İsmayıl Rizvanoğlu – İnsanlarda “heyvanlaşma” sindromu

İsmayıl Rizvanoğlu – İnsanlarda “heyvanlaşma” sindromu

Çarlz Darvin. Yəqin ki, çoxlarınız tanıyırsız bu şəxs kimdir. Uzun illərdi İslami düşüncələrə zidd olan bir bir nəzəriyyə. İsbatını qəbul edilməz saydığımız bir şəxsiyyətin verdiyi ən mükəmməl insanla heyvan oxşarlığının elə müəkəmməl də formulası. Sizlərə Darvinizmdən danışmaq fikrim yoxdur. Sadəcə bu gün ki, dövrdə insanlarda gedən "heyvanlaşma” sindromundan, bunu mən belə adlandırıram, danışmaq istərdim. Doğurdan da bu belədir. Narazısız? O zaman arqumentlərimi inkar edərkən öz fikirlərinizi arqumentlərlə söyləyin. Ətraf mühitdə hara baxsan çoxlarında bu sindromu görmək olar. Qınanılası deyil, insanlar bu sindromdan əziyyət çəkirlər. Çünki, heç bir əlacı, vaksini və s. hələ kəşf olunmayıb. Yaxın gələcəkdə də inanmıram ki, belə bir ixtira olsun. Başlamaq istəyirəm fikirlərimi sizlərlə bölüşməyə. Hər fikrimə dair bir başlıq qeyd etmək istəyirəm. Belə:

1. Sadiqlik. Bu gün ki, dövr üçün öz aktuallığnı müəyyən mənada itirmiş bir söz. Bəli, bu belədir. İnsanlar arasında, inam, etibar və sadiqlik demək olar ki yox olub. Nəticəsi, saysız hesabsız qısqanclıq zəmnində baş verən qətillər, ailə daxili münaqişələr və s. Bəs bunun "heyvanlaşma” sindromuna nə dəxli var? Təbii ki, dəxli var. Bir az təbiətə nəzər salsaq görərik ki, heyvanlarda sadiqlik olsa da, amma istənilən halda şüursuz varlıqlar olduğundan bəzən bu fikri əsaslı saymaq absurt sayıla bilər. Demək, insanlarda "heyvanlaşma” sindromu həqiqətən də mövcuddur.

2. İş həyatı. Bu günün ən aktual məsələlərindən digər biri. İş həyatı. Nəzər yetirərkən görərik ki, insanlar həm işdən şikayət edir, həm də işsizlikdən. Məsələn, bir çox toplum şikayətlənir ki, adam da bu qədər saat işdə olar? Digər toplum isə şikayətlənir ki, iş tapa bilmirəm, bezdim işsizlikdən falan. Hər iki fikir normaldır və həqiqətdir. Bəli, bu da növbəti "heyvanlaşma” sindromuna bir sübut. Çünki, heyvanlar üçün də işin və ya işsizliyin bir xüsusi anlamı yox. Şüursuz varlıqlar olaraq daima "sağ qalmaq” və "ölməmək üçün yaşamaq” devizi ilə yaşayırlar.

3. Seksual aclıq. Növbəti, deyərdim ki, ən aktual məsələlərdən biri. Bəli bu günki dövrümüz üçün, bu aclıq həqiqətən də hələ də xüsusi dəyərlərimizdənmi deyim, həllini tapa bilməyən məsəslələrdəndir. Bu gündəmin dəhşətli problemidir, hansı ki, acısını cəmiyyət anbaan çəkməyə məruz qalır və ya əksinə insanlarda "heyvanlaşma” sindromu o qədər yüksəkdir ki, insanlar artıq heyvanlarla cinsi əlaqənin mükəməlliyindən dəm vurur. Hətta, deyərdim həzz də alır, kentavr (yarı insan yarı heyvan) da dünyaya gətirir. Bəli, deyə bilərsiz bu bir xəstəlikdir. Ola bilər etirza etmirəm, bəli bu doğurdan da bir xəstəlikdir. "Heyvanlaşma sindromu” vəssalam. Bu bənddə xüsusi bir fərq var, o da bilirsiz nədir, insanların əksinə olaraq heyvanlar seksdə azaddırlar. Amma biz insanlara gəldikdə isə, bu azadlığı qorumağı bacaran çox az toplum ola bilər. Nəticə də göz qabağında. Necə ki , orta əsrlərdə Romada və bir çox Avropa ölkələrində normal qəbul edilən qanunlar var idi ha, bax indi o qanunlar amansızcasına özünü doğrultmağa başlayır, məsələn, ata qızı ilə cinsi münasibət qurur, qardaş bacı ilə və s. Bir daha sübut olunur ki, insanlarda həqiqətən də "heyvanlaşma” sindromu var. Bu isə nəticə etibarı ilə gələcək nəsillərin təhlükəli həyatı deməkdir.


İsmayıl Rizvanoğlu