“Kim nə istəyirsə, onu edə bilməz” - ANS-ə qadağa

“Kim nə istəyirsə, onu edə bilməz” - ANS-ə qadağa

ANS televiziyası bu il Ramazan ayında azanı yayımlamaqdan imtina edib. Yayılan məlumata görə azanın yayımlanmasına hökumət qadağa qoyub və azan veriləcəyi təqdirdə kanalın bağlanacağı haqda xəbərdarlıq edilib.

Kult.Az xəbər verir ki, MTRŞ sədri N.Məhərrəmli publika.az-a açıqlamasında deyib ki, Azərbaycan dünyəvi ölkədir və burada kim nə istəyirsə, onu edə bilməz. "Azanlar yalnız dini ibadət edilən binalarda, yerlərdə olmalıdır. Yoxsa ki hər kəs öz evində, televiziya kanalında, radiosunda və sairə azan verməli deyil. Ümumiyyətlə, bu məsələni jurnalistlər də anlayışla qarşılamalıdırlar. Yəni, bu məsələni lazım olmayan formada işıqlandırmaq bütövlükdə heç kəsə faydalı deyil. Yaxşı olar ki, azan ancaq dini ibadət olan yerlərdə, o cümlədən məscidlərdə verilsin. Yoxsa sabah kim harda istəsə,ÿazan verər. Bu isə düzgün deyil”.

Kult.Az