Pamuk: Mən heç kimi təmsil etmirəm

Pamuk: Mən heç kimi təmsil etmirəm

Nobel mükafatlı yazar Orhan Pamuk tələbələrlə görüşüb, ədəbiyyat söhbətləri edib. Nobel mükafatı haqda danışan Pamuk "Nobel mükafatı aldığım vaxt "Məsumiyyət muzeyi” adlı romanımın tam ortasındaydım” – dedi. 

"Beləliklə, Nobel mükafatını aldım, bundan sonra hamı mənə daha çox diqqət edəcək, nə yazacağam” kimi bir dərdim olmadı. Bəli, Nobel mükafatı insanın şöhrətini artırır. Daha çox qısqanclıq, maraq, hirs, sevgi görürsən. Bu mükafat bir az daha siyasiləşməyimə səbəb oldu.  Mən heç kimi təmsil etmirəm, öz-özümə danışıram. Nobel mükafatı bir təmsilçilik problemi yaşatdı. 

Elə bilməyin ki, çox şikayətçiyəm. Jurnalistlər davamlı olaraq bizdən – Nobel mükafatı alanlardan şikayət etməsini, "çox məşhur oldum, bu çox pis oldu” deməsini gözləyir. Mən elə hiss etmirəm, kifayət qədər gözəl oldu. Xüsusilə, şikayət etməyimi istəyənlər, "çox gözəl bir şeydir, sizə də məsləhət görürəm”. 

Edebiyyat.biz