Yaşar Nuri Kukla Teatrının səhnəsində!

Yaşar Nuri Kukla Teatrının səhnəsində!

Uşaqların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günlərinə hazırdır.
Teatrdan verilən məlumata görə, tətil günlərində uşaqlar teatrın repertuarında olan bütün tamaşaları izləmək imkanı əldə edəcəklər.
Sənət ocağı balaca tamaşaçılara sürpriz də hazırlayıb. Bu dəfə Kukla Teatrının səhnəsində xalq artisti Yaşar Nuri də çıxış edəcək. Y.Nuri teatrın yaradıcı heyəti ilə bərabər “O olmasın, bu olsun” tamaşasını hazırlayacaq.
Bundan əlavə, teatrın kollektivi bir neçə yeni tamaşa üzərində məşqlər aparır. Balaca teatrsevərlər bu səhnə əsərlərinə 2010-cu ilin ilk aylarından başlayaraq tamaşa edəcəklər.