Mosartın sevgilisinə məktubu

Mosartın sevgilisinə məktubu

İstər ayrılıqdan bəhs etsin, istər xoşbəxtliyi göstərsin, fərq etməz, bitmiş bir münasibətdən geridə qalan ən gözəl xatirə bəlkə də məktublardır. Bir şairin və ya yazıçının sevdiyi qadına yazdığı eşq məktublarını oxuyub heyran olmamaq mümkün deyil. 
 
Axar.az məşhur ictimai-siyasi xadimlərin sevimli qadınlarına yazdığı məktubları təqdim edir. 
 
Mosartdan Konstanzaya: 
 
"Son səhifəni yazarkən kağızın üzərinə bir-birinin ardınca gözyaşları düşməyə başladı. Amma nəşələnməliyəm! Saysız-hesabsız öpüş uçur havada. Havada öpüş qaynayır! Üçünü tutdum. Möhtəşəm və ləzzətlidir. Narahat olub, qorxma. Bu məktuba cavab yaza bilərsən. Ancaq çalış, cavab məktubunu Linz tort dükanına göndər. Ən etibarlı yol budur. Çox sevimli, sevgililər sevgilisi kiçik arvadım. Sağlamlığına diqqət et. Qəsəbədə gəzməyi ağlından keçirmə. Lütfən, yaz və yeni yerimizi necə tapdığını anlat mənə. Bir az da özündən yaz məktubunda. Səni milyon dəfə öpürəm".