Keçmiş HOST-çunun

Keçmiş HOST-çunun "Dəyişir həyat"ı - VİDEO



Son vaxtlar aktivliyi ilə seçilən tanınmış reper Orxan Zeynallı, bu dəfə də dinləyicilərini xoş xəbərlərlə sevindirib.

Gün.Az xəbər verir ki, bir vaxtlar məşhur HOST qrupunun solisti olan AiD ləqəbli Orxan Zeynallı hazırda "Dəyişir həyat” adlı canlı konsertə hazırlaşır.

Konsertin təşkilatçılarından biri olan tanınmış təşkilatçı Aqil Məmiyevin verdiyi məlumata görə, 2 həftədir satışa çıxarılmış biletlər artıq bitmək üzrədir. Qeyd edək ki, konsert canlı alətlərin müşayiəti ilə baş tutacaq.

Bu gecə isə gənc ifaçı eyni adlı yeni mahnısını kliplə birgə sevənlərinə təqdim etdi. Qısa zamanda kifayət qədər baxış sayı toplayan mahnı görünür ki, payızın ilk aylarının hitinə çevriləcək.

Orxan Zeynallının yeni klipini sizlərə təqdim edirik.

Kult.Az