Rauf Babayev xəstəxanaya yerləşdirildi

Rauf Babayev xəstəxanaya yerləşdirildi

Xalq artisti, "Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

R. Babayev APA-ya bildirib ki, avqustun 7-də səhhətinə ciddi problem yaranıb: "Konkret olaraq diaqnoz mikroinsultdur. Müalicə alıram. Xəstəxananın reanimasiya şöbəsində mənə ayrıca palata ayırıblar, həkim nəzarətindəyəm”.

R. Babayev əlavə edib ki, xəstəxana şəraitində müalicəsi avqustun ortasına kimi davam edəcək: "Xəstəxanada yatmaq istəmirdim, amma həkimlər dedilər ki, evdə müalicə hələlik tezdir, bir müddətdən sonra evə buraxacaqlar”.

Qeyd edək ki, R. Babayev 2009-cu ildə infarkt keçirib.

Kult.Az