Xan Rəsuloğlu - AĞ İŞIQ İÇİNDƏ (Vətəndəki ömrümüz) Rəssam: Vera Kurnov

Xan Rəsuloğlu - AĞ İŞIQ İÇİNDƏ (Vətəndəki ömrümüz) Rəssam: Vera Kurnov


 

Ağ işıq içində qırmızı tək secildim...

qırmızı xətt kimi kəsdim ağlığı.

İyrəndim dünyanın bu boz üzündən,

dirəşdim tərəzi tarazlığına....

Yarımadım heç nəyindən,

Nə sevgidən, nə dostluqdan,

Nə yardan, nə baladan...

həm də, hətta özümdən...

Ağlım qavramadı əyrilikləri,

Ruhum götürmədi çirkinlikləri.

Heç demə, dünyanın çirkinliyi də

Əzəldən təmizlik bulağı imiş...

Çirkinliklər çox zaman

düzlüyün təməliymiş...

Ən ləzzətli yeməklər

Bir an sonra nə olur?..

Ən saf sevgilər belə,

əslində nə istəyir?

Ən ali duyğuların

astarı mənfəətmiş...

Faydasız elmin özü

Başqa cür cinayətmiş...

Seyidin də, sən demə,

yeməyə ağzı varmış...

Öydüyünü, sən demə

öyməyə məğzi varmış.

Vətəndə nökərəmsə,

Qoy, vətən sizə qalsın...

Hər şeyimi aldınız,

Qoy, itən sizə qalsın.

Ağır bir yük oldu

bildiklərim də...

Daşıya bilmədim, ata bilmədim.

Elmlə ömrümdən

sildiklərim də,

Məni boğazladı,

yata bilmədim.

Beynim nəşə kimi çəkir elə bil

Hər təzə gördüyü qəzet-kitabı...

Özüm də bilmirəm, hardan tapıram

Bu qədər səbiri, bu qədər tabı.

Hədər qınamışam yaxını-yadı,

Kiminsə dərdini kimsə daşımaz...

O başı boşuna nə gəzdirirsən,

Ömrü qarışqaya versən, yaşamaz.

Otlayır özüyçün inəklər belə,

İnəklik inəyin azadlığıdır.

Azadlıq – talada sərbəst otlaya...

Bizim hər arzumuz bir iddiadır,

Gedib də dirəşir başqalarına...

Vallah donuz belə, ölər də verməz

Belə tərbiyəni çoşqalarına.

Can qoydum, amma ki, özüm olmadım.

Özüm olmaq üçün izin almısan?

Canı yedizdirmək, yatızdırmağa

Yarıya bilməyə üzüm olmadı..

Canımsa özümdən şikayətçidi –

Məni qoymadılar özüm olmağa.

Məni məndən alıb, tapdaladılar.

Məni neçə yerə şaqqaladılar.

Kirayə, kredit, yemək, imtahan,

onun fəhləsisən, bunun rəhbəri,

Onun ağasısan, bunun rəncbəri.

Atasan, oğulsan, ya tələbəsən,

Evdə də arvadı saxlamalısan,

Məktəbin fonduna pul kеçirməli,

Vergi, sosialın cərimələri...

Hər polis qorumur, bacarsan əgər,

Hərdən polisdən də özünü qoru.

İnsan yaradıcı yırtıcıdır, bil,

Qohumdan qardaşdan, dostdan, tanışdan

Onundan, yüzündən özünü qoru.

 

Hələ qaranlıqdır gələcəyin də,

hələ sabaha da gün ağlamalı,

Qəlbini yüz yerdən dağlamalısan.

Dilini şirin et, qabağındakı

Müdür – rəisləri "yağlamalısan”.

Elə qurublar ki, bu yaşamından,

can atsan, yenə də qurtulammırsan.

Ağlını işlətsən, bularsan əlac,

özün qayğılardan aralanmırsan.

Yolunu bulmuşam – amma susuram...

Sirrini söyləsəm, axmaq olaram...

Məsəl var, kef elə, heç kimə demə...