
Sultan II Əbdülhəmidin İslam dünyasını xilas etmək planları
Araşdırma
- 17.07.2014
- 0 Şərh
- 2057 Baxış
Şahin Musavi
Sultan II.Əbdülhəmid Xan Sirdaş və Hazirun ilə bir gecə "Ulduz”da görüşərək tarixi bir planın bünövrəsini qoydular. Qərbə və Avropaya qarşı "Asiya Planı”. Bu planın tərkibində Asiyaya daha çox önəm verilməsi, Asiyaya maddi və humanitar yardım edilməsi planı daxil idi. Bu plan çərçivəsində Asiyaya bir çox nümayəndə göndərildi. Bunlardan ən çox diqqət çəkəni isə Çinə göndərilmiş nümayəndələr idi. Çin bütpərəst bir ölkədir, türk xalqları ilə də tarixi olaraq həm siyasi həm də mənəvi problemləri olan bir ölkədir.
Bu plan çərçivəsində Əbdülhəmid Xan Çində bir çox məktəblər açdırdı, orada müsəlman tələbələrin sayını çoxaltdı. O bütün bu fəaliyyətini "İslam xəlifəsi” adı altında görürdü. Və Çində onun açdırdığı məktəblər və fəaliyyət sahəsi indiki Sincan-Uyğur vilayətidir. O dövrdə Çin ingilis və fransızların nüfuz dairəsinə idi. Təbii ki, sultanın bu fəaliyyəti onların birbaşa nəzarəti altında idi. İngilislərə sultanın fəaliyyətini nəzarətə götürlməsi tapşırılan ingilis casusu isə milliyətcə Britaniya yəhudisi idi.
O dövrdə Osmanlı sarayında "Əşrəf” adlı qəzet nəşr olunurdu. Qəzet sultanın Çinə yardımlarını açıqca qeyd edirdi. Qəzet həmçinin Çindəki müəllimlər barədə geniş məlumatlara yer veriridi. Sultan II.Əbdülhəmid Türküstan ərazisinin bəlli yerlərində bu fəaliyyətini davam etdirirdi.
Bəs Yaponiyanın bu dövrdə mövqeyi necə idi? Çindəki fəaliyyətlər eynən Yaponiyada da davam edirdi. "Sivilizasiya mübadiləsi” adı altında Türkiyədən Yaponiyaya gedən dövrün ali təhsilli nümayəndələri yapon xalqı ilə yaxşı əlaqələr qurmuş, İslam əxlaqını və türk mədəniyyətini onlara aşılamağa başlamışdılar. Yaponlar da çinlilər kimi buddist olmasına rəğmən çinlilərdən öz adət ənənələrinə möhkəmcə bağlılıqları və mühafizəkar olmaları ilə fərqlənirlər. Yaponiyadakı İslami fəaliyyət o həddə çatdı ki, Yapon İmperatoru Meydzi İslamla yaxından maraqlanmağa başladı. Bu səbəblə o, II.Əbdülhəmidə özəl bir məktub yazaraq İslam dini ilə bağlı ətraflı məlumat verilməsini xahiş etmişdi. Meydzi II.Əbdülhəmidə məktubunu Osmanlı İmperatoru gözüylə yox, İslam xəlifəsi gözüylə yazmışdı. Sultan II.Əbdülhəmid Meydzdiyə cavab məktubu yazmış, İslamın ehkamlarını ətraflı şəkildə qeyd etmiş və onu İslama dəvət etmişdir. Məktub indinin özündə də Yaponiya arxivlərində gizli olaraq saxlanılmaqdadır.
İmperator Meydzi və ailəsi
Əbdülhəmid uzaqgörən siyasətçi olduğundan gec-tez Qərbin Türkiyə və İslam ölkələri üzərinə işğalçı yürüşlər edəcəyini bilirdi. Məhz bu səbəbdən qabaqlayıcı tədbirlər görmək istəyirdi. Asya Planının da əsas məğzi bundan ibarət idi ki, Qərbə qarşı Şərq qoyulsun.
Yapon imperatoru və təbbəələri İslamı qəbul etmək astanasına gəlmişdilər. Belə ki İmperator Meydzi günün çox hissəsini Qurani-Kərim oxumağa sərf edirdi. O, öz qeydlərində Quran oxumaqdan mənəvi rahatlıq tapdığını yazırdı. Lakin ingilis və rus casusları sarayda təxribat fəaliyyətləri hazırlayaraq imperatoru ciddi cəhdlə bu yoldan çəkindirməyə çalışırdılar.
Bilindiyi kimi Əbdülhəmidin şəxsi nümayəndəsi Ərtoğrul Fikrəteyni iyul 1899-cu ildə II.Əbdülhəmidin təlimatıyla Yaponiyaya yola çıxmış və 1890-cı ildə Yaponiyanın Yokoxoma limanına çatmışdı.
Yapon imperatoru türk admiralını və onun matros heyətini yüksək səviyyədə qarşılamış, II.Əbdülhəmidin hədiyyələrini qəbul etmişdir.
Ərtoğrul Fikrəteyni 15 sentyabr 1890-cı ildə Yokoxoma limanında ayrılmış, lakin çox keçməmiş gəmi yaxınlıqdakı qayalara çarparaq paramparça olmuş, bütün heyət üzvləri isə həlak olmuşdu. Bu cinayət işi Yaponiyada hələ də tam olaraq həll edilməyib, açıq olaraq durur. Burada ingilis və rus əlinin olduğu güman edilir. Çünki gəminin qalıqlarını çıxaran yapon heyətinin ifadəsində "Etdiyimiz araşdırmalar nəticəsində məlum olmuşdur ki, gəmi yola çıxmazdan əvvəl onda bir sıra problemlər yaranıbmış. Bəlkə də gəminin batmasına səbəb onun qazanının həddən artıq isinib partlaması olmuşdur”, – deyə qeyd etmişdir
Təkrar məsələyə dönərək onu qeyd etmək istəyirik ki, Yaponiya İmperatorunun İslamı qəbul etməsi nəticəsində xalq da İslamı qəbul etməkdə heç bir maneə görməyəcək və qəbul edəcəkdi. Lakin Uzaq Şərqdə güclü Yaponiyanın müsəlman olması heç bir iri dövlətin maraqlarında deyildi. Onu da qeyd edək ki yaponlarda din dəyişdirmə çox surətli baş verən prosesdir. Hal-hazırda Yaponiyada kütləvi şəkildə xristianlaşma gedir.
Bugün Yaponiya İslam ölkəsi olsaydı dünya sistemində hansı dəyişikliklər olardı? Onları bir-bir sıralayaq:
1.Çin blokadaya alınacaq, Asiyanın digər xalqları da müsəlmanlaşacaqdı.
2.Texnologiyada yüksək səviyyədə inkşaf etmir bir müsəlman ölkəsi Yaponiya Qərbə bu sahədə fürsət verməyəcəkdi.
3.Osmanlıya sıx ittifaqda olan "Asiya Birliyi” qurulacaq, bu vəziyyətdə də "Asiya İslam Birliyi”nin önündə geniş yollar açılacaqdı.
4.Bugün bəlkə də Avropa dəyərləri yox, Asiya dəyərləri daha ön planda olacaqdı. Və s.
Lakin ingilis və rus casuslarının müdaxiləsi ilə Yaponiya İslamın astanasından döndü.
O dövrün ingilis casusları "Foreign Office”yə (Xarici Ofis – B. Britaniya xarici siyasət orqanı) ötürdükləri hesabatda Osmanlı-Yaponiya yaxınlaşmasını çox təhlükəli olaraq qəbul edir, bu haqda kitablar yazıla biləcəyini söyləyirdilər. Bu dövrdə də II.Əbdülhəmid öz casusları vasitəsilə ingilislərin bir çox gizli kitablarını əldə etmiş, dilçilərə verərək onların tərcümə olunmasını istəmişdir. O günün çoxunu bu kitabları mütaliyə etməklə keçirirdi. Bu kitablardan biri də B.Britaniya kraliçası Viktoriyanın 1837-1861-ci illər arasında yazdığı özəl məktubları və gizli yazışmaları olan kitab idi. Bu kitablar çap olunduqdan sonra yalnız nəzərdə tutulmuş şəxslərə verilirdi və üstündə kral ailəsinin gerbi olurdu.
İngilis casusları yalnız xeyli müddət sonra kitabın Osmanlının kəşfiyyat orqanı olan "Ulduz” kəşfiyyatının əlinə keçdiyini öyrənmişdir.
Əbdülhəmid bu kitabları oxuduqdan sonra kraliçanın psixologiyasına aid qeydləri kənarda qeyd edir və analiz edirdi.