Şərif Ağayar kərpici necə kəsir?
- 05.08.2007
- 0 Şərh
- 319 Baxış
Qan Turalı
q[email protected]
Hekayə haqda, hekayə boyda yazı
Həmişə hekayənin ən çətin ədəbiyyat janrı olduğunu düşünmüşəm. Biz beş-altı, hətta on yaxşı romançının adını çəkə bilərik. Bəs, kim on yaxşı hekayəçi adı çəkə bilər? Mənim Çexovla, Oskar Uaylddan başqa heç kim ağlıma gəlmir. Yalnız indi deyil, həmişə. Azərbaycan ədəbiyyatında isə qəribə mənzərə yaranıb. Mirzə Cəlü 47 gözəl hekayənin müəllifidir, Haqverdiyevin də çox güclü hekayələri var. Rafıq Tağı da güclü hekayəçi kimi istisnadır. Amma bir şey də var ki, Azərbaycan ədəbiyyatında hekayə roman üçün bir pillə idi və indi də elədir.Hekayə janrı murəkkəbdir. Beş-altı səhifədə çox güclü, tutumlu nəsə yazmaq çox çətindir. Şəxsən mən Çexovun "Altıncı palata" 'hekayəsini Dostoyevskinin "Cinayət və Cəza" romanından zəif əsər hesab etmirəm.
Azərbaycan ədəbiyyatında hər zaman hekayə sahəsində qıtlıq müşahidə olunub. Amma Murad Köhnəqala öz kitabı ilə bu sahədə ciddi bir işə imza atdı. "Alatoran" jurnalının son sayında Şərif Ağayarın "Kərpickəsən kişinin dastanı" adlı hekayəsi çap olunub. Bir neçə gündür ki, ədəbi kuluarlarda (etika xatirinə çayxana yazmıram) söhbət ancaq bu hekayədən gedir.
Şərif Ağayarın düşüncəsi
Şərif Ağayarı digər AYO-çulardan fərqləndirən bir cəhət var. O, klassik və müasir Azərbaycan, eləcə də Şərq ədəbiyyatına çox yaxşı bələddir. Lakin Şərif dünya nəsrini o qədər də yaxşı bilmir. Ola bil-sin ki, bu bir az sərt səslənir, lakin Şərif bizimlə müsahibəsində özünün tənbəl olmasını söyləmişdi. Hətta bildirmişdi ki, "deyəsən, Umberto Ekonun "Gülün adı" romanını ömrümün axırına kimi oxuyacağam". Hər insanın gəncliyində doyumsuz mütaliə eşqi, ehtirası olur. İnsan bu ehtirası söndürmək üçün əlinə düşən hər bir kitabı oxuyur. Şərifdə də heç şübhəsiz ki, belə olub, o, Azərbaycan klassikasını - Füzulini, Nizamini, Nəsimini çox yaxşı bilir. Lakin unutmaq olmaz ki, yazıçı ilə oxucunun mütaliəsində də ciddi fərq olmalıdır. Oxucu həyatının bir dövrünü, əsasən də tələbəlik dövrünü mütaliə ilə keçirirsə, yazar hər gün oxumalıdır. Bu bütün dünyada belədir. Misal üçün, Fransada keçirilən rəy sorğularına görə əsas kitab alıcıları tələbələrdir. Amma yazar yalnız tələbəlikdən oxumamalıdır, hər zaman oxumalıdır, dünya klassikasını yaxşı bildikdən sonra müasir ədəbiyyatı oxumalı və öyrənməlidir. İndi həbsdə olan dostumuz Rafiq Tağı da belə idi. Düzdür, o, həmişə oxuyurdu, Tolstoyu, Dostoyevskini demək olar ki, mütəmadi olaraq oxuyurdu. Amma müasir rus nəsrini heç cür qəbul edə bilmirdi. Hətta deyirdi ki, onlar da elə bizim kimi yazırlar. Mətləbdən yayınmayaq. Şərifə də tutulası əsas irad elə əslində bütün gənc yazarların hamısına tutula bilər. Ədəbiyyata bir fəhlə işi kimi baxmamaq, yetərincə mütailə etməmək... Şə-rif də çağdaş dünya nəsrinə çox-az bələddir, hətta bu işə tənbəlcəsinə yanaşır. O, demək olar ki, heç oxumur. Əlbəttə ki, biz gənc yazarlarımızın dil problemi olmasını qeyd edə bilərik. Lakin bu, arqument deyil axı. Məşhur amerikan şahmatçısı Robert Fişer rus dilini yalnız ona görə öyrənmişdi ki, rus dilində şahmata dair ədəbiyyat çoxdur. Dil baryerini obyektiv səbəb kimi qabağa vermək məncə, düz deyil. Bir dili bilmirsənsə, onu öyrənmək lazımdır. Adətən, ofis işlərində işçilər üçün təlimat kitabı hazırlanır və orda yazılır ki, işçi heç bir suala "bilmirəm" cavabını ver-məməlidir. Eyni şəkiidə bu, yazıçılara da aid olmalıdır. Məncə, yazıçı dünya ədəbiyyatında ad çıxarmış bütün yazıçılara bələd olmalıdır.
Şərif haqqında ikinci ştrixi də vurub, hekayəyə keçəcəyik. Mən yazarın ictimai təfəkkürdən olduqca fərqli bir təfəkkür daşıyıcısı olmağının tərəfdarıyam. Çarlz Bukovskinin "Murdar adamın qeydləri" romanında olan bu cümləni bir daha təkrarlamaq istəyirəm: Yazar ya homoseksualist, ya da solçu olmalıdır. Düzü, məhz bu düşüncəmi bir polemika olaraq təqdim etməkdə israrlıyam, adam dindar da olub, marksist də olub çox gözəl şeylər yaza bilər. Bəlkə də bu çıxılmazlıqdan ancaq bu tezislə çıxmaq olar: Yazar yazarkən heç bir ideyanın daşıyıcısı olmamalıdır. O ki qaldı Şərifə, o, yetərincə dindardır, Əslində, bu ona çox da mane olmur, lakin hər halda dindar olmaq məncə bir yazara ziyandır. Necə ki, qadın kişiyə, uşaq da qadına ziyandır, məncə din də ədəbiyyata ziyandır. 60-cı illərdən türk tənqidindən gələn bir tezis var: Sağdan yazar çıxmaz. Sağ deyiləndə heç şübhəsiz ki, dindarlar nəzərdə tutulurdu və bu da şübhə doğurmur ki, bu tezisin müəllifləri marksist yazarlar idi. Amma bu söz qalsın bir tərəfdə, fakt faktlığında qalır. Türk ədəbiyyatının ən po-pulyar və ən böyük yazarları sol cəbhədən çıxmışdı, Yaşar Kamal, Kamal Tahir, Əziz Nesin, Atilla İlhan və əlbəttə ki, Nazim Hikmət. Bilmirəm nə qədər subyektivəm, amma onu qeyd edim ki, dini təfəkkürün daşıyıcısı olmaq ortaya ciddi bir əsər qoymağa maneə yaradır. Şərifin əsərlərində bu hiss olunmur. Bu da tamamilə mümkündür ki, biz gələcək təhlükədən danışırıq.
Şərifin kərpickəsəni
Söhbətin üstünə indi gəldik. Əslinə baxsan bu hekayə çox adi bir süjet üstündə qurulub, qaçqın düşən ailə başqa bir kəndə gedir, ordakı kənd sakinləri ona min bir əziyyət ve-rirlər. Ailə başçısı qəhrəmanın atasıdır, arzusu bir ev tikib içinə girməkdir. Lakin kəndin ca-maatı, qabaqdagedənləri, mingəçevirlilər demişkən "bərkgedənləri" ona imkan vermirlər, dava salıb kişinin oğlunu doyürlər, qoyunları pambıq sahəsinə girdiyinə görə polis kişidən üç qoyun rüşvət alır. Ona ev tikmək üçün yer vermirlər,- ev üçün ağac tapa bilmir və s. Mənim bu hekayədə ən xoşuma gələn cəhət bu hekayənin russoizm elementlərindən uzaq olmasıdır. XVIII əsr Fransa fəlsəfəsində cəmiyyətdəki mənfi meyillərin səbəblərinə münasibətdə iki müxtəlif mövqe vardı. Volter belə hesab edirdi ki, insanların ilkin həyatı, ibtidai dövrü vəhşi dövrdür və cəmiyyəti düzəltmək üçün mütləq insanları mədəniləşdirmək lazımdır. İki mövqearası onu da qeyd edək ki, mədəniyyətin bir digər adı da şəhərləşmədir, bu da Mədinə şəhərinin adın-dan irəli gəlir. Mədinə şəhəri Məhəmmədin hicrətindən sonra həqiqi mənada şəhərləşmiş, ərəb urbanizasiyasının beşiyinə çevrilmişdi. Jan Jak Russo isə qətiyyən bu cür düşünmürdü, o belə hesab edirdi ki, indiki cəmiyyət pisdir. Şəksiz ki, Volter də bu məsə-lədə onunla həmfikir idi. Amma Russo cəmiyyəti öz əvvəlki halına qaytarmağı tələb edirdi. Onun keçmiş cəmiyyət barədə olduqca xoş xəyalları var idi. Sözarası onu da qeyd edək ki, Jan Jak Russonun bu ideyası onun əsas ideyası idi, dövlətin mənşəyinin insanların ictimai birliyində, yazılmamış sazişində görürdü və belə hesab edirdi ki, ideal dövlət də mənşəyindəki prinsiplə - insanlar arasındakı ictimai müqavilə ilə qurulmalıdır. Fəlsəfə meşəsində azdığımızı bizə Ədəbiyyat İlahəsinin özü xəbər verir. Azərbaycanın kənd nəsrində bu ab-hava var idi. Kənd nəsrinin ustadı sayılan Əkrəm Əylİsli bu meyillərinə görə Asif Əfəndiyev tərəfindən tənqid olunanda divara vurulmuş kağız təqvimləri 70-ci illəri göstərirdi. Amma Əkrəm Əylisli bir neçə il əvvəl yazdığı "Ətirşah Masan" romanı ilə sözün həqiqi mənasında yeni kənd nəsrinin əsasını qoydu. Heç şübhəsiz ki, bu əsər Azərbaycan ədəbiyyatında kənd nəsrinin təməlidir, özü də sağlam təməli.
Kənd nəsrində russoizm özünü nədə göstərir - "Kənd yaxşıdır, şəhər pisdir", "Kənd insanı idealdır", "Şəhər həyatı: kənd insanını korlayır", "Onu marginallaşdırır, praqmatikləşdirir" və s. Şərifin hekayəsində isə kənd öz soyuq və acı gerçəkliyi ilə təqdim olunub. Hətta hekayənin qəhrəmanı olan qoca kişi də müsbət surət sayıla bilməz. O, kolxoz sədrindən ağac almaq üçün ona və ölkə prezidentinə mədhiyyələr oxuyur, universitetə qəbul olunmuş oğlunu (o, hekayənin qəhrəmanıdır) Kərimi döyməyə göndərir və s.
Nobelli ruş yazıçılarından biri olan Buninin "Kənd" və "Quru dərə" adlı povestləri var. Bu əsərlədəki rus kəndi o qədər sərt şəkildə təsvir olunub ki, adam qətiyyən rus kəndində yaşamaq istəmir. Məsələn, ordakı kişilərdən biri öz arvadını on qəpiyə satır, hara baxırsan səfalət, aclıq, çirkab, savadsızIıq, əyyaşlıq, əxlaqsızlıq, zorun hakimiyyəti, acımasızlıq və s.
Mən Şərifin hekayəsində çox maraqlı ədəbi priyomlar, çox dəqiq işlənmiş detallar gördüm ki, açığı, bütün bunlar məni sevindirir. Azərbaycan ədəbiyyatının bu cür istedadlı yazıçısı olduğuna ürəkdən sevinmək istəyirsən.
Hekayənin dili ilə bağlı bəzi iradlarımız var. Məsələn, Şərİf yazır ki, "Kişinin pəsdən gözəl səsi var idi". Pəsdən yavaşdan deməkdir, buna görə də bu cümlə dəqiq deyil. Ya da Şərif "gəlişmiş boy-buxun" ifadəsini işlədir, gəlişmiş sözü türk dilindən gəlir, mənası isə inkişaf etmək deməkdir, amma nə türk dilində bu söz boya aiddir, nə də Azərbaycan dilində bu sözün qarşılığı olan inkişaf sözü boya-buxuna aid olur. Bu cümləni isə nə qədər oxusam da başa düşmədim: "Qəribədir, Laçından daha çox məni heç vaxt sevindirməyən bu kənd üçün darıxıram indi".
Elnur Astanbəyli keçən həftə "Alatoran" jurnalının zəif çıxmasından yazmışdı. Amma təkcə Şərifin bu hekayəsinə görə jurnalın bütün kəm-kəsirinə göz yummaq olardı.