"Qanun"dan yeni kitab: Qafqaz türklərinin oyanış dövrü

Kitabda yazar XIX əsrin sonlarından başlayaraq XX əsrin birinci yarısına qədər davam edən Qafqaz türkləri aydınlarının axtarışlarını, şəkilləndirməyə çalışdıqları milli, dini və modern dünyagörüşlərini incələmişdir. 

Nəşriyyatdan verilən məlumata görə, yazarın olaylara yanaşma tərzi bu gü­nə qədər oxuduğumuz dəyərləndirmələrdən fərqlənməkdədir. Yazar modern fəlsəfə verilərindən yararlanaraq Qafqaz türkləri aydınlarının əsərlərindəki axtarışları ayrıntıları ilə araşdırmışdır. Aydınların ağlında dolaşan tarixi suallar və bu suallara verilən cavablar incələnmişdir.

Edebiyyat.biz