İçərişəhərin elektron xəritəsi hazırlanacaq

İçərişəhərin elektron xəritəsi hazırlanacaq

İçərişəhərin elektron xəritəsi hazırlanacaq. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Kamran İmanov məlumat verib. O bildirib ki, İçərişəhərin keramika üzərində xəritəsi artıq hazırdır. Yeni elektron forma bu xəritənin əsasında tərtib olunacaq. Xəritədə 85 abidənin ünvanı qeyd ediləcək. Bu xəritəyə daha çox əcnəbilər maraq göstərir. K. İmanovun sözlərinə görə, sentyabr ayında “İçərişəhər” adlı yeni jurnalın nəşrə başlaması da nəzərdə tutulub. İçərişəhərin tarixi, keçmişi, bu günü ilə bağlı materialların yer aldığı dərgi ildə 4 dəfə nəşr olunacaq.