Salvador Dalini it əvəzi qarışqayeyən qoruyub

Salvador Dalini it əvəzi qarışqayeyən qoruyub


Məşhur ispan əsilli rəssam Salvador Dalinin uzun illər it əvəzi qarışqayeyən saxlaması olduqca qəribə faktdır.  

 Axar.az bildirir ki, gənc yaşlarında sürrealizm cərəyanına qoşulan Salvador Dalinin həyat tərzində çox qəribə hallar aşkarlanıb: onlardan biri Salvadorun it əvəzi qarışqayeyən saxlaması faktıdır. 

  Uzun illər vərəmdən əziyyət çəkən xəstə anasının dəfnində belə iştirak etməyən Salvador bunun səbəbini bu cür izah edib:   "O mənə qarşı çox qəddar olub. Həmişə döyərək qaranlıq zirzəmiyə salıb və mən kömək istədikdə, çox qorxduğum həşəratları ovucla üstümə atıb”.   Lakin vaxt yetişir və artıq yaşa dolmuş Salvador Dali özü ilə bədheybət qarışqayeyən gəzdirməyə başlayır.  

 İspaniya küçələrində sevimli heyvanı ilə asanlıqla gəzişən dahi öz qarışqayeyəni haqqında hətta "Əndəlüs köpəyi” adlı qısametrajlı sənədli film çəkib.   Xatırlatma edək ki, ömrünün son anlarında parkinson xəstəliyinə düçar olan Salvador Dali bütün varidatını milliyyətcə rus olan Qala adlı həyat yoldaşına vəsiyyət edərək, kimsəsizlər üçün pansionatda dünyasını dəyişib. 

Edebiyyat.biz