
bir kasıb qonşusudursa,
eyni zamanda...
Həyat bu gecəni
qara qəbirdaşı kimi yonubsa,
valla, sənin adına...
hamı səni unudubsa...
dostar əlin dizinə
vurubsa,
lap axırda...
Doğma atanın üzünə söyürsə
bir vələdəzüna...
Qorxma,
karıxma, darıxma...
Dərk et, anla,
Qorxaqları söy, danla...
Bil, burnunu sil...
Təbriz bələdiyyə binası üzərindəki
nasist qartalı
indiyədək özünü qoruyubsa...
gecələr Təbriz üzərində uçursa...
şahlıq quşunu Təbriz üzərində
hələki Hitler uçurdursa
qorxma, bizə hələ yoxdur ölüm...
ey mənim nasist qartalım,
qadan alım, başına dönüm,
Sən çağırdın,
vətənimə döndüm...
Üzü divara danışan Təbriz qadınlarıyla birgə
ağladım, hönkürdüm...
Təbriz bələdiyyə binasını
SS-in “ordensburq” qəsri kimi gördüm...
Sən ey iki səmanın qartalı,
gecəyarı
bizlə danışırsan,
bütün sözlərin dərin mənalı,
tapmacalı, çox hecalı,
ağzın oruclu, ağzın dualı
gəl bütün gizlinləri aç,
Bitsin axır bu oyun, bu “gizlənqaç”...
Bitsin suların buludlara verdi yi əbədi xərac...
Sənsən 1938-də Hitlerin
Təbrizə göndərdiyi hədiyyə,
sənsən fədai, sənsən qırmızı şiə...
bizim susuz səmənilərin müqəddəsliyinə
çırpasan gərək öz qanadlarını,
ey iki səmanın qartalı,
başla öz cahadını!
Çağır Allahını...
Sən gərək açasan
Hacı Cabbar Nayıb küçəsindəki
evimizin qapısını,
qanadınla siləsən
nənəmin aynasını,
mənim qərib çamadanımı
dimdiyində gətirəsən bu evə...
Sən ey nasist qartalı,
Sən ey bizim əziz kirvə...
Gecədir...
Təbriz hamballarının əl arabaları, “daşqalar”
dükan qapılarına zəncirlənir...
Qapılar kilidlənir...
İmam Axır Zaman sonuncu müştəri cildində
Təbriz bazarını gəzir...
Zamanı ləğv etmir,
yenə bizə “zaman cəzası” verir...
Yenə qeybə çəkilir...
Ətrafımızı
Sarı işıqlar, gicgic danışıqlar
zəhərləyir...
Hacı Məşdəli gecikir,
hələ də sübhanənin, naharın pulunu
çıxarmaq istəyir...
Gözlərinizi açın,
yuxarı baxın...
Nasist qartalı başınız üstə uçur,
o çoxdan göydədir...
O daim bizimlədir.
O...
O
Təbrizdədir...
NASİST QARTALINA
Üzüklər barmaqlardan qorxubsa
burda...
Mersedeslərinizin təkərlərini bəzəyən
əlvan qapaqlar,
küçələrdəki cəsədlərnizə
güzgü tutmayırsa,
dünyanı qorxutmayırsa
orda-burda...
əynizdəki bu paltarlar,
bədəninizin fəqət
bir kasıb qonşusudursa,
eyni zamanda...
Həyat bu gecəni
qara qəbirdaşı kimi yonubsa,
valla, sənin adına...
hamı səni unudubsa...
dostar əlin dizinə
vurubsa,
lap axırda...
Doğma atanın üzünə söyürsə
bir vələdəzüna...
Qorxma,
karıxma, darıxma...
Dərk et, anla,
Qorxaqları söy, danla...
Bil, burnunu sil...
Təbriz bələdiyyə binası üzərindəki
nasist qartalı
indiyədək özünü qoruyubsa...
gecələr Təbriz üzərində uçursa...
şahlıq quşunu Təbriz üzərində
hələki Hitler uçurdursa
qorxma, bizə hələ yoxdur ölüm...
ey mənim nasist qartalım,
qadan alım, başına dönüm,
Sən çağırdın,
vətənimə döndüm...
Üzü divara danışan Təbriz qadınlarıyla birgə
ağladım, hönkürdüm...
Təbriz bələdiyyə binasını
SS-in “ordensburq” qəsri kimi gördüm...
Sən ey iki səmanın qartalı,
gecəyarı
bizlə danışırsan,
bütün sözlərin dərin mənalı,
tapmacalı, çox hecalı,
ağzın oruclu, ağzın dualı
gəl bütün gizlinləri aç,
Bitsin axır bu oyun, bu “gizlənqaç”...
Bitsin suların buludlara verdi yi əbədi xərac...
Sənsən 1938-də Hitlerin
Təbrizə göndərdiyi hədiyyə,
sənsən fədai, sənsən qırmızı şiə...
bizim susuz səmənilərin müqəddəsliyinə
çırpasan gərək öz qanadlarını,
ey iki səmanın qartalı,
başla öz cahadını!
Çağır Allahını...
Sən gərək açasan
Hacı Cabbar Nayıb küçəsindəki
evimizin qapısını,
qanadınla siləsən
nənəmin aynasını,
mənim qərib çamadanımı
dimdiyində gətirəsən bu evə...
Sən ey nasist qartalı,
Sən ey bizim əziz kirvə...
Gecədir...
Təbriz hamballarının əl arabaları, “daşqalar”
dükan qapılarına zəncirlənir...
Qapılar kilidlənir...
İmam Axır Zaman sonuncu müştəri cildində
Təbriz bazarını gəzir...
Zamanı ləğv etmir,
yenə bizə “zaman cəzası” verir...
Yenə qeybə çəkilir...
Ətrafımızı
Sarı işıqlar, gicgic danışıqlar
zəhərləyir...
Hacı Məşdəli gecikir,
hələ də sübhanənin, naharın pulunu
çıxarmaq istəyir...
Gözlərinizi açın,
yuxarı baxın...
Nasist qartalı başınız üstə uçur,
o çoxdan göydədir...
O daim bizimlədir.
O...
O
Təbrizdədir...