
Murad Qafarov – "QıyıqGözlüm"
- 26.05.2015
- 0 Şərh
- 2133 Baxış
...həmin gün dərsdən tez çıxdım. Əslində 3 dərsim var idi və dərsim 14:25də qurtaracaqdı. O vaxtı dərsdən tez çıxsaydım çatmıyacaqdım görüşə. Ona görə də tez çıxdım dərsdən. Bilirdim ki, Bəxtiyar müəllim yenə qayıb yazacaq, yenə o qayıblar smestrin axırında mənə problem yaradacaq amma olsun yenə də özümü oda atdım. Od demişkən, bucürə sevgini gözə almışam, bir qayıbdan mı qorxacam?
İnstitutun həyətindən çıxdım gəldim avtobus dayanacağına. Həmişə gec və dolu gələn 136 nədənsə bugün tez və boş gəldi. Avtobusda ən xoşladığım yer pəncərənin yanındakı tək yerdi. Avtobusda da təkcə boş yer ora idi. Bu da mı təsadüf? Metronun Koroğlu stansiyasına çatdım, əlimi cibimə saldım, həmişə evdə unutduğum və "qaqaş,gələ bu 20 qəpiyi məni də keçirt" deməyə məni məcbur qoyan metro kartım bu dəfə cibimdə idi. Karta gediş haqqı yükləmək istədim, hesabladım ki, burdan Sahilə 20 qəpik, ordan ikimiz qayıdacıyıq 40 qəpik, elədi 60 qəpik, hər ehtimala da 20 qəpik yenə yüklüyüm bu da 80 qəpik. Cibimdəki qəpikləri saydım 50 qəpik var idi. Birdəfəlik olsun deyə elə 1 manat yüklədim və İçərişəhər-i gözləməyə başladım. Uşaqlıqdan fikir vermişəm həmişə gözlədiyim qatar ya gec gələr ya da o qədər dolu olar ki, minməyə yer olmaz. Amma bu dəfə qatar tez gəldi və yenə bomboş. Avtobusda olduğu kimi metro qatarında da ən çox sevdiyim yer qapının sağ və sol hissələrindəki 3 nəfərlik yerlərdi. İnanırsız təsadüfdən 3 nəfərlik yerlərin birində mənə özəl bir yer var idi sanki. Əyləşdim, "qapılar bağlanır,növbəti stansiya Ulduz..." Qapılar bağlandı. Ulduza çatanda içimə bir vəlvələ düşdü. "Bəlkə düşüm? Bəlkə evə gedim? Bu görüş nəyi dəyişəcək ki? O həmişə belə olub, bundan sonra da belə olacaq, ə canım üçün heçnə dəyişən deyil" deyə düşünə-düşünə bir də gördüm ki, 28 May stansiyasına Gənclik stansiyasından hərəkət etməyə başladı qatar. 28 May stansiyasına çatanda qatardan düşdüm. 3-4 dəqiqə fikirləşdim. Axı mən nəyə gedirəm o görüşə? 1 ildi arxasıycan düşmüşəm, nə xeyrini gördüm ki, indi bu 1 saatlıq görüşdən nəsə də umam? Evə getmək istədim, birdən yadıma düşdü ki, axı dostum Toğrul məni Sahilin çıxışında gözdüyür. Konturumuz olmadığından 1 gün əvvəldən Toğrulnan danışmışdıq ki, saat 1 tamamda Sahil stansiyasının çıxışında olarsan, day zəng vurmağa ehtiyac qalmasın, çıxışda bir birimizi görə bilək. Bizi də qınamıyın, tələbə adamıq, bilmirik siqaretə pul çatdıraq yoxsa dərsə gedib gəlməyə yol puluna? İndi oxuduqca fikirləşəssiz ki, görüşə gedirsən, bəs Toğrul nəyə gəlir, ay qardaş? Toğrul yaxın dostumdu. Qanı qanımdan olmasa da canı canımdan olan qardaşımdı. Həmişə mənə "Ala,boş şeydi,fikir eləmə,düzələcək, alınmırsa sil getsin, başqasını sevərsən" deyə təsəlli verən Toğrul bugün də yanımda idi, bucür önəmli görüşdə məni tək qoymuyacaqdı. Yazıq Toğrulun dərsi 2də başdıyacaqdı amma mənə görə evdən 1 saat yarım tez çıxmışdı ki,gəlsin mənə dəstək olsun. Dost dediyin belə olar,qardaş. Nəysə, bütün bunları 28 May stansiyasında fikirləşə-fikirləşə bir yandan da beynimə fikir girib ki, ay bala, 2 aydı görmürsən, görüşmək cəhənnəm,get uzadan gör,gəl bəsindi. Onsuz da 5 aydı uzaqdan görürsən Onu. Bugün də 5cə dəqiqəlik gör,gəl bəsindi. Gələn növbəti qatara mindim,yenə qapılar bağlandı və növbəti stansiya Sahil. 28 May metro stansiyası ilə Sahil stansiyası arasında vaxt intervalı maşinistdən asılı olaraq 3 ilə 4 arasında dəyişir amma bu dəfə sanki 3-4 saat yol getdik. Çatdıq axırki. Qapılar açıldı,əlim paltomun cibində, ekskalatora yaxınlaşdım. Üzüyuxarı qalxdım ekskalatorun bitiş hissəsinə çatdım, "Çıxış"a tərəf yönəldim amma sanki fələk məni yolumdan döndərməyə çalışırdı. Elə içimdə "Heç nə alınası deyil,ümidlənmə,boş yerə həvəslənmə,evə qayıt" deyə hiss var idi. Amma nədənsə hər zaman hisslərinə qulaq asan Murad deyildim, bugün nəyəsə ümidli olan biri idim. Çox qəribədi. Fələyə qarşı gəlirdim sanki. Sahil stansiyasının "çıxış"ından çıxdım, gördüm Toğrul məni gözdüyür. Soyuqdan birtəhər olmuşdu yazıq uşaq.Sağolsun,məni gözdəmişdi 25 dəqiqə.Adəti üzrə həmişə Toğrulnan görüşüb hara gedəndə görüş yerinə birinci Toğrul çatır, yarımsaat sonra mən.Bugün də elə olmuşdu. Toğrulnan görüşdük, üzü Pedqoji-yə tərəf yol aldıq. Yolboyu Toğrulnan danışırdıq. "Ay Toğrul, ala görəsən necə olacaq? yenə dava eliyərik görəsən?" deyə soruşurdum,cavabında isə "ala eee ürəyivi sıxma,bax, əgər səni görüşə çağırıbsa deməli nəsə şans var da, yadıva sal 6-7 ay əvvəli, telefonda danışa bilmirdin amma indi səni üz-üzə görüşə çağırıb". Hardasa Toğrulun sözlərində həqiqət var idi. Düz deyir, 6-7 ay əvvəl 2 dəqiqəlik bir telefon danışığına həsrət ikən bugün görüşə çağırılmışdım. Telefonda danışmaq bəhanədi,səsi eşitmək şəhanə. Sevənlər bilər nə demək istədiyimi. Gəldik çatdıq həmişə mənim Onu gözlədiyim, Onun isə məni saymadan yanımdan ötüb keçib getdiyi yerə. Pedaqoji universitetində qız tələbə çoxdu, bunu bilirsiniz.Mərd oğul lazımdı ki,dərs çıxışında yüzlərlə qızın içindən sevdiyini tək baxışdan görə,tapa bilə. Saata baxdım saat 2nin yarısına 5 dəqiqə qalmışdı. Dərs 2nin yarısında bitər, O isə 10, bəzən isə 15 dəqiqə sonra çıxışda görünərdi. Elə bil ki, Toğrulnan bir-birimizi illərdi görməmişik, ağzımız nətər söhbətə qızışıbsa vaxtın gəlib keçdiyini hiss etməmişəm. Təsadüfən universitetin çıxışına tərəf inə baxdım. Bir də gördüm ki, uzaqdan gəlir. Məni saxlamaq olar? Əl-ayağım dolaşdı bir-birinə, ürəyim elə çırpınır ki,az qala qusmağım gəlir. Soyuq havada məni tər basıb,bədənim buz kimidi sanki.Bir Toğrula baxdım, bir də çönüb O gələn yola baxdım. Həmişəki qəhvə rəngli paltosunu geyinmişdi. Saçları açıq,hər zamankindən fərqli olaraq bugün saçları düz deyildi, ucları buruq idi. Qrup yoldaşı Fərəhin qoluna girib mənə sarı gəlirdi. Yolu keçdi, aramızda cəmi 4-5 metr məsafə var idi. Gözümü Ondan çəkə bilmirdim. İlahi, al canımı, amma dəymə bu gözəlliyə. Leyliyə Məcnun gözüylə baxmaq nə demək imiş həmin an başa düşdüm.Allahım,necə də gözəl gülüşü var. Mənə baxır,qrup yoldaşına pıçıldıyır,gülür hər ikisi.Mən isə sanki,ayaq üstə duran ölü misalı.Gəldi,gülərək "salam" deyib yanımda ötdü. Toğrul da dürtdü ki,
- Ala,getdə nə durmusan?Get,yaxınlaş,çək qırağa söhbətivi elə
+To,To,Toğrul mən neynim?Bütün əlim,bədənim əsir,ala həyəcannan ölürəm,utanıram axı
-Nə var burda utanmalı,get,tezol!
Onun arxasıycan addımlamağa başladım,yanımcan da Toğrul.O qədər isti oldu mənə ki,paltomu əynimdən çıxartdım,verdim Toğrul saxladı. Addımları sürətləndirdim.Özümdə gec topladım,yanına yaxınlaşdım.O,qrup yoldaşının qoluna girmiş,mən isə əlimi cibimə qoymuş yanındaca sakitcə addımlayıram. Qrup yoldaşı ilə ilə hey nəsə danışırlar,pıçıldaşıb,gülürlər,mən isə söhbətə necə başlıyacağımı bilmirəm.
-Neçə dərsiviz var idi bugün?
İlk dəfə mənə gülümsünərək cavab verdi:
- 3.Bəs sənin?
-Mənim 4 dərsim var idi,axırıncı dərsə girmədim,gəldim.
-Mən evə getməliyəm,nə danışacaqsansa metroda danışaq.Tələsirəm
-Metroda necə danışım axı?Olmaz,gəl gedəy Bulvar tərəfə ya da Tarqovu. Oturaq hardasa rahat danışaq.
Bu sözümü sanki gözlüyürmüş kimi qrup yoldaşına nəsə dedi, o da ona nəsə dedi və görüşüb ayrıldılar. Qrup yoldaşı Sahil metrosunun "giriş" tərəfinə yol alarkən biz isə Sahil bağı tərəfdə gəzməyə başladıq. İnanırsız bəlkə də həyatımız ən həyəcanlı anı idi. Bir yandan "məni niyə bu qədər incitdin?" deyə isyan etmək istəyirəm, bir yandan isə "bilirsən,çox darıxmışdım,gülüşünü sevdiyim" demək gəlir içimdən.Təsəvvür edə bilirsiz 2 aydan çoxdu görmürdüm,danışmırdıq,küsülü idik amma bugün sanki illərdi aşiqi-məşuq tək mehriban idik. Bir əli çantasında,bir əli isə o gözəl paltosunun cibində,gözəl saçlarını çiyninə tökmüş,sakitcə yanımda addımlıyır,mən isə əllərim cibimdə sağ ayağım sol ayağıma dolaşa-dolaşa yanında anası arxasıycan gəlmiş və evə getdiyi üçün sevinən azyaşlı bağça uşağı kimi sevincli və həyəcanlı şəkildə yanında danışmağa söz tapa bilmirdim. Danışacaq çox şey var idi.Bilmirdim darıxmağımdan mı danışım yoxsa küskünlüyümdən mi yoxsa ki, mənə elədiyi haqqsızlıqların cəfasından mı.Bilmədim. Birdən yadıma düşdü,axı Toğrul da arxamızcan gəlir.Çönüb arxaya baxdım ki, can dostum Toğrul əlində paltomu tutub,hardasa bizdən 50 metr məsafə aralıda arxamızcan sakitcə addımlıyır,gülərək mənə baxır.
-Toğrul niyə gəlib?
-Nəbilim,işimiz var idi şəhərdə,elə yolüstü o da gəldi mənnən birlikdə.Nəsə problem var ki?
-Yox,nə olacaq ki.Bəs onun dərsi yoxdu?
-Var,birazdan gedəcək dərsə
-Bəs sən gəldin deyə qayıb yazmıyacaqlar sənə?
-Yazıblar çoxdan
-Bax,qayıbları yığırsan,sora deyəssən ki,sənə görə oldu hamısı
-Qədrimi bilməzsən ki
Bu, bəlkə də 2 illik ağrılı acılı bir həsrətin ilk zarafat qığılcımları idi.Hər sözdən sora gülürdük.Məni küçənin ortasında qınıyan olmasaydı qəh-qəhə çəkərdim.Qıraqdan dəliyə oxşuyardım,elə deyil mi?Camaat deyərdi ki,buna bax,yekə oğlandı,qızın yanında özünü buraxıb,gic gic gülür.Amma kim məni başa düşə bilərdi ki? 2 il yatdığın hər yuxuda sevdiyin birini görürsən,səhər o yuxunun təsirilə oyanırsan amma ortada heçnə yoxdu.Yenə həsrət,yenə qəm,yenə kədər. 2 ildən sonra bir zarafat, bir gülümsəmənin nə demək olduğunu məndən başqa kim bilə bilərdiki?
Tələbə adam dərsdən çıxıb evə gedər,evdə anası gözlüyər çünkü.Anasından çox qorxar,çəkinər.Anası da evdə elə zabıta yaradıb ki,anasının xəbəri olmadan evdən bayıra çıxmaq belə mümkün deyildi.
-Qoy mamaya zəng vurum,deyim mən gecikəcəm biraz
Əlini çantasına atdı,telefonu əlinə götürüb zəng vurdu.Mən isə fikirləşirdim ki,anası telefonda üstünə qışqıracaq,tez evə gəl deyib əsəbləşəcək, O isə evə getməyə məcbur olacaq və bu görüş yarımçıq qalacaq.Amma şükür Allaha ki,anasından icazə ala bildi.Artıq rahat idim.Mən Onun yanında,O mənim yanımda,daha kim onu məndən ayıra bilərdi ki?
Birdən Toğrul yanıma yaxınlaşdı,"dərsə getməliyəm,gələ bu paltovu özün tut,gedirəm mən" deyib getdi.Toğrul deməsə belə "Uğurlar,hər şey yaxşı olacaq" sözlərini üzündən oxudum sanki.Küçədə yanımızdan ötüb gedən insanları gözüm görmürdü.Sanki Bakının mərkəzində ikimiz tək idik, bir də binalar,ağaclar,asfalt yollar. Saata belə baxmadıq. O dərəcədə başımız bir-birimizə qatışmışdı. Saat 4ə doğru irəliləyirdi. anadan icazə alınıb deyə evə bu qədər də gecikməz olmaz deyib Sahil stansiyasına doğru yol aldıq. Ekskalatora çatan kimi yenə qısqanclığımı biruzə verməyə başladım biixtiyar olaraq."Keç bu tərəfə,o tərəfə baxma,orda oğlanlar var". O da hər dediyimi edirdi.Çatdıq stansiyanın perronuna.Əslində Həzi Aslanov qatarına minib evə getməliydik amma biz yolumuz uzansın deyə İçərişəhər xəttinə tərəf getdik.Perrondakı boş skamyaların birində əyləşdik.Bəlkə də Onu ilk tanıdığım gündən bu yana ilk dəfə idi ki,bu qədər yaxın idim ona.Aramızdan su belə keçməz deyimi elə o andaca yadıma düşdü.Ard-arda qatarları ötürürdük,sanki O da məndən ayrılmaq,bu görüşü bitirmək istəmirdi.Sırf söhbət olsun deyə "bugün neçə dərsiviz var idi?" sualını qarşılıqlı olaraq bir birimizə verirdik.Bəlkə də həyatımda heç bir zaman unuda bilmiyəcəyim bir söhbətin astanasında idik.Heç çəkinmədən söhbətə başladım:
-Niyə bir-birimizi incidirik?Axı biz uşaq deyilik.Niyə hər dəfə aramızda dava olur?Olmasın
-Bəs bizimkisi nədi?
-Bizimkisi sevməkdən keçib - bu cavabı verdim,aramızda bir sakitlik çökdü.Bilmirəm neçə saniyə keçdi amma ikimiz də başımızı aşağı tutub sakitcə durduq.Sakitçiliyimizi tuneldən gələn qatarın səsi pozdu.
1-ci hissənin sonu
Bizim bir qonşumuz var idi, 4cü mərtəbədə qalırdı, əslən tatar idi amma Bakıda doğulub böyümüş biri idi.Valideynləri haqqında heç bir məlumatım yox idi,biz elə bura köçəndən bu yana o bizim qonşumuz idi.İşi gücü içməy idi,bütün günü piyan idi,bütün günü içirdi.İçməydən əli,qolu,sir-sifəti göyərmişdi.Orta məktəbdə oxuduğum vaxtlar idi,səhv etmirəmsə 6cı sinifdə oxuyurdum,bir gün səhər məktəbə getmək üçün yuxudan oyananda Sergey-in içkidən öldüyünü eşitmişdim.Sadəcə bir qonşu idi.Nə canı canımdan idi nə qanı qanımdan amma o insanın ölümü mənə təsir eləmişdi.Yaddaşımda qalan tək şey Sergeyin Alonya adında bir rus qıza aşiq olması,qızın başqasıyla ailə qurması və Sergeyin bu hala düşməsi idi.O vaxtdan bu yana həmişə fikirləşərdim ki,bir sevgi insanı bu hala salar mı?Yani sevgidən insan ömürünü içkiyə hədər verə və bir gün yiyəsizlər kimi evində ölü tapıla,səhərisi gün kimsəsizlər məzarlığında dəfn oluna?Qəribə gəlirdi mənə.Adicə fikirləşirdim ki, o uşaq vaxtı oxuduğumuz nağıllarda Məcnun bir Leyliyə görə elə dəli divanə ola bilər mi ki?Nə yalan deyim,gülməli gəlirdi mənə.O vaxtlar uşaq idim,qanmırdım.Kimsə mənə 8-9 il sonra nəyinki Sergey hətta Məcnunu də geridə qoyacaq qədər aşiq olacağımı desəydi yenə də inanmazdım,gülüb keçərdim.
Keçmiş demişkən yadıma rəhmətlik nənəmin bir sözü düşdü.Deyərdi ki,insan ömrü bir kitab,keçmişi varağ-varağ. Keçmişi nənəm demişkən varağlamaq istədim. 11ci sinifə təzə keçmişdim.O zamankı fikrim,zikrim hər biriniz kimi hazırlaşmaq,imtahan vermək,universitetə qəbul olmaq idi.Əslində nə oxumağa nə də savad artırmağa həvəsim yox idi sadəcə ailədən gələn bir basqı idi mənim tələbə olmaq arzum. Məndən olsa bir peşəyə yiyələnib ömrümün axırına kimi dolanmaq idi.Di gəl ki,tələbə olmaq mənim tək məqsədim oldu. Hər bir abituriyent kimi hazırlıqlara gedirdim,günüm yollarda,müəllim yanında test işləməklə keçirdi.Əslində bu çətin yolda ailəmin mənə güvəni,çətinliklər və öhdəliyimdəki məsuliyyət məni diqqətli olmağı vadar edirdi. Özüm də başa düşürdüm ki,bu yaşda məni böyük sınaq gözlüyür,nəticəsi ya yaxşı olmalı idi ya da yaxşı olmalı idi.Pisə yer yox idi.Bütün bu məsuliyyəti hiss edə-edə hazırlığımın birinci ayını başa vurdum. Bütün hazırlıq müəllimlərimlə aram yaxşı idi.Müəllimlərimin o vaxtı dediklərinə görə zehnim çox güclü imiş,savadlı oğlan imişəm.Bu təriflərin məndə yaratdığı özünə güvəndən irəli gəlir ki, ingilis dili hazırlıq müəlliməmi bəyənmirdim, onu yetəri qədər savadlı saymırdım.Evdəkilərə də demişdim ki,müəlliməmi dəyişin.Axırda bir gün anam dedi ki, təzə ingilis dili müəlliməsi tapmışam,savadlıdı,yanına gedən bütün uşaqlar maksimum nəticə göstərirlər,müəlliməynən danışmışam,sabah saat 3də səni gözdüyəcək,gecikmə. Setyabrın ayının 14-ü təzə paltarlarını geyinib dərsə getmək həvəsilə axşam gözlərini yumub yatan bir məktəbli qədər həyəcanlı idim bütün gecəni.Ağlımda fikirlər var idi."Ya müəllimə məni bəyənməsə?Görəsən orda gəşəng qızlar var?Görəsən müəllimənin evinnən iy zad gəlmir ki?" Bunları düşünə-düşünə yatıb yuxuya getdim.Səhəri gün günorta saat 1-də kimyadan hazırlığım var idi.Müəllimə geclə,bəlayla,yalvar,yaxar elədim ki, müəllim,başıva dönüm,məni 15 dəqiqə tez burax bugün,təzə müəllim yanına gedəcəm,saat 3də məni gözdüyəcək,ilk gündən geciksəm ayıbdı. Müəllim Nuh dedi,peyğəmbər demədi.Saat 3 tamamda məni hazırlıqdan buraxdı. Sizi inandırım ki, gecikmək bir yana indi içimdə bir hiss var ki, müəllim uşaqların yanında məni danlıyacaq, ay bala, ilk gündən gecikdin deyib pərt eliyəcək məni. Avtobusda şoferlə "dayı,biraz bərk sür də bu avtobusu" deyəcək qədər səbrsizlənirəm. Axırda gəlib çatdım müəllimənin evi tərəfə.Soruşa-soruşa müəllimənin evini tapdım.Həyət evi idi.Darvazanın qabağında durdum,telefonumu cibimdən çıxartdım,ekranını güzgü əvəzi işlətdim,hər şeyin yerinə olduğunu görüb qapının zəngini basdım.Sonradan müəllimənin qızı olduğunu öyrəndiyim bir cavan qız gəlib qapını açdı, buyurun,sağdan ikinci otaq deyib məni qarşıladı. Evə daxil oldum,ayaqqabılarımı çıxartdım.Qapının ağzında çoxlu ayaqqabını görüb başa düşdüm ki,içəridə bir xeyli uşaq var.Təmizliyə çox riayət edən biri olduğum üçün ayaqqabılarımı səliqəyə salıb otağa yaxınlaşdım,qapını tıkka tık döydüm və içəridən bir səs eşidildi "Gəl!"
Qapını açdım,içəri daxil oldum, çoxlu mənim kimi abituriyent var idi içəridə.Dəqiq yadımda deyil bəlkə də 15-20 nəfər oğlanlı qızlı hamı gözünü zilliyib mənə baxırdı. Mən də axı utanğac oğlanam,başımı yerdən qaldırmıram.
-Həəə,gəl, oğlum, gəl. Sən deyəsən Muradsan. Dünən mamanla danışmışdım. Xoşgəlmisən. Stol tap,əyləş.
-Hə,mənəm. - deyə qısa cavab verdim. Çünkü çox danıaş bilmirdim. İlk dəfə olduğum mühit,üzünü ilk dəfə gördüyüm uşaqlar.Çox utanırdım. Elə bir əlim qapının dəstəyində, bir əlim də gödəkçəmin yaxasında gözüm birdən masa ətrafında əyləşən uşaqlara sataşdı. Elə nə oldusə həmin an oldu. Mənlə üzbəüz istiqamətdə masanın yuxarı başında oturan bir qıza tutuldum qaldım. Bu necə gözəllikdi axı. Sanki gözlərini qələmlə çəkiblər. Saçları günəş qızılı tək saçır.Əlləri zərif,incə,ağappaq,pambıq kimi yumşaqlığı seçilirdi. Özümə bir stul tapıb əyləşdim,müəllimənin suallarından sonra ilk dərs gününə başladıq. Müəllimə dərs başa salır,15 nəfərin 15i də diqqətlə dərsə qulaq asır amma mənim fikrim qızdadı. Bir yandan da qıza baxdığımı kimsə görsün istəmirəm.Sonra deyərdilər ki,oğlana bax ilk gündən qıza zilliyib gözünü. Qızdan gözümü çəkə bilmirəm.Elə bil ki,illərdi itirdiyim ən əziz ən doğma bir insanımdı,indi hazırlıqda bir-birimizi tapmışıq. 2 saat necə gəldi keçdi heç özüm də bilmədim.Bir də ayıldım ki,gedirik.Müəllimə sual verdi :
- Həə,Murad,de görüm necədi hazırlıq xoşuva gəldi?
- Bə,bəə,bəli,yaxşıdı,şeyyy,çox çoxx xoşuma gəldi,ımmm
- Onda sabah saat 2də burda olursan,bu qrupda yer yoxdusən o biri qrupla gələcəysən,ancaq həftədə bir dəfə,3cü günlər saat 3də bu uşaqlarla gəlirsən,yaxşı bala?
Əslində xəyallarım suda batmış kimi olmuşdum.Dəvəsi ölmüş ərəb kimi idim. Tapdığımı sandığım sevgimin arasına müəlliməm mi girəcəkdi? Mən hazırlıq heç bitməsin deyə fikirləşirəm, müəllimə də mənə sənə bu qrupda yer yoxdu deyir. Bəs o qızı mən necə görəcəm? Həftədə 1 dəfə görmək nədi axı? Elə şey olar? Heç etiraz belə edə bilmədən evə gəldim. Necə etiraz edim axı? 5 fənndən hazırlıq,hərəsinin də özünün cədvəli var, birini dəyişsəm hamısı bir birinə qarışacaq. Kor peşman bununla razılaşmalı oldum. Cəmi 2saat ərzində həm də ilk dəfə gördüymü bir qıza necə aşiq olmuşam,necə tutulub qalmışamsa özüm də inana bilmirəm. Məktəb illərində ən çox sevdiyim fənn coğrafiya idi. O fənnən də ən çox sevdiyim mövzu ay tutulması idi. Günəş yer ilə ayın arasına keçirdi və müddətli şəkildə ay tutulurdu. Sanki mənimlə ürəyimin arasına o hazırlıqdakı qız keçmişdi,mən də Ona tutulmuşdum.Amma əmin idim ki,müddətli deyildi,əmin idim ki,ömürlük tutulmuşam Ona.
Pəəəh,siz məni görəydiz ki,hər həftənin 2ci günü axşamı mən necə hazırlaşırdım.Bər-bərə getməyə həvəsi olmuyan mən, hər həftənin 2ci günü usta Rzanın yanına gedirdim.Rza usta da lağ edirdi mənə
- Ala,necə olur ki, dayısı mənə zəng vurub diyirdi ki, "Əə,o Muradı görsən tut sal içəri saçını başını qırx" amma indi həmən oğlan indi bəh-bəhnən saçını səliqəyə saldırır?Nolub,ə sənə?
Başa sala bilmirdim,ağzımı açıb deyə bilmirdim ki, Rza,aşiq olmuşam,dəli kimi,Məcnun kimi,Sergey kimi,bəlkə də onlardan da artıq sevirəm,ürəyimə hökm edə bilmirəm.
Kimya hazırlığında vaxt sayır dım ki,aha, 1 saat qaldı, 40 dəqiqə qaldı, 15 dəqiqə qaldı,burdan çıxıram gedirəm ingilis dili hazırlığına.Elə bilirsiz ki,dəqiqələri hazırlıq üçün sayırdım?Yox,əlbəttə.Onu görmək üçün. Kimya hazırlığından çıxıb ingilis dili hazırlığına gedəndə yol da gözümə dururdu,asfalta,daşa,torpağa belə qəzəblənirdim ki,niyə məsafələr belə uzundu?
Hər həftənin üçüncü günü 2cə saatlıq görmək şansım olurdu Onu. 2 saat Onunla eyni otaqda,aramızda 2 stul fərq olurdu amma O mənə çox uzaq idi. Onu o qədər ilahiləşdirmişdim ki, hər kəslə deyib gülərkən Onunla gülə bilmirdim. Heç O məni danışdırırdı ki? Üzümə belə baxmırdı.Mən Ona həsəd apararkən O məni vecinə belə almırdı. Test bəhanəsiylə Onunla 4-5 kəlməlik danışığımız ola ya olmuya.Mən Ona tamaşa etməkdən dərsə qulaq asa bilmiyəm, O isə mənə 1 dərslik belə olsun baxmıya.Yanıb tökülürdüm.Necə diqqət çəkəcəyimi də bilmirdim. Həmin illərdə çox şən,deyib gelən biri idim.Hazırlıqdakı yoldaşlarımla da aram çox yaxşı idi,elə hey deyib gülürdük.məni görəndə sevinirdilər ki, Ooooo Murad gəldi.
Beləcə günlər günləri,həftələr həftələri,aylar da ayları əvəz elədi gəlib çıxdı 2012-ci ilin yanvar ayı.Bilmirəm xatırlıyırsınız mı ya yox həmin ərəfələrdə güclü qar yağmışdı,hətta biz attestat imtahanı verən günü çovğun idi,dizdən yuxarı qar yağmışdı. Həmin qarlı günlərdən biri bizim hazırlıq günümüzə,həftənin 3cü gününə təsadüf etmişdi.Hazırlıqda uşaqlarla danışdıq ki,çıxanda qartopu oynuyarıq.Hazırlıq bitdi,biz də uşaqlıq ruhumuzla birgə qartopuya necə hücum çəkdiksə indi yadıma düşdükcə gülməyim gəlir.Müəllimənin evinin qabağında vur çatdasın qar topu oynuyuruq,aləm qatışıb bir birinə.Hamı əylənir,uşaqlıq illərinə qayıtmışıq sanki. O da bizimlə birgə oynuyur,Onun fikri qar topunda,mənim fikrim isə həmişəki kimi Onda.Bir də gördüm ki, adını belə unutduğum digər bir hazırlıq yoldaşım əlində yekə bir qar topasını Onun düz sifətinə vurdu. O da bu zərbədən acı hiss elədi,gözləri doldu. Bunu görmüş oldum,sanki cin vurmuşa döndüm. İndi necə əsəbiyəmsə,necə hiddədlənmişəmsə bilmirəm neynim. İçimdən Onu qucaqlıyıb, ağlama,can deməyim gəlir amma mümkünsüzdü. Gedib oğlana da "ala,o qarı niyə qızın sifətinə vurursan?" deyə də bilmirəm,hamı başa düşərdi.Kəsilə-kəsilə qalmışam. İlk dəfə o zaman başa düşdüm ki,sevdiyinin canı ağrıyanda sənin canından,ətindən kəsirmişlər kimi olursan.
2-ci hissənin sonu
Bilmirəm,yadınıza gəlir ya yox amma uşaq vaxtı məktəb illərində hamımızın sevdiyi biri olub.Kimisi öz sinif yoldaşını sevib,kimisi yan sinifdə oxuyan birini,kimisi də özündən1 ya da 2 sinif yuxarıda oxuyan birini.Uşaq ağlı,nə elədiyimizi bilmədiyimiz kimi necə etriaf edəcəyimizi də bilməzdik.Ya məktub yazardıq : "Salam,mən 6b sinifində oxuyuram,sən gəşəngsən,səni sevirəm" yazının altında da çoxlu ürək şəkli çəkərdik.Rəssamlıqla əlaqəmiz olmaz ikən o balaca vərəqə necə ürəklər çəkərdik,ortasından ox zad keçirdərdik.Göz yaşlarını saxlıya bilmiyən,qan ağlıyan ürəklərdən sizə danışmıram heç.Məktub bir qırağa kimisi də siniflərindəki ən yaxın dostunu göndərərdi elçiliyə. "Get,o qıza denən ki,bizim sinifdə bi dənə oğlan var,çox güclü oğlandı,çox yaxşı oğlandı,gəşəng oğlandı,səni sevir" deyib yola salardıq.Dedim axı - uşaq ağlı. İndi yadıma düşdükcə gülürəm. Məktəb illərində heç belə xatirəm olmamışdı,təcrübəsiz idim.Bilmirdim ki,bir qıza onu sevdiyini,ondan xoşun gəldiyini necə demək lazımdı.Saflığın da bu dərəcəsi.17 yaşlı yeniyetmə bir oğlan ikən ömrümə iz atacaq bir eşqə düşmüşdüm,əlim ayağıma dolaşmışdı,sevgimi necə etiraf edəcəyimi bilmirdim.Biraz qorxu,biraz utanğaclıq,biraz cəsarətsizlik də bir yandan,heç dilim söz tutmurdu. "Bugün axırıncıdı,hazırlıqdan çıxanda qolundan tutub çəkəcəm qırağa,deyəcəm ki,sevirəm səni". hər gün özümü belə motivasiya eliyirdim,hazırlığa gedirdim,amma heçnə dəyişmirdi,yenə eyni qorxular,eyni cəsarətsizliklər.Fikirləşirdim ki,sevgimi etiraf edərəm,kobud cavab verər,sonra üzünə baxa bilmərəm.Bu qorxularla günümü günə satırdım.Məktəb illəriylə bağlı danışdığım xatirələri göz önünə gətirib belə qərara gəldim ki,əgər çıxıb qarşısına üzünə deyəcək qədər cəsarətim yoxdusa mən də qələmə pənah gətirərəm,tökərəm dərdimi ağ vərəqə,verərəm özünə ya da kitabının,dəftərinin arasına birtəhər soxuşduraram.O vaxtlar kitab qasidlərində 1 manata hazır sevgi mesajlarından ibarət kitablar satırdılar.O kitabdan alıb qoydum qabağıma,ürək sözlərimi yazdım,axırda da o kitabdan seçmə sözləri döşədim getdi.Bir də gördüm ki,2 vərəq yazı yazmışam.Sevirəm,ölürəm dərdindən,sən hər şeyimsən,ömrümsən,son sevgimsən zad.Oxudum,özüm özümə sual verdim ki,sən bu məktubu oxuyandan sonra necə reaksiya verərsən?2 vərəq məktub olar,qardaş?Məktub nədi axı?Yaxınlaş sözüvü de. Olmadı elə oldu belə,üzünə baxma,çöx arxavı,qaç.Bu dəfə çox qərarlı idim,nə olur olsun sözümü deyəcəkdim.2012-ci ilin fevral ayı idi.Yenə həftənin 3cü günü idi.Bugün hazırlıqdan çıxanda yaxınlaşacam,sözümü deyəcəm deyə fikirləşə-fikirləşə içim içimi yeyirdi.Necə qorxuramsa,necə həyəcan sıxırsa məni yenə fikrimi cəmliyib dərsə qulaq asa bilmirəm.Həmişəki kimi gözüm,fikrim,zikrim yenə Onda idi. O isə mənə belə baxmırdı.Başı testlərə qarışmışdı.Beləcə yenə həmişəki kimi hazırlığı yola verdik,müəlliməylə sağollaşıb hamımız evdən bayıra çıxdıq.Tam zamanı idi, 4 aydı gözlədiyim an yetişmişdi.Qəti və cəsarətli addımlarla Ona yaxınlaşdım.Aramızda cəmi 2-3 addımlıq məsafə var idi.O isə əlində telefonla kimləsə danışa-danışa yoluna davam edirdi.Bütün cəsarətimi topluyub adını çağırdım,arxaya çönüb mənə baxdı.Hiss elədim ki,fikri telefonda danışdığı şəxsdə idi.Mənə ötəri baxışla baxdı.Mən yenə cəsarətsizlik elədim,başımla işarə eliyib heçnə olmadığını dedim.O isə üzünü çönüb yoluna davam etdi.Mən isə yerimdə donub qaldım.O məndən iti və sürətli addımlarla uzaqlaşarkən mən isə arxasıycan əlimdə test kitabçaları ilə baxa-baxa qaldım.Məndən 40-50 metr uzaqlaşmışkən bəlkə də həmin an həyatımın ən böyük zərbəsini aldım.Bəlkə də gələcəkdə ahıl yaşlı biri olsam,nəvələrim "Baba,insan üçün ən böyük zərbə nədi?" deyə sual versələr onlara cavabım belə olardı : "Sevdiyinə sevgiylə baxarkən Onun başqasını sevdiyini bilməyin". Bəli,düz başa düşdüz. İlk dəfə sevməyi öyrəndiyim,dünyalar qədər sevdiyim bir insan başqasını sevirdi.Məndən uzaqlaşan kimi yolun sonunda Onu gözləyən biri var idi.Görüşüb,yan-yana getdilər.Mən isə sadəcə arxalarıycan baxmaqla kifayətləndim.Axı neyniyə bilərdim?Əlimdən nə gəlirdi ki?Dünyam başıma yıxılmışdı sanki.Özüm özümə qəzəblənmişdim.Sevmək sənin nəyivə axı?Sən kimsən axı,ay Murad?Sevmək sənə yaraşır,ala?Bax,bu da sevgivin axırı.Sevdin də nə oldu?Heç nə.Sən Ona yaxınlaşıb qəlbinin bütün saflığı ilə,təmizliyi ilə "Səni sevirəm" deyə bilməzkən bəlkə də Onun sevgisinə layiq olmuyan biri gəldi,Onu apardı və getdi.Sən neyniyə bildin bəs?Yapışa bildin oğlanın yaxasından?Ay vicdansız,mən axı Onu sevirəm,sən mi layiq oldun Onun sevgisinə?Məndən mi artıq sevdin Onu ? Mənim qədər mi həlak elədin özünü onu 10 dəqiqə artıq görə bilmək üçün? Hər şey yaxşı ikən sən hardan çıxdın axı?Həyata nifrətim 1ə 5 artmışdı.Özüm özüüm bağışlıya bilmirdim.Axı mənim nəyimə yaraşır sevmək?Sevgi... Gözümdə dəyərini itirmişdi.Sanki budağı əyilib sınmış bir çinar ağacı kimi hiss edirdim özümü.Həyatın nə qədər qəddar və vafasız olduğunu anlamışdım həmin gün.Həyat - hansımıza vəfalı davranır ki?
3-cü hissənin sonu
Ümumiyyətlə oxumağa həvəsi olmuyan biri olaraq zorla hazırlıqlara getməyə məcbur qaldığımdan tək qorxum qəbul imtahanından kəsilmək deyildi, mən evdəkilərin üzünə baxa bilməməkdən qorxurdum.Ətrafdakı insanların o qınaq dolu baxışlarından qorxurdum.Bunun üçün də özümdə tam məsuliyyət hiss edirdim.Fikrimi dərslərə vermişdim.Mart,aprel,may,iyun deyə-deyə qəbul imtahanına 1 ay qaldı.1 aydan sonra bəlkə də bütün həyatım o 3 saat ərzində həll olacaqdı.Düzdü,hər şey universitet oxumaq,diplom almaq demək deyildi.Amma di gəl ki, bunu heç kimə başa sala bilmirdim,bilə də bilməzdim. Həyatımda bəlkə də öz varlığıma nifrət elədiyim yeganə günlər idi.Elə dəli kimi gəzirdim ortalıqda.Ağlım başımda deyildi.Ağlamaq kişiyə yaraşmaz deyərlər.Bəlkə də kişiyə ağlamağı yaraşdıran biri çıxsaydı qarşıma dizin-dizin ağlıyardım.İçimdə bir nifrət var idi.Bir nifrət ki,məni gündən günə məhv edirdi,qəhər sanki bir kiçik quş misalı boğazımda yuva qurmuşdu.Bu halımı görən hər kəs,başda ailəm olmaqla təsəlli verirdilər ki,ay bala,özüvü əziyyətə salma,olmaz olmaz da dünya universitetdən ibarət deyilki.Amma mən yenə həmişəki kimi susurdum.Susqunluğumu yenə pozmadım.İçimdə nələr çəkdiyimi yenə özüm bilirdim.məni nə imtahan qorxusu nə də kəsilmək həyəcanı narahat etmirdi.Mən darıxırdım.Axı mən Onu 4 ay idiki görmürdüm.4 ay. 4 gün dözə bilmiyən Murad 4 ay Onsuz idi.Mən ondan qaçırdım.Axı o başqasını sevirdi.Ona necə baxım,necə göz süzüm Ona mən?O başqasının məhəbbəti idi,başqası sevirdi Onu.Ya da başqası aldadırdı Onu. O da buna inanmışdı.O, başqasını sevirdi,mən də Onu sevirdim.O, başqasının sevgilisi idi,mən də yalnızlığımın,darıxmağımın.Xoşbəxt idik.
4-cü hissənin sonu
Türk filmlərilə o qədər də aram olmaz. Daha doğrusu film izləməyi çox sevmərəm. Hövsələm çatmaz oturub 2 saat kiminsə həyatına tamaşa etməyə. Baxsam da ən uzağı fantastik qorxu filmlərinə baxaram. O da nadir hallarda. Seriallarla isə aram heç ama heç yaxşı deyil. Axırıncı eşitdiyim serial adı Santa Barbara olub, o da ki, 12-13 yaşım olardı, anam baxırdı o seriala ona görə də hərdən mən də uşaq ağlı oturub o seriala baxardım. Amma keçən il bir filmi məsləhət gördü dostum mənə. Adını ilk dəfə eşidəndə elə bildim ki, hansısa mətbəx mədəniyyətindən bəhs edən bir filmdi. Açığını desəm çox gülmüşdüm, belə şit kino adı olar? deyə fikirləşmişdim hətta. Bəli,bəlkə də çoxunuz bildiniz bu hansı filmdi. 2013cü il istehsalı olan türk filmi İncir Reçeli, yani, Əncir mürəbbəsi. Heç baxmıyacaqdım, amma dostum Toğrul yaman bəh-bəhnən danışırdı o kinodan. Toğrul gedib kinozalda baxmışdı kinoya. "Kinonun axırlarında hamı ağlıyırdı,hələ bi dənə qaqaş əlini üzünə tutub hönkürtüynən ağlıyırdı" deyə tərif edirdi kinonu. Çox maraqlı gəldi mənə. Axı nə idi camaatı belə ağladan əncir dərdi? Eləmədim tənbəllik,internetdən online versiyasını tapdım,oturdum baxdım. Hər şey yaxşı idi ilk 20 dəqiqə ərzində. Ondan sonrası məni məndən aldı. Sizə kino deyirəm ee. Mən hələ həyatımda baxıb bu qədər təsirləndiyim bir kino xatırlamıram. Kinonun hər dəqiqəsi,hər fraqmenti,aktyorların hər obraz gücü mənə elə gəlirdi ki,özüm bunları yaşamışam və mənim həyatımı kinoya çəkiblər. Kinoya baxıb qurtarandan sonra yalan olmasın bəlkə 1 həftə təsirində idim. Özümə gələ bilmirdim. Kinonun mahnıları, əsas rol ifaçısı Halil Sezainin qurduğu cümlələr, o romantik anlar və nələr nələr. Bu kinoya yorulmadan,bezmədən hər ay ən azı 2 dəfə baxırdım. Yadıma gəlir ki, yayda smestr imtahanlarını verəndən sonra hər həftə 2 dəfə ən azı bu kinoya baxmışdım. İnternetdə yazırdılar ki, rejissior filmin ikinci hissəsini çəkməyə hazırlaşır. Bu xəbər bu kinonun xəstəsi üçün nə qədər şad xəbər idi fikirləşə bilərsiz? Çətin. Kinodan zəhləsi gedən adam indi atası evə gələcək və ona hədiyyələr gətirəcək deyə gözləyən uşaq kimi oturub kinonun ikinci hissəsini gözdüyürdü. Facebookda oxumuşdum ki, İncir Reçeli filminin ikinci hissəsi gələn ilin noyabrnda nümayişə çıxarılacaq. Səbrimi boğub daha 1 il gözləməli idim...
Bu ilin noyabr ayının ilk həftəsi idi. 1 aya yaxındı işlədiyim firmadan işdən çıxmışdım və bu həftənin sonunda firmanın mənə borclu qaldığı əmək haqqımın tamamını alacaqdım və ağlımda aldığım maaşla qıyıq gözlümü götürüb bu kinoya getmək fikrim var idi. Əslində kino 10 gündən çox idiki şəhərimizin cinemalarında nümayiş olunurdu amma mənim fikrim var idi ki, sevdiyim kinoya sevdiyim biri ilə gedim. Özünün d bundan xəbəri var idi və razılaşmışdı ki,maaşı alan kimikinoya baxmağa gedirik. O da bilirdi ki, bu kinonu çox sevirəm və ən bəyəndiyim kinodu. O, bu kinonun ilk hissəsinə baxmamışdı və mən ona kinonun birinci hissəsini izlətdirmişdim ki, bax,sonra kinozala gedəndə kino sənə yad gəlməsin. O da kinonu izləyib bəyənmişdi amma mənim qədər ağız dolusu danışmırdı kinodan. Kinodu da,pis deyildi,yaxşı idi deyirdi. Başa düşmüşdüm ki, kino onun üçün o qədər də ürək açan olmayıb və cinemaya sadəcə mən istədim deyə getməyə razı olmuşdu. Noyabrın 6-sı idi, maaşımı almışdım və evə verdiyim puldan əlavə qırağa pul ayırıb qoydum ki, bu pul ilə kinoya gedərik,ora xərcliyərəm bu pulu. Dəqiq yadımda deyil,deyəsən noyabrın 11-i idi,həftəsonuna təsadüf edən bir gün idi və biz kinoya getdik. Həyəcanım ikiqat idi. Çünkü 1 ildən artıq gözlədiyim kinoya baxacaqdım və yanımda ömürün ən böyük sevgisi olacaqdı. Məlakəmlə baxdığım kino necə gözəl olmasın axı? Biletlərimizi aldıq və zalda öz yerimizi tapıb əyləşdik. Kinonun başlamasına 10 dəqiqə qalmışdı,reklamlar gedirdi. Seans 15:00-da olacaqdı. Saat 14:56 idi. İndiyənəcən yadımdadı ki, o 4 dəqiqə mənim üçün çox uzun çəkmişdi. Axırda reklamlar bitdi və kino başladı. Aylardı səbrlə gözlədiyim o kino artıq qarşımdakı böyük ekranda nümayiş etdirilirdi. Həm də həmin gün mənim üçün bir başqa özəl idi. İlk dəfə sevdiyim xanım ilə filmə gedirdim..
5-ci hissənin sonu
Bizim evdə bir oyuncaq ayı var. Oyuncaq deməzdim, lori dildə desək "mişka ayı".Yadıma gəlir, 2001ci ilin sentyabr ayının 6sı idi. Hələ bizim vaxtlarda orta məktəblərdə dərs sentyabr ayının 1-i başalayardı.Buna görə də dərs ilinin ilk günündən 5cə gün sonra, sentyabrın 6-sı 8 yaşım tamam olurdu deyə anam,dayım,dayım uşaqları böyük bir tortla birlikdə məktəbə gəlmiş,ibtidai sinif rəhbərimiz Gültəkin müəllimənin dərsində birdən sinifə daxil olmuş və mənə böyük bir ad günü sürprizi eləmişdilər.Heç gözləmədiyim bir anda qapı açılır,ailə üzvlərim sinifə daxil olur və məni bütün sinif alqışlayır,anamın alıb gətirdiyi tort dilimlənir,bütün uşaqlar tortu dadır,hər kəs yanıma gəlir,məni öpür,təbrik edir, üstəlik mənimlə şəkil də çəkdirirlər.Günün sonunda isə sinif yoldaşım Günay mənə yaxınlaşdı,əlində həmin o bəhs etdiyim oyuncaq "mişka ayı" yanağımdan öpdü, "Ad günün mübarək,Murad!" deyib hədiyyəsini təqdim etdi,mən isə utana-utana hədiyyəni ondan aldım.Yani,bütün bunlar hafizəmdə yer tutmuş hadisələrdə və günü bu günə kimi o oyuncaq ayını evdə görəndə yadıma düşür bütün bu xatirələr. Anam bir dəfə dedi ki,bu nədi belə evdə uşaq yoxdu amma oyuncaqlar yer tutur,hamısını yığıb verəcəm qonşu Samirənin qızına,o uşaqdı bəlkə oynuyar bunlarla.Mən də etiraz elədim ki,yox olmaz,oyuncaqlar içərisində 13 illik xatirəsi olan ayı var,qoy qalıb evdə,gələcəkdə öz uşaqlarıma verərəm,atalarından bir miras qalar bəlkə.İndi bunu oxuduqca fikirləşərsiz ki,bu boyda oğlan gör nəyin söhbətini edir amma yəqin sizin də illər öncə aldığınız maddi dəyəri o qədər də çox olmayan amma əvəzsiz olan mənəvi dəyərli bir hədiyyəniz var,hansıki hələdə qıymırsız ona.
Mənim üçün də eynilə o hədiyyənin dəyəri böyükdü...
Hərdən fikirləşirəm ki,insanı keçən günlərə,ağrılı,acılı,xoş anlara qaytaran bir çox hadisə olur.Bəzən işlədilən bir tək kəlmə söz,bir gülüş,bir toxunuş,bir ətirin qoxusu,birinin sizə xitab etməsi belə kifayətdir ki,sizin üçün özəl olan yaxud da sizi incidən bir günün xatirəsinə geri qayıdasız bir anlıq.Məndə də olur bəzən belə hadisələr.Bəzən birinin hansısa bir sözü,gülüş tərzi,mənə baxışı keçmişə aparır məni.Başımdan keçən bu ağrılı hadisələrin təsiridir mi ya yox bilmirəm amma nədənsə mənə hər şeyi 2011-ci ilin 3 oktyabr gününə aparır.Lənətə gəlsin həmin o günü...
Bulvarda üzü içərişəhər istiqamətində,yaşıllıqların arasında yerləşən skamyalardan biri mənə keçmişi daima xatırladır.Hər gün o skamyanın yanından keçməsəm belə yadımda düşər-düşməz o skamya ilə yadıma düşən xatirələr qəhəri hulqumuma yığmağı bacarır.
Onunla demək olar ki,dəsr çıxışı görüşüb Bulvarda kiçik bir gəzinti imkanımız olduğu üçün yorulanda sırf o skamyada oturub istirahət edərdik. Əlindən tutardım,O,başını çiynimə qoyar,kəfif külək saçlarını əsdirib yanaqlarıma çırpar,biz isə şirin-şirin söhbət edərdik.Saatın da necə gəlib keçdiyinin fərqində olmazdıq.Həmişə söhbət əsnasında "bir gün ayrılsaq gəlib bu skamekanı söküb aparacam,yandıracam" deyirdim amma indi bunu etməyə cəsarətim yoxdu.
Bir dəfə yenə dərs çıxışı görüşüb Bulvarda kiçik gəzintidə idik.Yorulub dincimizi almaq üçün yenə həmin yerə gedib həmişə oturduğumuz skamyana əyləşdik.Yenə O mənim solumdə,kiçik,pambıq kimi zərif,incə əlləri mənim böyük və kobud ovuclarımda söhbət edirdik.Uzaqdan üzü bizə sarı gələn dilənçi qadın söhbətimizi böldü.Qadının bizə tərəf gəlişindən məqsədini anlamışdım.Özümü əvvəlcədən hazırlıyıb əlimə cibimə atıb cibimdəki qəpik-quruşlardan bir neçəsini əlimə alıb gözlədim ki,dilənçi qadın bizə yaxınlaşıb məndən pul istəsin.Elə də oldu,görünüşcə orta yaşlarında,üstü başı dağınıq və bulaşıqlı olan qadın yaxınlaşıb "Allah rızası üçün" məndən yardım istədi,mən də əlimi cibimdən çıxardıb əvvəlcədən əlimdə hazır saxladığım pulu qadına uzatdım. Pulu məndən alan dilənçi qadın bizə baxıb bizim sevgili olduğumuzu başa düşdü,gülərüzlə təşəkkür edərcəsinə "Allah sizi xoşbaxt eləsin,oğlum,qoşa qarıyasız" dedi və getdi.Dilənçi qadının gedişindən sonra bir xeyli bu hadisəni müzakirə eliyib zarafatlaşdıq.Bəlkə də songörüşə qədər bütün görüşlərimizdə bu hadisədən danışıb gülərdik.
Demək olar ki, indi Bulvara yolum heç düşmür,axırıncı dəfə Bulvardakı restoranların birinə yaxın bir dostla iş görüşməsinə getdiyim üçün yolumun ordan düşdüyünü xatırlayıram.O skamyanın yerləşdiyi o həmin yerdən isə ümumiyyətlə keçmirəm.Oraları görmək istəmirəm.Yadıma düşür ötən günlər.Amma bir gün gedəcəm ora,əyləşəcəm o skamyada.Yenə əlimi cibimə salıb ovuclarımda qəpik-quruş hazır şəkildə o dilənçi qadını gözləyəcəm.Bəlkə gələr,bəlkə o qadını yenə görərəm,yenə məndən Allah rızası üçün yardım istəyər və mənim ona bu dəfə sədəqə verdikdən sonra 3 kəlməlik bir cümləm olacaq: "Diləyin yarıda qaldı"...
6-cı hissənin sonu
Metro...Gündəlik həyatımızın olmazsa olmazlarındandı metro.Küləklər şəhəri adlansa da ümidsiz insanların hırçınlıqlara sovrulduğu bir şəhərin özü qədər səs küylü yollarından qurtulub gündən günə yerin altına girməyə öyrəşən insanlarımızın xilasına yetən yeraltı dünyanın ən sürətli gedişatıdır metro.
Şəhərin bu başından o biri başına bizi cəmi 1cə saatına apara biləcək qədərdir metro. Düşünürəm ki, 1 saniyə belə mənim keçmişə getməyimə bəs edirsə görün metroda 1 saatın içində mənim qədər nə qədər insan keçmişə qayıdır.
"Qapılar bağlanır,növbəti stansiya.." stansiyalar bitir,elədir mi?Elədir.Bitməyən nədir bəs?Bağlanan qapılar.Qapılar niyə bağlansın ki?Hara getsək gəlin qapımız üzünüzə açıqdır deyərlər amma metroda tam əksi."Qapılar bağlanır.."
Metrodan gündəlik istifadə edirəm, getdiyim cəmi 4-5 stansiyada mənimlə eyni vaqonda gedən hər bir kəsə gözaltı nəzər yetirirəm.Kimisi dərsdən evə gedir,yorğuluğ tökülür sifətindən.Kimisi işdən evə gedir,bugün də 5 manat qazana bilmədiyi üçün ya çox məyusdur ya da bugün haram pula əl atmadığı üçün özünü günahlı sanır.Kimisi sevgilisi ilə görüşə gedir,gözü elə ancaq şüşələrdədi.Saçına baxır,köynəyinə baxır,saatına baxır,telefonu cibindən çıxardır,qurdalanır.Ya həyəcanlıdı ya da gecikir.Kimisi evə tələsir.Üzündə təlaş var.Atası filan saatda evdə olarsan deməsinə baxmayaraq o evə gecikir.Gözlərində qorxu var.Stansiyalar irəlilədikcə özünə təskinlik verir: "4 stansiya qaldı,3 stansiya,2,1...".Kimisi də sırf yaşı 45dən o tərəfədi deyə ona yer vermiyən gəncin başının üstündə durub gözləriylə "dur mənə yer ver,itin balası!" deyərmişcəsinə baxır.Kimisi də çox zəifdi,qürursuzdi,mənliyi yoxdu,yanında əyləşən qızın ayağına sürtür ayağını.Sanki kolleksiyadı ya da muzeydi.Hər növdən insan var metroda.
Adətən metrodan el dilində desək "basabas" vaxtlarda istifadə etdiyim üçün ayaqüstə getməyə öyrəncəliyəm.Metroda "Söykənməyin" yazısına kürəyimi dayayıb qulağıma qulaqcığımı taxıb mahnıya qulaq asa-asa getməyi çox sevirəm.Çox bekar olsam hər gün bunu təkrar edərəm.Bəzən taleh üzümə gülür və metronun boş vaxtına təsadüf edir mənim səyahətim və əyləşməyə fürsət tapıram.Bu zaman isə qapının yanındakı 3 nəfərlik hissədə ən sonuncu yerdə otururam.Ora bir oturdumsa hər şey gözümün önünə bir kino lenti kimi gəlir...
Onunla çox vaxtı,hətta demək olarki hər dəfə dərs çıxışı görüşə bilirdik və evə qayıtmaq üçün tək yolumuz metro idi.Gündəlik metro xəttimiz Sahil > İçərişəhər > Həzi Aslanov və Neftçilər`dən ibarət idi.Niyə Sahildən birbaşa Həzi Aslanov xətti ilə Neftçilərə getmirdik?Çünkü elə olanda otura bilmirdik və məcbur yolumuzu 1 stansiya uzadırdıq.Qatara daxil olan kimi yönəldiyimiz tərəf o həmən dediyim 3 nəfərlik hissə idi.Orda əyləşərdik,üzbəüz şüşədən bir birimizə baxardıq,"yaraşırıq?" sualını verərdim Ona hər dəfə.Qarşımızda hər dəfə müxtəlif insanlar oturardı.Əgər bir cütlük oturar və əl-ələ tutardısa biz özümüzü daha mehriban göstərərdik ki,guya biz onlardan daha mehribanıq.Əgər qarşımızda yaşlı bir xala yaxud da əmi əyləşərdisə özümüzü biraz ağıllı aparardıq ki,bizim haqqda "gör necə tərbiyəsizdilər" deyə düşünməsinlər.Onsuz da bu millətə xeyri yoxdu,gördüyünü yox,istədiyini başa düşür,fikir irəli sürür.Əgər qarşımızda cavan,gözəl və baxımlı bir qız oturardısa mən o tərəfə baxa bilməzdim.Ya başımı aşağı salıb ayaqqabılarıma baxmalıydım ya da üzümü Ona tərəf çevirib Ona baxmalı idim.Eyni qanun Ona da aid idi,qarşımızda bir cavan oğlan əyləşərdisə mənim qısqanclıq damarım tutardı.Bizim üçün metro dedikdə ağlımıza gələn ilk o 3 nəfərlik yer olardı.3 nəfərlik yerin 2si bizə aid idi amma O, mənə aid olmağı bacarmadı...
İndilərdə də metrodan istifadə edəndə yaxud da içində metro sözü keçən hər hansısa bir söhbətdə iştirak edəndə ağlma o 3 nəfərlik yerlə bağlı xatirələr düşür.Çox qəribədir,elə deyil mi?Adi bir oturacaq belə insana nələr yaşadır,nələri xatırladır.Elə buna görə də düz deyir metroda stansiyaları anons edən qadın."Qapılar bağlanır,növbəti stansiya xəyallar..."
7-ci hissənin sonu
Bəzən ötəri baxıb keçdiyimiz filmlərdə belə işlədilən bir söz,qurulan bir cümlə bizə nələrisə yaşadır,yaşanmış nələrisə bizə xatırladır.Sadəcə biz bunun fərqində olmuruq.Gündəlik həyatımızda bir göz qırpımında qaçırtdığımız,bir addımlıq məsafədən ötüb keçdiyimiz,bir səs qədər eşitməməzdən gəldiyimiz hadisələr var,hansıki biz bunları duyub hiss eləsək keçmişi yenidən yaşaya bilərik.Yaşamaq istədiyimiz anlar kimi yaşamaq istədiyimiz keçmiş günlər də vardır əlbət..
Keçmiş demişkən, yadıma düşən və ağlıma təcavüz edən gözəl günlər mənə bu ayrılığın,daha doğrusu bir xəyanətin mənə yaşatdıqlarından əlavə, sevə-sevə qəzəbi və kini içində böyütməyə çalışdığım günlərə daha da əzab verici günlər əlavə edir.Təsəvvür edin,sevdiyiniz insanı etdiyi səhv hərəkətə görə unutmaq,həyatınızdan silib atmaq istəyirsiniz amma bir yandan da keçirtdiyiniz gözəl günlər,daha doğrusu gözəl olduğunu düşündüyünüz günlər,anlar,xatirələr düşür və üzəri qaysaq bağlamış yaralar yenidən qanayır.
21 yaşım var, bəlkə 15, bəlkə 20, bəlkə də 30 il sonra əlimi bu fani dünyadan üzüb gedəcəm amma ömrümün son gününə qədər Onun gülüşü,səsi,danışığı,toxunuşu və dediyi sözləri unutmayacağam.
Əslində hər şey kiçik bir xəyanətdən sonra başladı. Heç gözləmədiyimiz hadisələr kimlər tərəfindən başımıza gəlir? Gözləmədiyimiz insanlar tərəfindən. Niyə? Çünkü biz onlara çöx güvənirik və axırı da belə olur. Heç olub mu ki, qarşınızdakı insanın yalan danışdığını bilə-bilə ona inanasınız? Ya da özünüzü inanırmış kimi aparasınız? Məndə olub. Çox olub özdə. Bu yazını oxuya-oxuya fikirləşə bilərsiz ki, vaxtında buna özüvü inandırmazdın indi də gəlib belə şikayətlənməzdin. Amma sizi inandırım ki, bu nə məndən nə də mənim düşüncələrimdən asılı deyildi. Eşq gözümü o dərəcədə kor eləmişdi ki, deyilən hər sözə, daha doğrusu hər yalana inanırdım. İnanırmış kimi olurdum ya da özümü elə aparırdım. Hər nəysə, axırki aldadıldım.Heç bir zaman ağlıma belə gəlməzdi ki,özüm qədər inandığı və heç bir zaman mənə yalan danışmaz deyə düşündüyüm insan məni aldadar.Həm də uzun müddət. Bu heçnəyi dəyişdirmir,düzdü, amma mən də nə qədər səfeh biri olduğumu başa düşdüm gec də olsa. Bəlkə də mən səfeh yox,sadəcə bir qurban idim, yalanlara qurban gedən bir gənc oğlan. Mən kim idim əslində? Məni insanlar kim olaraq tanıyırdılar? Mən Qıyıq Gözlüm hekayəsi ilə tanınan, qızların "belə bir sevənim olsaydı" cümləsindəki "belə biri" idim. Yazdım,pozdum,yaratdım,öz həyatımı,öz hekayəmi ortaya qoydum. Adi bir insan ikən yaradıcılıq qabiliyyətim üzə çıxdı,formalaşdım,həyata daha geniş bir yöndən baxmağa başladım.Amma axırı noldu? Bilirsiz? Mən sizə cavab verim. Axırı bu oldu ki, bir yalan,bir xəyanət yıxdı bizi...
16 noyabr 2014..Həmin günü heç bir zaman yaddaşımdan çıxarda bilmərəm.Çünkü həmin gün mənim yuxudan oyandığım gün oldu.Həmin gün necə böyük bir yalanın içində olduğunu bildiyim gün oldu...
Dostlarımla axşamkı futbol oyununa getməyi planlaşdırırdıq.Oyun axşam 20:00-da başlayacaqdı,biz isə təxminən 17:00-da görüşüb biraz söhbət edəcəkdik daha sonra isə azarkeşi olduğumuz komandaya dəstək olmaq üçün stadiona gedəcəkdik.Elə də oldu,dostlarla görüşdük,bir çay içdik və yavaş-yavaş stadiona tərəf yola düşməyə başladıq. Qəfildən telefonuma zəng gəldi və heç bir zaman gözləmədim bir insan tərəfindən zəngi görüm biraz təəccübləndim: Axı bu mənə niyə zəng vursun axşam vaxtı? Görəsən nolub?
-Alo
-Salam,Murad,necəsən?
- Sağ ol,Çingiz,sən necəsən?
- Yaxşıyam,şükür.Hardasan?Neynirsən?
- Heç nə,uşaqlarnanam,futbola gedirik.Nolubki?
- Murad,şəhərə gələ bilərsən?Səninlə işim var,görüşərdik.
- Yox eee vallah,Çingiz,alınan iş deyil.Həm gecdi həm də futbola gedəcəm uşaqlarnan,onlara söz vermişəm.Amma sən ucundan qulağından de görüm nə məsələdi?Vacib bir şeydi?
- Hə,Murad.Vacibdi.Gəl görüşək.
- Alınmır,Çingiz,nə məsələdi?
- Murad,telefon söhbəti deyil.Gəl görüşək.
- Alınmır,Çingiz.Axı həm gecdi həm də futbola getməliyəm, sən mənə bir balaca mövzunu aç görüm nə məsələdi, əgər lap vacib bir şeydirsə mən şəhərə gəlim.
- Yox,Murad,gələrsən şəhərə sabah ya da birisigün üz üzə danışarıq,indi sənə telefonda heçnə deyə bilmərəm.
Belə bir dialoq vasitəsilə qurulan bir neçə saniyəlik danışıq hər şeyin başlanğıcı idi əslində. Pərdələrlə qapalı qalmış bir teatr səhnəsinin final mərhələsindən bir gün əvvəlki hazırlıq planlarına hazırlıq görən aktyor heyəti kimi idik hər birimiz. Qarşıda bizi nələr gözlədiyini bilmirdik heç birimiz. Dostum Çingizə nə qədər mövzunun nə olduğunu mənə deməsini desəm də Çingiz mənə heçnə danışmadı, görüşməli olduğumuzu,belə bir vacib məsələni üz üzə danışmağımızın şərt olduğunu dedi. Ağlımda cürbəcür düşüncələr var idi,qorxurdum,görəsən nə olub deyə düşünə-düşünə narahatlıqlar içərisində idim.Yanımdakı dostlarım da vəziyyəti başa düşmüşdülər,nəsə olub deyə suallar verirdilər amma heç birinə mövzu haqqda bir kəlmə də demədim,sakitcə əlimi telefona atıb bir daha Çingizə zəng vurdum:
- Çingiz,sən mənim canım,de görüm nə olub?Nə məsələdi?Nədi o vacib olan?
- Yaxşı,Murad,metrodayam,5 dəqiqəyə vaqondan düşəcəm,zəng vur mənə 5 dəqiqə sonra.
Məsələnin nə qədər ciddi olduğunu başa düşmüşdüm,narahat ola-ola oturub futbola baxa bilməzdim, ona görə də dostlarımla sağollaşıb evə doğru yol almağa başladım.Tez tez telefonumun ekranında saata baxırdım ki, 5 dəqiqə keçsin və mən Çingizə zəng vurum. 5 dəqiqə keçdi və Çingizə zəng vurdum:
- Alo
- Hə,Çingiz,düşdün vaqondan?
- Hə,evə gedirəm yavaş-yavaş
- İndi de görüm nə olub?Nə məsələdir?
Çingiz 3-4 saniyəlik susaraq davam etdi:
- Murad,bir söz soruşum. Səmra ilə aran necədi?
Bu söhbətdən bir neçə gün əvvəl aramızda inciklik olmuşdu deyə bir-birimizdən küsmüşdük və 3 gün idi ki,bir birimizlə əlaqəmiz yox idi.Hər ikimiz də bir-birimizdən qarşılıqlı ilk addımı gözləyirdik,lakin heç birimiz qürurumuzu bir kənara qoyub ilk mesajı yazmağı,ilk zəng vurmağı bacarmırdıq. Çingizin bu sualı məni çox çaşdırdı.Niyə axı mənə belə bir sual versin? Heç bunun bir səbəbini soruşmadan söhbətə davam etdim:
- Belədə,2-3 gündü danışmırıq,nə olubki beyəm?
Çingiz, ömrümün sonuna qədər heç vaxt unuda bilmiyəcəyim bir səs tonu ilə heç bir zaman ağlımın ucundan keçmiyəcək bir cümlə qurdu:
- Murad,sən bilirsən ki, Səmra mənim dostum Əziznən danışırlar?
Bu sözü deyəndən sonra nitqim qurudu,nə deyəcəyimi,nə edəcəyimi bilmədim.İnana bilmirdim.Əlimdə telefon,yolun ortasında quruyub qalmışdım.Dəhşətlər içərisindəydim.Ola bilməzdi,bu yalan olmalı idi.Səmra axı mənə heç bir zaman xəyanət eləməz,axı O elə biri deyil,O,məni çox sevir,O,məni aldatmaz,yalan danışmaz.Deməyə bir söz tapmadan telefonda dəstəyi asdım.Evimizə qədər olan 30 dəqiqəlik məsafəni necə gəldiyimi,yolda özümü necə idarə elədiyimi hələdə yadıma sala bilmirəm. 5 yaşlı uşaq belə özünü idarə edəcək bir vəziyyətdə ola bilərdi mənə baxanda. Amma mən şokda idim. Ağlımda dostum mənə yalan danışa bilər deyə düşüncələr yox idi, axı niyə sevdiyim mənə xəyanət eləsin deyə düşünürdüm. Yol boyu nə hisslər keçirtdiyimi yazsam belə heç bir cümlə ilə,heç bir kəlmə ilə ifadə edə bilmiyəcəm.Çünkü bu çox qəribə bir hissdir.Özümü bütün sağlamlığını Vətən uğrunda döyüşdə qurban vermiş,uğrunda yarı can qalmış torpaqların işğal olduğunu görən bir əlil veteran heyifslənməyi kimi hiss edirdim. Evə gəlib çatdığımda isə özümü ələ almağı az da olsa bacardım. Çünkü anam evə gələndə qapını üzümə açan yeganə insandı və anam mənim nə halda olduğumu dərhal başa düşəcəkdi deyə özümü ələ almağa məcbur idim. Qapının zəngini basdım,anam qapını açdı,salamlaşıb içəri daxil oldum və tək bir söz demədən öz otağıma keçdim.Telefon əlimdə idi.Kimə zəng vuracağımı bilmirdim. Ona zəng vurub "mənə dedikləri doğrudur mu?" deyə soruşmalı olduğum bir vəziyyətdə ikən belə yenə də nə edəcəyimi bilmirdim. Qorxulu bir halda axırda bütün hisslərimə qalib gəldim və telefonda Onun nömrəsini yığaraq zəng vurmaq üçün Yes düyməsini sıxdım. Telefonun o biri başında heçnədən xəbərsiz və tam bir sərbəst şəkildə dəstəyi götürüb Alo deyən kimi Ona bir sual verdim:
- Sən Əziz adında bir oğlanla münasibətin var?Onunla danışmısan?
O, bir neçə saniyəlik susqunluğun ardından:
- Əziz kimdi?
- Sualıma cavab ver,danışmısan ya yox?
Arada yaranan bir neçə saniyəlik sükutu Onun heç bir zaman düşünsəm belə ağlıma gətirə bilmiyəcəyim cavabını eşitdim:
- Hə...
Və bütün söz-söhbətlər,davalar bu "Hə"dən sonra başladı.Aramızda nələr oldusa hamısı bu "Hə" ilə başladı və bitti...
Aradan uzun müddət keçməsinə baxmıyaraq həmin gecəki dava,söz-söhbət,həmin gecəki əsəblər,keçirtdiyim hisslər,yalan olduğunu anladığım halda düşdüyüm vəziyyət,özümə yaratdığım nifrət,hulqumaq qədər qəhərləndiyim saniyələr,əsəbdən əlimin əsdiyi,dilimin topuq vurduğu saniyələr,əsəb ilə telefonda qışqıra-qışqıra dediyim acı sözlər,heç bir zaman Ona demədiyim lakin həmin anda ağzımdan çıxan nəlayiq sözlər hamısı bir kino lenti kimi gözümün qabağında keçib,gedir.Bəlkədə həyatımda ilk və son dəfə idi ki,elə əsəbləşmişdim.Etiraf etməyim gərəkdir ki,həmin gündən bu yana heç əsəbləşmədim,heç özümü o qədər pis hiss etmədim.Aradan ötən 6 ay heçnəyi dəyişdirmədi.Hər axşam mənim üçün bir 16 noyabr gecəsidir.Hər axşam həmin hissləri təkrar yaşıyıram.Özümü çox qəribə hiss edirəm. Elə bilirəm ki, kimsə məni yıxıb,döyüb,söyüb ya da özümü günlərdi yaxınlaşıb "Sizdən xoşum gəlir" demək istəyən amma gözü qabağında xoşlandığı qızın bir başqa oğlanla əl ələ gəzdiyini görən oğlan kimi hiss edirəm. Ümidlərim,xəyallarım,düşüncələrim hamısı məhv olub. Yıxıq, sökük arzular arsından boylanıram həyata artıq. Narkozun dozası çox vurulan bir xəstə kimiyəm. Ayıla bilmirəm. Günlərdi özüm özümün düşməniyəm. Düşündükcə,ağlıma gəldikcə məhv oluram. Bir dostum var idi, deyərdi ki, həyat həmişə davam edir,heç kimə görə pis olmağa dəyməz,əsas ailən yanında olsun bəsdi. Düzdü,onun dediyi kimi həyat davam edir, amma elə bir davam ki, bu günüvün sabahıva etibarı yoxdu,elə davam edir ki, nə bugünüvə şükür edə bilirsən,nə də sabahıva ümid edə bilirsən, elə davam edir ki,hər gün yuxudan ayılanda gözüvü zilləyib baxdığın tavan belə səni höyülləndirir. Heç kimə görə pis olmağa dəyməz,amma mənimki pis olmaqdan keçib.Mən məhv oldum,həyatım alt-üst oldu...
Geriyə qalan sadəcə xəyallar,boşa çıxan arzular,yarımçıq qalan həvəslər oldu.
Elə yarımçıq qalan bu kitab kimi. Bu kitabın ilk səhifəsini yazanda düşünürdüm ki, axırıncı səhifəsində "Biz artıq evləndik,oğlumuz da var,adı Kamrandı,çox mehribanıq,bu kitabı da xoşbəxtliklə sonlandırıram" deyə yazacağımı düşünürdüm. Amma elə olmadı. Rəhmətlik babam düz deyərdi. Atdı, itdi, arvaddı - bunlara güvənmək olmaz.
SON...
Murad Qafarov