
Şəhla Süleymanlı. Gecikmiş məktub - ŞEİR
ƏDƏBİYYAT, Poeziya
- 14.06.2014
- 0 Şərh
- 1202 Baxış
Şəhla Süleymanlı
Gecikmiş məktub
Gecikmiş məktub
Salam mənim ilk sevgilim!
Necəsən?
Məni sorsan mən belədə,
Sənsiz keçən illərimin,
İzləri var üstümdə.
Bu məktubu sənə köhnə,
Uçuq,sökük otağımda yazıram.
Xatırladın bu otağı?..
Divardakı rəngli saat,
Masadakı qırıq ayna,
Güldandakı qaralmış qızılgüllər,
Səndən mənə yadigardı.
Mənsiz keçən otuz ilin,
Necə olub?..
Söylə görüm dəyişibmi illər səni?..
Ağarıbmı toxunmağa çəkindiyim,
Qara saçlar?..
Baxışında qeyb olduğum o gözlərin,
Kənarın qırışlardan iz düşübmü?..
Titrəyirmi istisində qızındığım,
Böyük əllər?..
Sənsiz məndə çox dəyişdim.
İpək kimi uzun saçlar.
İndi artiq bəyazlamış,
Qar topası.
Üzümdəki qırışlar,
Sənsiz keçən illərimin sayıdı.
Ovucunda yox etdiyin kiçik əllər,
Bu məkyubu güclə yazır.
Sənsiz hər şey çox dəyişib buralarda.
Küçələrdə,binalarda,insanlarda.
Sənlə hər gün görüşdüyüm,
Köhnə parkda sökülübdu.
Əvəzində yüksək-yüksək binalar var.
Sənsiz keçən otuz ildə,
Yalnız bir şey dəyişməyib,
Ürəyimin kənarında gizlənibdi.
Onun adı ilk məhəbbət,
Onun adı ilk sevgidi.
O da mənlə tərk edəcək,
Bu şəhəri, bu ölkəni,bu dünyanı.
Əslində bu məktub,
Yaşlı,xəstə bir qadının,
Son sözləri,son yazısı.
Əslində bu məktub,
Cəsarətsiz otuz ilin,
Cəsarətli sonluğudu.
Əlvida! Əlvida!
Yaşlı,
Yaşlı,
Qoca bir qadının,
İlk sevgisi, ilk məhəbbəti.
ƏLVİDA...