Kitabsız böyüyən uşaq... - SEÇMƏ AFORİZMLƏR

Kitabsız böyüyən uşaq... - SEÇMƏ AFORİZMLƏR

Kitablarla bağlı hikmətli sözləri Kult.Az oxucularına təqdim edirik:

* Kitabsız böyüyən uşaq susuz ağaca bənzəyir. 
* Kitablar heç vaxt aldatmayan dostlardır. 
* Bir insanın dəyəri oxuduğu kitablarla müəyyən olar. 
* Kitab ağlın dərmanıdır. 
* Kitabsız yaşamaq, kor, kar, dilsiz yaşamaqdır. 
* Bədən tərbiyəsi bədən üçün nədirsə, oxumaq da beyin üçün odur. 
* Kitab sevgisi, sevgilərin ən gözəlidir. 
* İnsanlar ölər, kitablar ölməz. 
* Bəşəri mədəniyyətin təməli kitabdır. 
* Kitablar da dostlar kimi yaxşı seçilməlidir. 
* Kitab ağıl öyrədən bir dostdur. 
* Oxumağın yaşı olmaz. 
* Kitablar bilik xəzinəsidir.
* Kitablar əbədi qalan dostlardır. 
* Ən gözəl sevgi  kitab sevgisidir. 
* Heç bir gəmi bizi bir kitab qədər uzaqlara apara bilməz. 
* Heç bir əyləncə mütaliə qədər ucuz, heç bir zövq də mütaliə qədər qalıcı ola bilməz. 
* Kitab damla-damla süzülüb içilən həyatdır. 
* Heç bir şey, yaxşı bir kitab qədər kef verməz, həyecanlandırmaz, ilham verməz, təşviq etməz, tərbiyə etməz, ovsunlamaz və ya əyləndirməz. 
* Ən qədim kitablar belə, onları oxumamış kəslər üçün yenidir. 
* Kitabı şkafa deyil, başına qoy. 
* Mümkün olsaydı, hər qarış torpağa, buğda əkən kimi kitab əkərdik. (Horace Mann) 
* Kitab dərsini hər zaman təkrarlamağa hazır bir müəllimdir. (M.Proust) 
* Dünyada ən gerçək və ən sadiq dostumuz kitabdır. (Prof.Süheyl Ünver) 
* Əlimə bir az pul keçsə, kitab alaram. Əgər bir neçə qəpik artarsa, onunla da yemək və geyəcək alaram. (Emerson) 
* Kitaplarım, mənə çatacaq qədər böyük bir krallıqdır. (Shakespeare) * Oxuma həvəsimi dünyanın bütün xəzinələrinə dəyişmərəm. (Gibbon) 
* Yaxşı seçilmiş kitabları oxumaq, keçmiş əsrlərin seçmə zəkalarıyla əvvəldən təşkil edilmiş bir müzakirəyə qatılmaq kimidir. (Dekart) 
* Yabanı xalqlar xaricində hər ölkə kitablar tərəfindən idarə olunar. (Volter)
* Mütaliə xilas olma, azad olma gücü qazandırar. Oxumayanların, dar dairələrinin sonsuz düşüncələri, gələnək və görənəkləri çatışmazlıqlar içində bağlıdır. Oxumağı sevənlər yerlərdə sürünməzlər, bir qanad çalmaqla universal düşüncələrin xoşbəxt iqliminə yüksəlirlər. İnsanlığın ən dahi şəxslərindən meydana gəlmiş bir cəmiyyət içində yaşayarlar. (Payot)
* Bizi güclü edən yediklərimiz deyil həzm etdiklərimizdir; bizi zəngin edən qazandıqlarımız deyil, qoruduqlarımızdır; bizi məlumatlı edən oxuduqlarımız deyil, başımıza yerləşdirdiklərimizdir. (Francis Bacon)
* Bir ölkədə kitab oxumağa qarşı istək artmadıqca, cəhalət və cəhalətdən doğulan fəlakətlər azalmaz! (Benjamin Franklin)

KULT.AZ