Rövşəni. Düşüncələr. (Tənqid.net)
- 12.12.2008
- 0 Şərh
- 239 Baxış
Oxucu seçimində azaddır. Onun sevdiyi şeyi oxumaq və ondan ləzzət almaq imkanı var. Hətta sevdiyi əsəri yarımçıq qoymaqdan ləzzət almaq imkanı var.
Tənqidçi ləzzət almaqdan özünü məhrum etmiş oxucudur.
***
İosif Brodski yaxşı deyib: “Elə ordu var ki yalnız çörək növbəsində durmağa qadirdir.”
Brodski şeiri çox yüngüldür. Hava şarı kimi. Brodskidə ironik-analoji fəlsəfə qati var. Visotskidə yumor – Brodskidə İroniya.
Metafora Pablo Nerudada güclü. Brodskidə metafora yoxdur. Analoji var. Brodskidə metafora “podzornaya truba” deyil. Kinayə alətidir.
Ximenes gənc Neruda haqda belə demiş: “Velikiy Ploxoy poet”.
Brodski haqda mən belə deyərdim: “Nevelikiy xoroşiy poet.”
***
“Bizim ölkədə ideyalar realizə olunmur” (Kortasar). Bizim Poeziyada da (bugunkü) vəziyyət eynidir.
***
Yuriko Mayamotanın “Nobuko” romanından maraqlı bir səhnə.
Nobuko ilə əri Çikuda ayrılır. Əşya bölgüsü aparılır. Nobuko ilə Çikudanın ürəyi çilik-çilik. Əşyalar sağ-salamat.
Uzaq Şərq şerində “naturalizm”. Əsla köhnəlməyən və ruha zidd şeylər aşılamayan janr.
İnsan ruhunu yormayan naturalizm daim yaşayacaq.
***
Xristian şair və yazarların əsərlərində İslama və Allaha hörmət.
Rilkedə “Məhəmməd” şeiri (“Maqomet”). Uolt Uitmendə “Farsın dərsi” şeiri (“Urok persa”).
Buninın Quran surələrinə həsr olunmuş şeirlər.
Mənim üçün müsəlman, xristian, yəhudi yoxdur. Mənim üçün Allaha inanan var, bir də inanmayan.
Rilkedə Yaradana inam tamdır.
***
Var yoxsul ölkənin yazıçısının bədii-avtobioqrafik xatirələri, bir də var zəngin ölkənin yazıçısının.
Maks Frişin bəzi avtobioqrafik povestlərini oxuyanda (məsələn, “Matok”) düşünürsən ki, bunu ancaq zəngin ölkənin yazarı qələmə ala bilər. Bu düşüncələr “tox” yazarın beyninin məhsulu ola bilər. Göz və mədə doydurulmuşdur. Ruh isə xatirələrin analizinin fəlakətlərə aparacağından narahatdır. Məsləhətdi, oxuyun: Maks Frişinin ən gözəl hekayələrindən biri: “Stenoqramma odnoqo nesşastya.”
***
Üç alman yazıçısı: Bell, Friş, Bernxard.
Frişin yaradıcılığında Qəzəb yox. Hətta “Sinaya boroda” (“Göy saqqal”) povestində haqsız ittiham olunan Doktor Şaadda da. Hadisəyə emosional baxış var, Ağ vərəqə isə Qəzəb girməyib.
Xolodnıy Qermanskiy Qeniy (Blok belə deyərdi)
Maks Friş deyir ki, (“Matok”da) mən nə cəmiyyət üçün yazıram, cəmiyyəti dəyişmək üçün, nə də kiməsə öyüd-nəsihət vermək üçün.
Yozmaq Maks Frişə görə, özünü-izhardı.
Maks Frişin povestləri sanki avtobioqrafik povestlərdir.
***
Amerikan obyektiv poeziyasının nəhənglərindən biri: Robert Louell. Əla bir şeirini oxudum. “Loqan Aeroportu, Boston” - şeirin adı belə.
Svetloye solntse v moy
Svetlıy den
Ya slavlyu Boqa za to,
şto jıvu –
koqda-to ya dumal: pisat
ob etom besstıdstvo
Poetik ənənələrə sadiqlik.
İngilis klassik şeirinə sadiqlik. 17-ci əsr ingilis poeziyası. Donn, Marvellin şeiri 20-ci əsrdə Robert Louell, T.S.Eliot tərəfindən yeni tərzdə əxz olunması.
Avtobioqrafik şeir. Əsla yox.
“Öz hisslərinizi “Makbet” formasında biruzə verin, nəinki quru etirafda” (Robert Louell)
***
Hansı şeirdi,
Hansı publisistik yazı?
Amerikan şairi Uolter Louenfelsin yazılarını oxuyanda bunu fikirləşirsən.
Onun şeirlərində publisistik ovqat var, publisistik yazısında poetik ruh.
***
Böyük şairlərin milliyyəti haqda informasiya şeirlərinə hopmayıb. Onların poeziyası Dünya insanına ünvanlanıb. Sevgi, inam, mərhəmət. Yol budur. Demək istədikləri mesajdır. Rilkedə olduğu kimi. Biz Rilkenin alman olduğunu Avtobioqrafiyasından bilirik (əgər bilmək istəsək).
Amma İosif Brodskinin şeirini oxuyan ortabab şeir həvəskarı belə hiss eləyir ki, bu, milliyyətcə Yəhudidir.
Svetayevada misra hönkürür (Qadın hönkürtüsü ilə). Misra ona oxucu nəfəsinin dəyməsindən, belə diksinir.
Brodskidə misra (Brodski misrası!) oxucu ilə gizlənqaç oynayır. Oxucu bu misraya şeirin sonunda çatır.
Brodskidə metafora – keqli şarları kimidir. Bir-birinin dalınca hədəfə yönəlir.
Svetayevada misra Rusiyaya yönəlir.
Brodskidə misra (Qırılmış söz belə) mühacir misradır.
***
Mənə Qəribə gəlir, Lui Araqonun, Səməd Vurğunun şeirlərində qoyulan nöqtələr. Mayakovskidə də həmçinin. Bir insana, bəşəriyyətə, xalqına hədsiz Sevincdən, sevgidən, doğan poetik misraların sonunda nöqtə. Qəribədir. Sevgi Qurtarmadığı kimi, onun zühura gətirdiyi sözlər də qurtarmır. Bu şairlərin sözü Qurtardımı, fikri bitdimi?
“Ürəyi doludur, ürəyini boşaltsın.” El məsəlidir. Məsəl ki: dolu ürəkdə nəsə tükənərmi? Nöqtə nəyinsə bitməsidir.
Poeziyada “potok soznaniya”. Bu üç şairə şamil olunmalıdır.
***
21-ci əsrdə şeir “yeriməlidir”. Necə? Meksikalı rəssam Sikeyrosun nəhəng Tabloları kimi. Küçə boyu, qayalar, daşlar boyu. Divar rəsmləri kimi.
“Brext dərsi” şeiri. Uolter Louenfels.
Elə düşünməyin Sənət bir Aktyorun səhnənin ortasında Digər bir Aktyorla Dialoqudu.
Sənət gözə görünməz Aktyorların sizə görünməz səhnədə Eşitmədiyiniz dialoqudur.
***
A.Moravia nəsri “səs nəsri”dir. Lao Şedən fərqli olaraq onun hekayələrini oxuyan səsin köməyi ilə vizual görüntülərə sahib olur. 1930-40-cı illər Roması. Cənub şəhərinin cənub sakinləri. Emosiyaların tüğyanı (sanki Bakı-dır).
Bu səs (hər hekayədə ayrı-ayrı baş Qəhrəmanın səsi yox, bütöv bir obrazın – Romanın səsi)
Moraviada bu emosional səs oxucuya hər şeyi təsvir edir. Sən sözü öncə yox, səsi eşidirsən. Cənub şəhərinin gur, emosional səsini.
Moravia Qəhrəmanları öz məninə xəyanət etməyən insanlardır. Hətta oğrusu da, mafiozu da. Roma hekayələrində qatil yoxdur. Onlar ancaq xəyallarında kimisə öldürə bilərlər.
Onlar dalaşıb-vuruşurlar. Ancaq bunu istəmədən.
Neorealizm nədir? Yəni həyatı bütövlükdə deyil, müəyyən bir parçasını təsvir etmək, göstərmək.
Realizmin neoralizmdən fərqi nədədir? İlya Erenburqa görə, sənətkarın ruhi vəziyyətində.
Yazar öz Qəhrəmanlarının işləri haqda fikir yürütməli deyil. Onun bu Qəhrəmanların dilinə, hissinə toxunmaq hüququ da yox.
Yazar öz Qəhrəmanlarını sevməlidir.
***
Ağ şeir türkün stixiyasıdır.
Maraqlıdır, orta əsrlərdə türk dünyasına ağ şeir niyə hakim kəsilməmişdi. Atilla, Teymurləng, sərhədləri aşan türk orduları, türk ruhu. Bəs türk poeziyasında Ağ şeir hanı?
Azad insanın hisslərinin tərənnüm forması.
Mən təsəvvür etmirəm, Molla Pənah Vaqifin dövründə verlibri.
***
M.H.Şəhriyar Azəri türk poeziyasının T.S.Eliotudur.
“Türkün dili”, “Behcatabad xatirələri”, “Şatır oğlan”. Bəyəm bunlar formaca qəzəl, məzmunca ağ şeir deyilmi. Ruhuna 20-ci əsrin Azərbaycan (dəxli nə cənub və ya şimal) həqiqətləri çökmüş şeir forması, modern Azəri-türk poeziyası, metafora ilə bol. Rəngarəng obrazlılıq.
***
Ölkə böyük olmalıdır ki, güclü və gözəl şairlər yetişsin. Bu belədirmi?! Məgər Çexiya böyük ölkədir ki, Karel Çapek kimi gözəl nasiri var. (“Adi həyat” romanı)
Və ya İslandiya. Bakıdan “kiçik”. Əhalisi 200 min nəfər. Nə Qədər güclü nasiri var.
Laksness (Nobel mükafatçısı)
Allah kimə ki, nasirlik istedadı verib, o adam bir otaqlı mənzildə belə Folknerin uydurduğu şəhərə bənzər bir şey yarada bilər, və Oranı sakin – obrazlarla doldura bilər.
İç həqiqətləri böyük olmalıdır, iç həqiqətləri. Ölkənin miqyası Yox.
***
Cəbran Xəlil Cəbranın “İblis” pritçası (“Dyavol”). Maraqlı sonluq.
Xristian din xadimi Nuri Salman çiynində yaralı, Qanı süzülən İblisi daşımağa məhkum.