Niyazi Mehdi. Dildə və poeziyada «əyri» oyunlar
Köşə
- 29.05.2014
- 0 Şərh
- 714 Baxış
Niyazi Mehdi
Dildə və poeziyada «əyri» oyunlar
Əyriləri düzümə salmaq aktı Sənət növlərində, siyasət məkanında, düşüncə dünyasında əyri-köndələn struktulrada düzülmə, düzmə ornamentlərdən, buta oyunlarından göründyü kimi, ciddi mədəni eyləmləridir. Əyrilərlə düzlənməyin uyuşuğu, barışığı kültür axtarışının yetginliyinə dəyər vermək üçün ölçü olur. Minimum əyriləri düzümə salmaq mədəni ilkəllik (primitivlik) kimi qavranılır, maksimum əyriliyi düzümə salmaq isə mədəni yetginlik sayılır. Uyqarlıq (sivilizasyon), uyqar insanın yaxşı manerası, məhz, maksimum dolayı strukturları biçimdə saxlamağı ilə seçilir və hətta bəyənilir. Götürək mifolojini. İlkində miflər yığcam, lapidar, azstrukturlu idi (A.F. Losev). Ancaq mifoloji düşünüş gəlişdikcə, axtarışlara düşdükcə düz cizgi prinsipinə moratorium qoyub əyrilərin oyununa, virtual havalanmasına özünü buraxır. Sonucdu, mifoloji şəkil əcayib cizgilər, dolaşıqlar görünüşünü alır. Funksionallıq baxımından Tanrılar arasında da dolaşıq paylaşmalar gedir.
Görürsən ki, bir vəzifəni bir neçə Tanrı öz üstünə götürürür və bunun özü dərin konfliktlərə, anlaşmazlıqlara səbəb olur. Dildə əyri strukturların çoxalması İndi isə götürək dili. İlkin dil təcrübəsində düz çizgi prinsipi əsas idi. Bu, dilin primitiv pilləsidir. Dilin gəlişməsi isə həm intonativ, həm sintaktik, həm də semantik planda əyri cizgilərin çoxalmasına aparır. Ortaçağ türk dilləri ərəb və fars dillərindən alınma sözlər, söz birləşmələri, intonativ cizgilər üstündə özünü əyri-köndələn cizgilərin rəqsinə buraxmışdı. Ərəb, fars sözləri türk cümləsinə girməklə mübtədadan xəbərə uzanan semantik qaytanı dalğalandırıb, yayındırıb ərəb və fars dillərinin semantik sisteminə yollayırdı ki, dolanıb oradan gəlsin. Beləcə, türk dili başqa semantik meydançalarda gəzişmələr yapıb nələrisə yığa-yığa özünə qayıdırdı. Dədə Qorqud mətnində bədiilik paralelizmlərin həndəsi ilkin düzlüyü ilə əldə edilir. Nəsimi, Füzuli poeziyasında isə nəbati (bitkisəl) ornamentallığın gözəl və mürəkkəb əyriliklərinə oxşar strukturlar poetik effekt yaradır. Klassik poeziyada «başıma» demək və yazmaq qalın saitlərin ahəng qanunu əsasında düzünəqulu təkrarı kimi qavranılırdı. Bu sözü «başimə» («para»nı «parə») etmək isə qalın saitdən incə saitə enmə qıvırcığını, dalğasını yaradırdı. Belə linqvistik əyri strukturların estetikasını Orta çağa güzəşt etmək olar, türk üçün yeni çağın gərəkləri başqa oldu.
Çağdaş Azərbaycan türkcəsinin qarşısında duran vəzifə sintaksisdə və semantikada əyri strukturların oyununu ərəb və farsizmlər üstündə yox, öztürkcənin üstündə qurmaqdır. Anadolu türkcəsi bunu edib, Azərbaycanda isə Sovet dönəmindən sonrakı Media bunu etməkdədir. Senzuranın olmaması yazı manerasında qıvrımların, dalğalanmaların, burdan girib oradan çıxmanın sayını xeyli artırıb. Bugünkü Medianın dilindən «səliqəsizlik» üzündən narazılıq keçmiş nəslə bu yeniliklərin yadlığından gəlir. Ancaq yeni yazarlar və oxucular nəsli Sovet dönəminə baxanda üslubda əyri strukturlarla oynamağı xeyli artırsalar da modern dünyanın (eləcə də Türkiyənin) səviyyəsindən xeyli geridə qalır.
Fəlsəfi yazının cilvələrlə oyunu Fəlsəfi düşünüşdə spekulyativliyin artması nəsnələr, olaylar arasından qavrayışa bilinən birbaşa yollardan yayınıb ruh-düşüncə meydançasında dörd yana səyahətə çıxmaqdır. Spekulyativ metodun tapıntı yapmaq effekti ondadır ki, davamlı olaraq düz yoldan azmağı, əyrilərə düşüb dolaşmağı yamsılamaqla uzaqlarda çıxmaq görkünü yaradır. Sonra isə qəfildən empirik fakta həmlə edib qayıtmaqla azmasının aldanış (illüzyon) olduğunu göstərir. Bu, spekulyativ fəlsəfəni qavrayanda baş verən estetik effektdir, gözlənilmədən alınmanın, qəfildən aydınlaşlaşmanın, qaranlıqdan nurun təcəlli etməsinin estetikasıdır. Koqnitiv planda yəni anlayıb-bilmək planında isə spekulyativlik hər empirik faktın birbaşa görüntüsü arxasında əyri cizgilərdə dünyaya səyahətin durmasını göstərir.
Gerçəkliyin hər olayı mürəkkəb əyrilərdə başlayıb gələnlərin sonucu və ya axarların qovşağıdır (bir uşağın dünyaya gəlməsinin arxasında neçə minlərin, neçə ömürlərin qovşağı durur). Spekulyativ düşünüş o axarlardan fakta qayıdır. Orada-burada gəzişib yığa-yığa və qəfildən yığdıqlarını fakta yükləməklə empiriyaya qayıdır. Kantın, Şellinqin, Heqelin, Şopenhauerin, eləcə də Haydeqerin (Haydeqanın) azəriyə «dumanlı» görünən fəlsəfələrində faktlara əyriliklərdə gəzişmənin son mənzili kimi baxılması özünün parlaq örnəklərini tapır. FƏLSƏFƏ AZMIŞ FİKRİ GƏZİNTİYƏ ÇIXMIŞ FİKRƏ ÇEVİRMƏKDİR.
//1937.az