
Prezident kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb
- 01.08.2007
- 0 Şərh
- 251 Baxış
Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Əfəndiyev Yalçın Heydər oğlu, Əhmədli Nuriyyə Əliağa qızı və Əliyev Rafiq Hacıbaba oğluna xalq artisti, Nəsirov Rafiq Əliş oğluna xalq rəssamı, Abbasov Nizami Vəli oğlu, Əliyev Rauf Tofiq oğlu, Məmmədov Tofiq Əsgər oğluna əməkdar incəsənət xadimi, Əhmərova Tanilyə Aysayevna, Sadıxova Zemfira Emin qızına əməkdar artist, Rəfiyev Mirzə Ağa Aslan oğluna əməkdar rəssam, Abdullayeva Rimma Əli qızı, Babayev Nurəddin Xeyrulla oğlu, Babayev Tağı Yusif oğlu, Dudniçenko Vladimir İvanoviç, Əhmədoğlu Həmzə, Əliyev Abbas İbrahim oğlu, Əliyev Elman Əlverdi oğlu, Həbibi Arif İzzət oğluna isə əməkdar mədəniyyət işçisi adı verilib.