Şopen: Fortepianonun canı
MUSİQİ
- 27.02.2008
- 0 Şərh
- 1772 Baxış
Bəstəkarın vəsiyyətilə ürəyi Polşaya aparılır və indiyədək Müqəddəs Xaç kilsəsində saxlanılır
Şopen bütün əsərlərini fortepiano üçün yazıb. Anton Rubinşteynin dediyi kimi Şopen «fortepianonun canı» idi. Şopen bu alətin ifadə imkanlarını genişləndirmiş, onda elə zəngin boyalar tapa bilmişdir ki, o bütöv orkestri əvəz etmişdir. Həmçinin Şopen fortepianoya insan səsinin xüsusiyyətini verib.Polyak milli musiqisinin klassiki Şopenin yaradıcılığı polyak xalqının obrazı, xarakteri, düşüncə və arzuları ilə bağlı olub, doğma vətənin taleyi haqqında düşüncələrini əks etdirib. Vətənini ehtirasla sevən Şopen bu məhəbbəti ömrü boyu qəlbində yaşatmışdır. Onun çoxsaylı sonata, skertso, ballada, polonez, mazurka, etüd, prelüd və noktürnləri məzmun etibarilə xalqının həyatının müxtəlif cəhətlərinə, təbiət mənzərələrinə, Polşanın tarixi qəhrəmanlıq səhifələrinə həsr olunmuşdur.
Polyak xalqın;n mahnı və rəqsləri Şopen yaradıcılığının təməlidir. Onun musiqisi dinləyicilərin ən geniş dairəsi üçün anlaşıqlıdır. Şopen bəşəriyyətin ən sevimli bəstəkarlarındandır.
Həyatı
Friderik Şopen 1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində anadan olub. Anası Yustina Kjijanovskaya polyak, atası Nikolay Şopen fransız idi. Onlar qraf Skarbekin malikanəsində yaşayırdılar. Şopenlərin Friderikdən başqa 3 qızı da vardı. Atası müəllim idi. Skripka və fleyta çala bilir, anası isə fortepiano çalır və mahnı oxuyurdu.
Friderik doğulandan sonra ailə Varşavaya köçür, çünki Nikolay Şopenə litseydə müəllimlik təklif edilmişdi. Friderik də Motsart kimi uşaqlıqdan istedad sahibi olduğunu sübut etmişdi. 5 yaşında ikən o, fortepianoda kiçik pyesləri çala bilirdi. Çalğını əvvəl anasından və böyük bacısı Lüdvikadan öyrənmiş, sonra isə çex pianoçusu və bəstəkarı Voytsex Jivni onun müəllimi olmuşdur. Jivninin rəhbərliyi altında Şopen bir neçə il məşğələ keçmişdir. Vicdanlı adam olan Jivni Şopenin qəlbində Bax və Motsart sənətinə məhəbbət oyada bilmişdi. 7 yaşında ikən Şopen Varşavanın kübar salonlarının sevimlisinə çevrilmiş və ilk dəfə konsertlə çıxış etmişdi. Elə həmin vaxt Friderikin ilk əsərləri - fortepiano üçün polonez və nəfəs alətləri orkestri üçün marşı çap olunur. Onu «Polşanın Motsartı» adlandırırdılar. Musiqi məşğələlərilə yanaşı Friderik ümumi təhsil də almışdı. 1826-cı ildə o, Varşava litseyini uğurla bitirib, ali musiqi məktəbinə girir. Burda Şopenə məşhur polyak bəstəkarı İosif Elsner dərs deyirdi. Gənc bəstəkarın püxtələşməsində onun böyük təsiri olur.
O zamanlar Varşavanın musiqi həyatı qaynar idi və Şopen dünya musiqisinin ən yaxşı əsərlərini gözəl sənətkarların ifasında eşidə bilirdi. Dahi italyan skripkaçısı Nikkolo Paqanininin ifası Şopenə çox güclü təsir bağışlamışdı.
Şopenin uşaqlıq və gənclik illərinin ən dərin musiqi təəssüratları polyak xalq musiqisi ilə bağlıdır. Şəhərətrafı istirahətə yollanarkən Jelyazova Volyada öz litsey yoldaşlarının malikanələrində Şopen polyak musiqisini ehtirasla dinləyirdi.
Şöhrət
1829-cu ilodə Şopen ali musiqi məktəbini bitirir. Bu vaxt o, gözəl pianoçu və istedadlı bəstəkar kimi tanınırdı. 1829-30-cu illərdə o, çoxlu fortepiano əsəri - mazurka, noktürn, vals və etüdlər, Motsartın «Don Juan» operası əsasında fortepiano ilə orkestr üçün variasiyalar yazmışdı. Bu əsərlər yüksək bədii məziyyətilə yanaşı zəngin və parlaq melodiyası ilə də fərqlənirdi.
1829-cu ildə Şopen Vyanaya getmişdi. Orda öz əsərlərindən ibarət konsert vermiş və böyük uğur qazanmışdı. Varşavaya qayıtdıqdan sonra o, yeni əsərlər yazır, konsert çıxışlarına hazırlaşırdı. Lakin o, valideyn və dostlarından uzun müddət ayrı düşəcəyini fikirləşdikcə əzab çəkirdi. 1830-cu ilin payızında Şopen Varşavanı tərk edir. Qohumları ona vətən torpağı ilə dolu gümüş kubok bağışlayır.
İkinci vətən
Şopen Vyanaya gəlib, 8 ay burda yaşayır, 1831-ci ilin iyununda Parisə gedir. Vətəndən ayrılandan bir neçə həftə sonra Polşada rus çarizminə qarşı üsyan başlayır. Şopen vətənə qayıtmaq istəyir. Lakin qohumları onu fikrindən daşındırır və doğma Polşanı qızğın məhəbbətlə sevən Şopen ömrünün axırına qədər vətənə qayıda bilmir. Vətənin taleyi barədə həyəcanlı düşüncələr onu tərk etmirdi. O, Polşadakı hadisələri diqqətlə izləyir, yaxınlarının taleyinə acıyırdı. Vyanadan Parisə gedərkən Şopen Polşa üsyanının amansızcasına yatırıldığı, Varşavanın süqut etdiyini eşidib sarsılır. Bu xəbərin və qəlbini bürüyən həyəcanlı və qüssənin təsirilə Şopen ölməz əsərlər yaradır. Yüksək dramatizmilə qəlbə hakim kəsilən Şopenin doğma Polşaya qızğın məhəbbəti, vətənpərvərlərin müqəddəratı üçün keçirdiyi təşviş hissi özünü göstərir. 1831-ci ilin sentyabrında Şopen Parisə gəlir. Onun atası üçün Polşa ikinci vətən idisə, Fransa da onun özü üçün ikinci vətən olur. Ömrünün qalan hissəsini Fransada keçirir. Lakin əsərlərində əsl polyak olaraq qalır. O, Parisdə də musiqi dünyasının rəğbətini qazanmalı idi. O zaman Paris bütün dünya mədəniyyətinin mərkəzi idi. Orda görkəmli yazıçılar, rəssamlar, bəstəkarlar, pianoçular, müğənnilər yaşayırdı. Yazıçılardan Balzak, Hüqo, Jorj Sand, bəstəkarlardan Berlioz, Meyerber Parisdə yaşayıb yaradırdılar. Alman şairi Heyne, polyak şairi Mitskeviç, italyan bəstəkarları Rossini, Bellini, macar bəstəkarı və pianoçusu List uzun illər Parisdə yaşayıb. Bu simaların siyahısına 30-cu illərdə ən parlaq adlardan biri - Friderik Şopen də əlavə olunmuşdu.
Şopen Parisin mədəni dairələrində çox tez bir zamanda geniş əlaqələr yarada bilmişdi. Az vaxt içərisində o, Mitskeviçin yaxın adamına çevrilir, tez-tez Heyne ilə görüşür, məşhur fransız rəssamı Delakria və Listlə, Berliozla dostluq edirdi. Parisdə Şopenin ilk konserti uğurla keçir. Gənc List deyir: «Şopen poetik hissiyatın inkişafında yeni dövr açmışdır». Bəstəkar Mendelson qeyd edirdi: «Şopen pianoçular arasında birincidir. Onun çalğısı bizə Paqanininin yayı kimi gözlənilməz cizgilərlə böyük zövq verir».
Düha
Şopenin ifa tərzi texniki cəhətdən mükəmməl olduğu kimi həm də son dərəcə zərif, poetik, təkraredilməz fərdi xüsusiyyətlərə malik idi. O, yeni pianoçuluq üslubunun təməlini qoymuşdu ki, buna da romantika deyilir. Tədricən Şopen Avropanın ən yaxşı ifaçılarından olur. Həmin illərdə o, musiqi də bəstələyirdi. Bəstəkar fortepiano ilə orkestr üçün 2 konsert, bir sıra prelüd, etüd, skertso yazmışdı. Çox böyük uğur qazanmasına baxmayaraq Şopen əsas dolanışıq mənbəyi kimi fortepiano dərsləri də verirdi. Parisdə olduğu ilk illərdə o, demək olar heç yerə getmirdi. 1835-ci ilin yayında o, Almaniya kurortlarından birinə gedib valideynlərilə görüşür. Həmin ilin yayında Şopen üçün çox böyük əhəmiyyəti olan bir görüş də baş vermişdi. Friderik Polşa qrafı Vodzinskinin qızı Mariya ilə görüşmüşdü və onunla evlənmək ümidində idi. Lakin Mariya ilə evlənmək ona qismət olmadı. Qraf öz qızını, məşhur da olsa, ancaq əmək haqqı hesabına yaşayan musiqiçiyə ərə vermək fikrində deyildi.
Ailə
1836-cı ildə List Şopeni fransız yazıçısı A.Düdevanla tanış edir. Bu qadın əsərlərini Jorj Sand təxəllüsilə çap etdirirdi. Tezliklə onlar evlənir. Sandın ağlı, bədii istedadı musiqiçini valeh edir. Onların birgə yaşadıqları on il Şopen yaradıcılığı üçün çox məhsuldar olur. Bu dövrdə (1836-44) Şopen özünün ən yaxşı sonata, ballada, polonez, skertso və noktürnlərini yazır. O illərin bir sıra əsərlərində Şopenin vətənlə bağlı düşüncələri öz əksini tapmış, polyak xalqının istiqlaliyyət uğrunda mübarizəsi təcəssüm edilmişdir.
Ömrünün son illərində Şopen konsertlərdə daha az çıxış edirdi.
1844-cü lin axırlarından Şopenin səhhəti pisləşir. Ən yaxın dostu Yan Matuşinski və atası Nikolayın ölümü Frideriki sarsıtmışdı. J.Sandla ayrılması da ona ağır zərbə olmuşdu. Ömrünün son 2 ilində o, demək olar ki, əsər bəstələyə bilmirdi. Maddi vəziyyəti də ağır idi.
1848-ci ildə Şopen dostlarının dəvətilə İngiltərəyə gedir və burada çox böyük uğur qazanır. O şotland xalq incəsənətinə böyük maraq göstərir.
Kədərli son
Şopen 1848-ci il noyabrın 16-da Londonda son konsertini vermişdir. Bu konsertdə o, çoxlu qüvvə sərf etmişdi. İngiltərənin rütubətli iqlimi ona pis təsir göstərirdi. Həkimlər onun dərhal ölkədən getməsini məsləhət görürdü. Noyabrın 23-də o, Parisə qayıdır. Dostları onu güclə tanıyır. Ömrünün son aylarında Şopen 2 mazurka yazır. 1849-cu ilin yaz və yayı Şopenin vəziyyəti yüngülləşir. Onun xahişilə böyük bacısı Lüdvika qızı ilə qardaşının yanına gəlir. Onlar Şopenin vəfatınadək onun yanında qalırlar.
Şopen 1849-ci il oktyabrın 17-də vəfat edir. Onunçün təntənəli dəfn mərasimi keçirilir. Mərhumun vəsiyyəti ilə cənazəsi üstdə Motsartın «Rekviyem»i çalınmışdı. Orqanda Şopenin prelüdləri ifa edilmişdi. Orkestr onun sonatasından «Matəm marşı»nı çalırdı. Cənazə məzara endiriləndə dostları Şopenin Varşavadan gətirdiyi torpağı qəbrinə səpmişdi. Şopenin vəsiyyətilə ürəyi Polşaya aparılır və indiyədək Müqəddəs Xaç kilsəsində saxlanılır.
Hazırladı: Sevinc G.