"Ləyaqət düsturu" müzakirə olundu - FOTOLAR
Tənqid
- 27.04.2013
- 0 Şərh
- 2503 Baxış
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yazıçı Natiq Məmmədlinin «Ləyaqət düsturu» hekayələr kitabının müzakirəsi keçirilib. Tədbirdə fakültəsinin dekanı, professor Şamil Vəliyev, əməkdar jurnalist Flora Xəlilzadə əsər haqqında fikirlərini bölüşüblər. Müzakirələrdə çıxış edən tələbələr hekayələrin bədii məziyyətləri, aşıladığı ideya və mövzuları barədə çıxışlar etmişlər. Tələblərin suallarını cavablandıran müəllif gənc oxucularla görüşə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib. BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin «Ləyaqət düsturu» haqqında yazdıqları məqalələri oxucularımızın diqqətinə çatdırırıq.
"Hər kəs öz ləyaqəti haqqında düşünərkən... ”
Uşaqlıqdan bizə yüksək əxlaqi anlayışları öyrədərək hamımızı mənəvi cəhətdən yetkin, kamil, mükəmməl insan kimi tərbiyə edirlər. Bunun üçün şifahi xalq ədəbiyyatından, dahi insanların deyimlərindən çoxlu nümunələr, həyati hadisələrdən ibrətamiz faktlar söyləyirlər. Kimisi bunlardan müsbət nəticə çıxararaq yüksək fəzilət sahibi olur, kimisi isə bunlara əhəmiyyət verməyərək, dünyanın cah-cəlalından yapışaraq qəbahət sahiblərindən olur. Çoxları özünün elmi, ağlı, ləyaqəti, halallığı, səxavəti ilə öyünərkən, digərləri var-dövləti, daha çox rüşvət alması, qəddarlığı ilə qürrələnir.
Təsadüf, yoxsa reallıq olduğunu bilmirəm. Lakin sevindirici haldır ki, son zamanlar oxuduğum kitablar bir-birindən maraqlı və qiymətlidir. Onları mütaliə edərkən mənəvi cəhətdən daha da zənginləşdiyimi, hadisələrə yanaşma tərzimin dəyişdiyini hiss edirəm. Bütün bunlar kitabın dəyərli olmasının, təsir gücünün göstəriciləridir. "Əməkdar jurnalist” Natiq Məmmədlinin bu yaxınlarda nəşr etdirdiyi "Ləyaqət düsturu” adlı hekayələr kitabı da belələrindəndir. Məşhur bir aforizm var: "Sadəlik incəsənətin ən yüksək pilləsidir”. Vahid süjet xəttinə malik olmayıb, fərqli mövzuda, eyni zamanda sadə dillə yazılmış 18 hekayədən ibarət olan bu nəşr həcmcə böyük olmasa da, dərin mənaya malikdir. Kitabda yer alan hekayələrə ayrı-ayrılıqda nəzər salsaq, görərik ki, onların hər biri müxtəlif hadisələrə həsr olunub və hər birində müəllif şahid kimi çıxış edir. Burada cəmiyyətimizdə cərəyan edən mənfi hadisələr yumoristik, bəzən də üstüörtülü şəkildə tənqid edilir.
Elə başlayaq kitabın adını özündə əks etdirən ilk hekayədən. Bu hekayə ləyaqəti pulla ölçən Cəsarət müəllim haqqındadır. Qəzetdə dərc olunmuş bir məqalədə "bürokrat” adlandırılmış Cəsarət müəllim öncə bundan qəzəblənsə də, daha sonra Qeyrət müəllimin məsləhətinə uyaraq çıxış yolunu tapdığını düşünür və ləyaqətinin təhqir edilməsinin qarşılığı kimi cərimə tələb etməyə qərar verir. Müəllif bu qərarı qəbul edən Cəsarət müəllimin simasında cəmiyyətdə pulun hərisi olan bütün insanları tənqid edir. Hekayə qəhrəmanı pulu insani dəyərlərdən - vicdan, şərəf və ləyaqətdən üstün tutur, pulla hər şeyin həll oluna biləcəyini düşünür.
Lakin ləyaqətinə qiymət qoymaq o qədər də asan deyildi. Gecələr yuxusu qaçan, bütün fikirləri alt-üst olan, qeyri-müəyyən düşüncələrin əhatəsində itib-batan Cəsarət müəllim çox keçmir ki, bu qərarın mənəvi əzabını hiss etməyə başlayır, bundan qurtulmağa çalışır, lakin bacarmır. Çünki onu fikrindən daşındırmağa heç kim, hətta ömür-gün yoldaşı belə cəhd göstərmir, əksinə yanlış qərarında ona dəstək olur, hətta öz istəklərini belə bildirir. Elə ən pisi də budur. Sonda müəllif Cəsarət müəllimin öz ləyaqətini 150 baş qoyun, 20 baş keçi, 5 çoban itinə qarşı qoymasını pula hərisliyin səbəb olduğu acınacaqlı vəziyyət kimi göstərir.
Əslində, indiyə kimi bu üslubda saysız-hesabsız kitablar nəşr olunmuş, oxuculara təqdim edilmişdir, lakin Natiq Məmmədlinin bu nəşri fərqliliyi, özündə müasir çalarları əks etdirməsi ilə seçilir. Müəllif hər bir situasiyaya ustalıqla yanaşır və buna oxşar hadisələrə tez-tez rast gəlindiyini göstərir.
Kitabdakı hekayələrdən olan "Kloun”da orijinallığı ilə fərqlənir. Burada da müəllifin incə məqamlara toxunduğunun, yeri gəldikcə sətiraltı cümlələr işlətdiyinin də şahidi oluruq. Natiq müəllimin bir çox insanların hazırkı dövrdə "klounluq” edərək hörmət qazandığını bilavasitə öz qəhrəmanının dilindən səsləndirməsi elə buna əyani sübutdur. Əslində, burada məqsəd belə halların yolverilməz olduğunu göstərmək, insanları çəkindirməkdir.
Orijinal mövzuda yazılmış "Korun gördüyü gələcək” hekayəsi də ibrətamiz xarakter daşıyır. Hekayədə obrazı yaradılmış kor kişi fiziki cəhətdən görmə əngəlli olsa da, əslində yuxularında, düşüncələrində olacaqları, gələcəyi açıq-aydın görür. Özünün də dediyi kimi, o nə ekstrasens deyil, nə də altıncı hissiyyatı yoxdur, sadəcə olaraq, insanların arzuladığı gələcəyi bütün incəliklərinə, hətta xırda detallarına qədər ağıl gözü ilə görən adi şəhər sakinidir. Onu digərlərindən fərqləndirən ilk xüsusiyyət kor olmasıdırsa, digər cəhət müdrikliyi və kamilliyidir. Müəllif bu obraz vasitəsilə gözləri görsə də, qəlbi kor olanlara işarə edir. Hekayədə ən maraqlı epizod kor kişinin yolu tapmaqda ona kömək edən oğru ilə dialoqudur. Yolunu azmış qoca doğru yolu göstərmək üçün müraciət etdiyi oğrudan: "Heç vaxt düz yolla getməyən adam onu sənə necə göstərə bilər?”- cavabını alır. Müdrik oğruya gələcəyi haqqında xoşagəlməyən xəbərlər verməklə, əslində bütün cəmiyyətin gələcəyini söyləyir. Müəllif həm Müdrikin, həm də oğrunun dili ilə indiki dövr insanlarının mənsub olduqları mənəvi-əxlaqi dəyərləri tənqid edir. Hekayənin sonunda müdrik qocaya nəsihət edən oğru ona belə məsləhət görür ki, nəvəsini "kor” böyütməsin, yoxsa yaşamaq onunçün çox çətin olar. Müəllif bu hekayəsi ilə cəmiyyətimizdə mənəvi cəhətdən kor insanların aqillərə "mənəviyyat dərsi” keçdiklərini göstərir.
Kitabda yer alan "Dolma” hekayəsi mövzu etibarilə digərlərindən fərqli olsa da, aktual səciyyə daşıyır. Sərvətlərimizə, mədəniyyətimizə göz dikən ermənilərin dırnaqarası vətənpərvərliyi bu əsərin əsas mövzusudur. Təcavüzkarlar torpaqlarımız, maddi və mənəvi dəyərlərimizlə yanaşı, bu dəfə də milli mətbəximizə mənsub olan "dolma”nı özününküləşdirməyə çalışıblar. Əsəri digərlərindən fərqləndirən spesifik cəhət də budur. Əgər digər hekayələrdə ayrı – ayrı şəxslərə xas olan mənfi keyfiyyətlər tənqid olunursa, burada əsas diqqət bütün bir millətin mənəviyyatsızlığına yönəldilib. Tarix boyu başqa xalqların himayəsində yaşayıb özünə aid olmayanları adına çıxararaq saxta mədəniyyət sahibi olan bu "zavallı millət” hekayənin əsas tənqid hədəfidir.
Hekayələrdə əksini tapan hadisələrə həyatda tez-tez rast gəlirik. Lakin əksəriyyətimiz bu hadisələrə və bunların nəticələrinə biganə yanaşır, bəzən isə əhəmiyyət belə vermirik. Biz o zaman hərəkətə gəlirik və ya bu barədə yalnız o zaman düşünürük ki, öz maraqlarımıza toxunur. Nəticədə isə zaman – zaman belə dırnaqarası qəhrəmanların sayı artır, onlar özlərini böyük güc və qüvvə mənbəyi hesab edir, ləyaqət, vicdan, haqq, ədalət, vətənpərvərlik anlayışlarını unudaraq qol-qanad açır, heç kəslə hesablaşmır, hər şeyi "lazım olduğu kimi” deyil, "şəxsi maraq”ları çərçivəsində həll etməyə çalışırlar.
Natiq Məmmədlinin bu, həcmcə kiçik, lakin məzmun baxımından dolğun və rəngarəng hekayələr kitabı müasir həyatımızın müxtəlif tərəflərini əks etdirməsi baxımından həm aktual, həm də vacib məsələlərdir. Biz həyatda rast gəldiyimiz bu kimi hallara öz vətəndaş mövqeyimizi bildirməkdən çəkinməməli, Cəsarət müəllim kimilərə, Qəmbərqulu kimilərə, Lütfilərə "kor oğru” münasibəti bildirməməli, öz gələcəyimiz naminə müdriklik göstərməliyik. Oxuculara isə bu yolda Natiq müəllim kimi mayaklar lazımdır.
Afaq Ağayarova,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi
Ləyaqət düsturu…
Bəlkə də çoxları məni qınaya bilər, amma nə edim ki, «müasir yazıçılarımızdan bir əsər oxumusanmı» sualı veriləndə elə ordaca həmin insandan uzaqlaşmaq istəyirdim. Səbəbi çox bəsit idi. Marağım yoxdur. Müəlliməmim sayəsində tanış olduğum bu kitab isə belə fikirlərimi dəyişdirməyə təkan oldu. Söhbət yaradıcılığı ilə yenicə tanış olduğum Natiq Məmmədli və onun "Ləyaqət düsturu” kitabından gedir.
2012-ci ildə "Qanun” nəşriyyatında dərc olunan kitabda toplanan bir-birindən maraqlı, düşündürücü hekayələr kitabı oxumağa insana zövq verir. Gündəlik həyatımızda gördüyümüz gerçəklilər, insan xislətindən doğan naqisliklər, reallıqla barışmayan, eyni zamandan onu dəyişməyə də gücü çatmayan müxtəlif xarakterlər, küncə sıxışdırılmış ləyaqətli adamların getdikcə eşidilməyən səsi, bir sözlə Azərbaycan insanının ədalət axtarışı burada təqdim olunan hekayələrin əsas məğzini təşkil edir. Bəs kitabı bu qədər maraqlı edən nədir? Bu suala sadəcə olaraq belə cavab verərdim: bütün mövzuların kökündə real həyat həqiqətlərinin dayanması.
Olduqca sadə, anlaşıqlı dildə yazılan hekayələr toplusu içində diqqətimi ən çox cəlb edən və oxuduqca məni daha çox düşündürən elə ilk hekayə - "Ləyaqət düsturu” oldu. Ona görə də yazımda daha çox bu hekayəyə üstünlük verməyi qərara aldım.
"Ləyaqət düsturu”nu oxuduğum ilk anda məni ən birinci özünə çəkən məqam Cəsarət müəllimin onun haqqında yazı yazan jurnalistə kəskin hiddəti oldu. Bəlkə də bu mənim ixtisasımın da elə jurnalist olmağı ilə bağlı idi. Ancaq hadisələrin irəliləyən məqamlarında oxuduqlarım həm üzümdə təbəssümə səbəb oldu, həm təəssüfə. Təbəssüm ona görə yaranmadı ki, müəllif burada yumora üstünlük verib. Bu cəmiyyətimizdə hələ də varlıqlarını hiss etdiyimiz və çox təəssüflər olsun ki, artıq öz ləyaqətlərini, insanlıqlarını çoxdan unutmuş fərdlərin dramıdır. Bəlkə də faciəsi deməli idim. Çünki insanın ən böyük faciəsi onun mənliyi, şərəfi, ləyaqətidir. Bu gün milyonlarını itirən bir şəxs üçün bu heç də faciəvi bir hal deyil, ancaq öz ləyaqətini itirmək bir insan üçün sözün əsl mənasında faciə deməkdir.
Kiçik hekayə olan "Ləyaqət düsturu”nda müəllif bir neçə obrazın simasında bu düsturun açılışını izah etməyə çalışıb. Elə başlayaq Cəsarət müəllimdən. Cəmiyyətdə müəyyən nüfuza, vəzifəyə sahib olan bir şəxsin ləyaqətinin qiymətini gah bahalı maşını, gah dəbdəbəli evi, gah da fermer təsərrüfatının qiyməti ilə ölçməsi onun faciəsi deyildimi?
"- Qeyrət, səncə mənim ləyaqətim neçəyə olar?
-Ürəyin nə qədər istəsə. Mən ərizəni yazıb, necə lazımdır əsaslandıraram. Qiymətini isə sən de.
-Özün deyə bilmirsən?
-Cəsarət müəllim, qorxuram mən dediyim az çıxa, özünüz bilən məsləhətdir.
-Deyirsən mənim ürəyimdən neçə keçsə deyə bilərəm?
-Əlbəttə, ləyaqət sənindir, neçəyə isətəsən, sata bilərsən...e-e-eh, üzr istəyirəm, qiymət qoya bilərsən...” Məncə heç bir şərh vermədən müəllifin nə demək istədiyini anlamaq çətin deyil.
Digər tərəfdə isə başqa adamların faciəsi var - ləyaqətini satmağa hazır olan Cəsarət, ondan da betər gündə olan "dost-tanışlar”, həyat yoldaşı, yaramaz oğlu... Ən adi günlərdə adamı ümumiyyətlə saymayan, əhəmiyyət verməyən bu kəslər indi hardansa madiyyat işığı görəndə hər şeydən, hər kəsdən əvvəl özlərini düşünür, öz mənfəətlərini güdməyə başlayırlar.
Oxuduqca elə ətrafımda da heç də az görmədiyim öz ləyaqətini, namusunu vəzifəyə, pula, rahat güzərana satmağa hazır olan adamları xatırlamağa başladım və müəllifin Cəsarətin timsalında onları necə də gözəl təsvir etdiyinin heyranlığını yaşadım. Hər şeyi madiyyatda görən bu "qəhrəman”ın ifşasının da məhz elə öz dilindən olması da ən gözəl təsvirlərdəndir. "Bəlkə mənim yerli-dibli ləyaqətim yoxdur, ona görə ona qiymət tapa bilmirəm?” deyən Cəsarət öz sözləri ilə özünü ifşa edir.
Bu yalnızca "qəhrəmanın” ifşası deyil, bu eyni zamanda Cəsarətkimilərin ən gözəl təsviri və tənqididir.
Kitabda yer alan "Korun gördüyü gələcək”, "Kloun” , «Beş atanın ögey oğlu” , "Dolma” , "Bütün maymaqların yükü”, "Xoşbəxt adamla bədbəxt adamın söhbəti” və s. adlarını çəkmədiyim digər başlıqlı hekayələri insanları mənəvi kamilliyə, dürüstlüyə səsləyir. Müasir ədəbiyyatımızın ən gözəl nümunələri sırasında daxil edilə biləcək bu kitabın oxucular üçün böyük töhfə olacağına inanır və Natiq müəllimə bu əsərinə görə bir oxucu olaraq təşəkkürümü bildirirəm.
Nilufər Vəliyeva,
BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi
Ləyaqət axtarışında
Son dövrün gənc yazarlarından olan tarix elmlər namizədi, əməkdar jurnalist Natiq Məmmədli gerçək həyat hekayələrini canlandırdığı "Ləyaqət düsturu” kitabı ilə qısa müddətdə istedadlı yazar isimlərindən biri olduğunu bir daha təsdiq etdi. Xalq yazıçısı Anarın ön sözləri ilə başlayan kitabın hər səhifəsini oxuduqca orada müxtəlif taleli və müxtəlif düşüncəli insanların timsalında cəmiyyətdə ləyaqətli adamların get-gedə azaldığının şahidi oluruq. Məhz belə bir zamanda Natiq Məmmədlinin yaratdığı "Ləyaqət düsturu” lap yerinə düşür. On səkkiz hekayədən ibarət olan bu kitab əslində, insan mənəviyyatındakı çatışmazlıq və nöqsanlardan, bir sözlə, kasıb ləyaqətlərin zəngin naqisliklərindən xəbər verir.
"Ləyaqət düsturu” başlığı ilə kitaba daxil olmuş ilk hekayənin qəhrəmanları öz mənəviyyatları ilə gülünc bir mənzərə yaradır. Təəssüf ki, həmin mənzərədən cəmiyyətdəki qeyrətsiz Qeyrətlərin, cəsarətsiz Cəsarətlərin və ədalətsiz Ədalətlərin pula olan sevgisi ləyaqətlərindən güclü, cilova gəlməz qəzəblərindən üstün olduğu görünür. Ləyaqət düsturunun elementlərini yaradan qeyrət, cəsarət və ədalət bu kimi insanlarda yalnız isim şəklində mövcuddur. Bu mənada müəllifin həmin obrazlara seçdiyi bu adlar onun peşəkarlığının göstəricisi olmaqla yanaşı, eyni zamanda bütün bu çürümüş insan mənəviyyatına olan kədərinin, nifrətinin və satirik gülüşünün ifadəsidir.
Müəllifin gələcəklə bağlı narahatlıqları "Korun gördüyü gələcək” hekayəsində qabarıq şəkildə təzahür edir. Bir qocanın yuxularında gördüyü gələcəklə bağlı qorxuları onun inamını qırmır. Balaca nəvəsi qaranlıqda işıq saçan yol kimi yeganə ümidi olur. İstedadlı yazar həmin qocanın dili ilə layiq olmayan insanların qurduğu gələcəklə bağlı qorxularının səbəbini böyük ustalıqla əsaslandırır. Layiq və ləyaqəti olmayanlar isə bir suala cavab axtarır: Korun gördüyü gələcək görən nə zaman gələcək?
Bütövlükdə Natiq Məmmədlinin kitabda cəmləşdirdiyi bu hekayələr hər biri ayrı-ayrı hadisələr fonunda oxuculara yüksək əxlaqi dəyərləri çatdırmaqla yanaşı, həm də düşünməyə vadar edir. Kitabdakı hekayələrin axıcılığı, sadə dillə mürəkkəb hadisələrin bədii şəkildə ifadəsi oxucunu yormayan başlıca faktordur. Ən əsası isə üslub sadəliyi müəyyən mənada C. Məmmədquluzadə üslubunu xatırladan məqamlar kitaba əlavə maraq qatır. Müxtəlif başlıqlar altında oxuculara təqdim olunmuş bu hekayələrin süjet xətti, kompozisiyası, hadisələrin düşündürücü sonluqla bitməsi müəllifin fərqli yanaşmasının göstəricisidir. Diqqət çəkən bir məsələ isə üz qabığında qeyd edildiyi kimi kitabın bir ideyanın mütləq şəkildə aşılanmasına hesablanmasıdır. İlk kitabındakı böyük ustalığı Natiq Məmmədlinin bu sahədə böyük uğurudur və gələcəkdə də belə orijinal kitablar yazmasına heç bir şübhə yaratmır.
Sahilə Nazimqızı,

Yalançı dolma
Onların tanışlığı Tiflisdə, donor təşkilatının Qafqazdakı münaqişələrin həllində xalq diplomatiyasının roluna həsr etdiyi konfransda olub. Üç günlük tədbir gedişində ünsiyyətdə olmaqları, eyni oteldə qalmaqları münasibətlərini daha da yaxınlaşdırmışdı. Bu zaman çərçivəsində bir dəfə də olsun müharibədən, ərazi bütövlüyündən, münaqişəyə səbəb olan problemlərdən danışmamışdılar.
Hadisələrin gedişi konfransın sonuncu günü dəyişdi. Qafqazın ayrı-ayrı yerlərindən gələn gürcü, erməni və azərbaycanlı Tiflisin "Suliko” restoranına üz tutdu. Ev sahibi olduğu üçün qonaqlara lazımi səviyyədə qulluq etməyi öhdəsinə götürən gürcü Vado onlardan nə yemək istədiklərini soruşdu.
Menyuya uzun müddət nəzər saldıqdan sonra azərbaycanlı dünyanın ləziz təamları sırasında dolmanın adını görür və onu sifariş edəcəyini qərara alır. Erməni Rubik də sevincək halda Vadoya müraciət edir:
- Sən erməni dolması yeyəcəksən?
Bunu eşidən azərbaycanlı heyrətdən donub qalmışdı. Dolmanın kimə məxsusluğu ilə bağlı mübahisə başlayır. Azərbaycanlı doğruluğunu sübut etmək üçün faktlara əl atır: " Dolma- " dolmaq”, "doldurmaq” felindəndir. Yəni,içərisi doldurulan pomidor, istiot, badımcan və s. İkinci mənası da "dolamaq” yəni, yarpağı içliyə dolamaq deməkdir”
Erməni isə öz dediyindən dönmürdü. Onları maraqla izləyən xalq diplomatiyasından mühazirələrə qoşulan əcnəbi qonaqlar söhbətə müdaxilə edirlər. Rus mühazirəçi həmişəki kimi erməninin, amerikanlı mühazirəçi isə azərbaycanlının tərəfində durur. Fransız mühazirəçi vegetarian olduğunu söyləyir və dolmanı yeməkdən boyun qaçırır. Uzun sürən müzakirədən sonra qafqazlılar heç nə yemədən restoranı tərk edirlər. Qaldıqları "David” otelinə ac gələn "dostlar” ofisiantdan yemək üçün "gürcü dolma”sını təklif etməsi onların fikirini tamamilə qarışdırdı desək, heç yanılmarıq.
Bəhs etdiyim hekayə Natiq Məmmədlinin "Ləyaqət düsturu” kitabındandır. Topluda "Kloun”, "Oğru”, "Korun gördüyü gələcək”, "Ləyaqət düsturu”, "Mənim birinci yalanım” kimi hekayələr yer alsa da , diqqətimi "Dolma” hekayəsi daha çox cəlb etdi. "Özgə malı can dərmanı” məsəlini yaşam devizi sayan ermənilərin nankor əməlləri hekayədə öz əksini tapıb. Milli-mənəvi sərvətlərimizi mənimsəməkdən yorulmayan xainlər oğurladıqları sənət incilərini bütün dünyada öz adlarına çıxartmaqdan zövq alırlar. Torpaqlarımızın işğalı azmış kimi mədəni sərvətlərimizə, musiqimizə, mətbəximizə, folklor sənətimizə göz dikən ermənilər bu gün də öz ikiüzlü siyasətlərini davam etdirirlər.
«Dolma» hekayəsində bütün bunlar ümumiləşdirilmiş formada bədii boyalarla verilib. Qısa formada dərin məzmun ifadə edən edən hekayə ehtiyatlı olmağı, məməvi dəyərlərimizə sahib çıxmaq ideyasını təlqin edir.
Nuranə Quliyeva,
BDU- nun Jurnalistika fakültəsinin III kurs tələbəsi
Yaşanan həqiqətlər
İlk dəfədir hansısa bir kitab haqqında öz düşüncələrimi, fikirlərimi yazıram. Düzdür kitab oxumağı sevirəm. Ancaq hər kitabı da həvəslə, zövq alaraq oxumaq olmur. Bəzən elə kitablar olur ki, səni yaşadığın cəmiyyətin həqiqətlərini xatırladır, səni özünə yol yoldaşı edir. Məhz mənim üçün belə kitablardan biri Natiq Məmmədlinin «Ləyaqət düsturu»dur.
Məncə, kitabı fərqli edən onun sadə dildə yazılması, fikirlərin asanlıqla başa düşülməsidir. «Ləyaqət düsturu» hekayələr toplusu olmağına baxmayaraq hər bir hekayənin ayrı-ayrılıqda öz mənası vardır. İlk hekayədən lap sonuncusuna qədər bir şeyin bədii təxəyyüldən doğan düşüncələrin yox, həyatda gördüklərimin, şahidi olduğum hadisələrin bir növ izləyicisinə çevrildim. Kitabdakı hər bir hekayə mənim üçün mühüm əhəmiyyət kəsb edir. Amma bir neçəsi var ki, onlar mənim yaddaşımda daha çox qalıb. Bir növ beynimin bir küncündə kiçik bir yuva qurub.
«Ləyaqət düsturu» demək olar ki, mənim üçün ən yadda qalan və dövrün bəzi gerçəkliklərini özündə əks etdirən hekayələrdən biri oldu. Burda həqiqətən də bir insanın öz ləyaqətini necə alçada bilməsi, pulu özünün mənəviyyatından üstün tutmasının seyredicisinə çevrilirik. Pulun necə idarəedici qüvvə olduğunu bu hekayəni oxuyarkən bir daha yada salmış oluruq. Pul hərisliyinə düçar olmuş insanların yeganə düşündükləri şey onlara nə qədər gəlir gələcəyidir. Hətta biz burada vaxtı ilə səni saymayan insanların pulun sayəsində xatırlanaraq yada salmasının şahidi oluruq.
«Korun gördüyü gələcək» hekayəsinində cəmiyyətdə yalan, fırıldaqçılığın baş alıb getməsinin, saf hər şeydən xəbərsiz bir insanın isə bütün bunlardan baş çıxarmaq üçün necə çalışmasının, dövrün eybəcərliklərindən yaxa qurtarmaq üçün necə çalışdığının şahidi oluruq. Kitabın müəllifi burada saf insanı bir korun simasında cəmləşdirərək baş verən haqsızlıqlarla mübarizə etməsini təsvir edir.
«Hallalıq» hekayəsində isə molla rejiminin üstünlüyü, idarəedici bir qüvvə olması bir daha göz önünə gətirilir. Avam xalqın bir mollanın sözü ilə oturub durmasını təsvir edən Natiq Məmmədlinin bu hekayəsi mənə C.Məmmədquluzadənin Şeyx Nəsrullahını yada saldı. Bundan başqa digər hekayələri də istər «Dolma», «Kloun», «Mənim birinci yalanım», «Həkimə gedən məğrur adam», istərsə də «Arzuların qənimi» mənim yaddaşımda silinməz, özünəməxsus izlər buraxdı.
Kitabı oxuyub qurtarandan sonra da onu bizə məsləhət görmüş müəlliməmə təşəkkürümü bildirdim. Qalırdı bicə an o da ki kitabın müəllifi ilə canlı söhbət. Onla görüşüb kitab haqqında təəssüratlarımızı bölüşmək. O gün də çox keçmədi gəlib çatdı. Ləyaqət axtarışını «Ləyaqət düsturu» kitabı ilə axtarışa çıxan Natiq Məmmədli ilə doğma universitetimizin - Bakı Dövlət Universitetinin auditoriyasında tələbələrlə görüşü keçirildi. Kitabı necə sadə dildə yazılıbsa onu görəndə də necə bir sadə adam olduğunun bir daha şahidi oldum. Kitab haqqında düşüncələrimizi, suallarımızı kitabın müəllifinə ünvanladıq. O da səmimi şəkildə ona verilən sualları cavablandırdı. Düşünürəm ki, cəmiyyətin kitaba marağı artdıqca çox şeylərin dəyişilməsi asanlaşa bilər.
Gülşad Kamilova
Bakı Dövlət Universitetinin III kurs tələbəsi