Tural Turandan yeni kitab: “...və bütün qaranlıq otaqlar”

Tural Turandan yeni kitab: “...və bütün qaranlıq otaqlar”

Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın yeni kitabı işıq üzü görüb.

Yarpaq.Az-ın verdiyi xəbərə görə, "...və bütün qaranlıq otaqlar” adlı şeirlər kitabında müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Kitabın ön sözünü Azərbaycan ədəbiyyatının canlı klassiklərindən hesab edilən Rüstəm Behrudi yazıb. "...və bütün qaranlıq otaqlar”ın redaktoru Emil Rasimoğlu, məsləhətçisi Mətləb Mustafayev, korrektorları Türkanə Mustafazadə və Aysel Aslandır.

Kitab "Mono Group” Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxıb, 56 səhifədir. Kitabın dizayneri Rafiq Ömərov, fotoqrafı Şahin Sərdarovdur.

Qeyd edək ki, "...və bütün qaranlıq otaqlar” müəllifin sayca beşinci kitabıdır. Bu vaxta qədər müəllifin şeirləri Türkiyə, qazax, özbək türkçələrinə və rus dilinə çevrilib.

Onu da vurğulayaq ki, Tural Turan 2018-ci ildə oxucularının görüşünə ikinci dəfə gəlir. Şairin bundan əvvəlki kitabı – "Qaranlığın aydınlıq adı” özbək dilində gün üzü görüb.